Axtarış
The search found 105779 results in 0.026 seconds.
Search results
Ukrayna səfiri Saakaşviliyə görə Polşa XİN-nə çağırıldı
Ukrayna hökumətinin Mixail Saakaşvilini ölkəyə buraxmaması üçün heç bir qanuni əsası yox idi.
Bunu jurnalistlərə açıqlamasında Avropa Parlamentinin Polşadan olan deputatı Yaçek Sariuş Volski söyləyib. Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı Ukrayna səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. O, həmçinin bu məsələni tezliklə Avropa Parlamentində qaldıracağını bildirib.
Qeyd edək ki, dünən Saakaşvili öz tərəfdarlarının köməyi ilə Ukrayna-Polşa sərhədini keçərək Ukraynaya gəlib. Rəsmi Kiyev Saakaşvilinin addımını dövlətə xəyanət adlandırıb.Muxalifet - 11-09-2017
Klinton əsas səhvini açıqladı
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton onun prezident olmasına mane olan əsas səhvi açıqlayıb.
H.Klinton "CBS" telekanalına müsahibəsində bildirib:
"Düşünürəm ki, mənim əsas səhvim fərdi elektron poçtdan istifadə etmək olub".
H.Klinton qeyd edib ki, o, buna görə məsuliyyət daşımır: "Mən bu barədə əvvəllərdə demişəm və yenə də deyirəm ki, buna görə məsuliyyəti mən daşımıram".Muxalifet - 11-09-2017
Saakaşvili generala elə sözlər dedi ki... - Video
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili gün ərzində Polşadan Ukraynaya gələn qatarla Ukraynaya daxil olmağa çalışsa da, Ukrayna prezidenti Pyotr Poroşenko onu buraxmamaq üçün bütün qatarı sərhəddə saxlatdırıb.
Saakaşvili sərhəddə çıxış edərək bu olaya etirazını bildirib. Eks-qubernator üzünü sərhəddə dayanan əsgərlərə tutaraq, onlara pozulan hüquqlarını, hakimiyyətdə oturanların isə xalqı necə talan etdiyini bildirib. Bu çıxışdan bir qədər sonra isə Saakaşvili tərəfdarları ilə sərhədçilərin canlı divarını dağıdaraq Ukraynaya keçib.Muxalifet - 11-09-2017
Abşeronda kişi sevgilisini və atasını öldürdü
Abşeronda dəhşətli qətl törədilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.Muxalifet - 11-09-2017
Sabir Rüstəmxanlı Elçibəyin evinə getdi - FOTO
Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanın sabiq prezident Əbülfəz Elçibəyin Naxçıvanın Kələki kəndindəki evini ziyarət edib.
Bu barədə S.Rüstəmxanlı özünün Facebook səhifəsində yazıb:
“Bu gün (dünən-red.) Kələkidə rəhmətlik Elçibəyin evini ziyarət etdim, ailəsinə baş çəkdim. Balaca otaga ötəri bir nəzər salmaq yetərlidir ki, burda doğulub böyümüş, burda ağır günlər keçirmiş dəyərli insanın, əziz dostumuzun böyük ruhunu hiss edib, onun milli ideallarının və vətən sevgisinin necə hüdudsuz bir genişliyə qanad açdığını hiss edəsən”.Muxalifet - 11-09-2017
Türkiyədə 100 min qaçaq erməni var: hamısı çıxarılmalıdır
"Türkiyədə 100 minə yaxın qacaq erməni yaşayır və bu insanlar işlə təmin olunub. Qacaq çalışanlar dərhal ölkədən çıxarılmalıdır”.
Bu sözləri Türkiyədəki Böyük Birlik Partiyasının sədri Mustafa Destici səsləndirib.
Tələbələrlə görüşündə partiya sədri Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışıb. O, tələbələri iki ölkə arasında uzun illərdir sürən müharibə və Qarabağın işğalı barədə məlumatlandırıb.Muxalifet - 11-09-2017
Bu sürücülərə yol polisi saxlamadan cərimə yazılacaq (XƏBƏRDARLIQ)
İki ay əvvəl icbari sığortası olmayan nəqliyyat vasitələrinin sürücülərinə elektron protokol tətbiq edilməsinə başlanmışdı. Artıq bir neçə gündür ki, təhlükəsizlik kəmərini taxmayan sürücülər də kameralar vasitəsilə aşkar olunaracaq elektron prtokolla cəzalandırılır.
Muxalifet - 11-09-2017
AŞPA Monitorinq Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama verib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama yayıb.
Açıqlamada Azərbaycan hakimiyyətilə davam edən dialoq bəyənilib. Bunula belə bir sıra ləngimələr, məhkəmə sisteminin funksiyası və ifadə azadlığı ilə bağlı narahatlıqlar ifadə edilib.
Açıqlama Komitənin sentyabrın 7-də Parisdə başa çatan iclasından sonra yayılıb. AŞPA Monitorinq Komitəsində müzakirələrə sentyabrın 4-də başlanmışdı.Muxalifet - 11-09-2017
"2018-ci ildə neftin orta qiyməti 40-43 dollar olacaq" - Seçin
Rosneftin baş icraçı direktoru: Neftin real qiyməti 40 dollar/bareldir
Gələn il qlobal bazarda neftin orta qiyməti 40-43 dollar/barel təşkil edəcək. "RİA Novosti" agentliyi xəbər verir ki, belə bir proqnozla "Rossiya 24" telekanalına müsahibəsində "Rosneft" şirkətinin baş icraçı direktoru İqor Seçin çıxış edib.Muxalifet - 11-09-2017
“Çempionlar Liqasındakı hər bir matçda dişimizlə, dırnağımızla mübarizə aparacağıq” - Qurban Qurbanov
Frans Press agentliyi Qarabağ barədə yazı hazırlayıb
“Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək bizim çoxdankı arzumuz idi”. Bunu “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov komanda ilə bağlı yazı dərc edən “Frans Press” agentliyinə açıqlamasında deyib.Muxalifet - 11-09-2017
Moldova səfirliyinin avtomobili qəzaya düşüb - BAKIDA
Bakıda səfirlik avtomobili qəzaya düşüb.
Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Moldovanın Bakıdakı səfirliyinə məxsus “Toyota Prado” markalı, 040 D 001 dövlət qeydiyyat nişanlı avtomobil “İnfiniti” markalı, 10 KH 066 dövlət nömrə nişanlı maşınla toqquşub.
Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdıra aparılır./apaMuxalifet - 11-09-2017
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq - BAKIDA
Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub.
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən APA-ya bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli APA-ya deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.Muxalifet - 11-09-2017
ABŞ texniki defoltla üz-üzədir - TƏHLİL
Fövqəldövlətin defoltu qlobal iqtisadiyyatı alt-üst edə bilər
ABŞ-da defolt təhlükəsi günbəgün artır. Bu fikir ilk baxışdan gülməli səslənə bilər, çünki ABŞ-la "defolt" anlayışı arasında Marian çökəkliyi dərinliyində ara var, amma əslində reallıq ölkədə texnoloji defolt təhlükəsinin yarandığını göstərir. Ölkədə son prezident seçkilərindən sonra müşahidə olunan siyasi qeyri-müəyyənlik fonunda bu fakt narahat etməyə bilməz.
MƏSƏLƏNİN MƏZMUNUMuxalifet - 11-09-2017
Prezidentin tövsiyəsi ilə Mehman Əliyev azad olunacaq...
Mötəbər mənbələrdən aldığımız məlumata görə, “Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb.
Virtualaz.org xəbər verir ki, Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.Muxalifet - 11-09-2017
Yanacaqdoldurma məntəqələri benzinə görün, nə qatırlar…
Bir litr benzinə 200-300 qram maye qaz qatırlar
Muxalifet - 11-09-2017
Saakaşvilini Ukrayna Milli Qvardiyası qoruyacaq
Ukrayna Milli Qvardiyası Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini qorumağı öhdəsinə götürüb.
Saakaşvilinin Lvov meri Andrey Sadov ilə”Mons Pius” restoranındakı görüşündə onları “Donbas” batalyonunun döyüşçüləri mühafizə edib.
Lvov meri Saakaşvilinin Ukraynaya gəlişini alqışladığını deyib. O, “Şeqini” sərhəd-keçid məntəqəsi əməkdaşlarının fəaliyyətini isə qəbuledilməz adlandırıb.Muxalifet - 11-09-2017
Saakaşvili Kiyevə gedir - Maydanda mitinq
Mixail Saakaşvili artıq Lvov şəhərindədir. Onu Lvovda şəhərin meri şəxsən qarşılayıb. Ukraynada Saakaşviliyə ciddi xalq dəstəyi var. O, ukraynalılara söz verib və verdiyi sözü sona qədər tutacaq.
Bu fikirləri Teleqraf.com-a Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Mixail Saakaşvilinin silahdaşı Azər Süleymanov bildirib.Muxalifet - 11-09-2017
Mehman Əliyev azadlığa buraxılır? – Vəkildən açıqlama
Cümə axşamı Mehman Əliyev ilə görüşmüşəm. Həmin görüşdən sonra Mehman müəllimlə görüşüm olmayıb. Onun prezidentə müraciət etməsi barədə məlumatım yoxdur.
Bu barədə Teleqraf.com-a həbsdə olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin vəkili Fuad Ağayev deyib. O bildirib ki, Mehman Əliyevin azadlığa buraxılacağı barədə məlumatı mətbuatdan oxuyub.
Qeyd edək ki, bu gün APA-ya “Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyevin həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlaması barədə məlumat yayıb.Muxalifet - 11-09-2017
Erməni faşistlərin gəncəli nökəri
Rusiya mətbuatında erməni təbliğatçı - hansısa Stanislav Tarasov yenə də Azərbaycan əleyhinə materialla çıxış edib və ABŞ-dakı erməni lobbisinin qəzet materiallarını əsas götürüb.
Deyirlər ki, bu Tarasov bizim Azərbaycanda - Gəncədə böyüyüb və Bakıda oxuyub. Necə deyərlər, qucağımızda ilan böyütmüşük. İndi Tarasov bütün vəchlə çalışır ki, Azərbaycan əleyhinə daha çox material dərc etdirsin.Muxalifet - 11-09-2017
Ödəniş dayansa, bank mənzili satışa çıxaracaq – Etiraz
Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb.
Bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama yayıb. Ekspert bildirib ki, təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq:Muxalifet - 11-09-2017