Magistiral yolda avtomobil piyadanı vuraraq öldürüb - BAKIDA
11-09-2017 08:53

Qəza hava limanı yolunda baş verib
Bakıda yerüstü piyada keçidindən istifadə etməyən şəxsi avtomobil vuraraq öldürüb.
Yol-nəqliyyat hadisəsi aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində baş verib.
Təxminən 40-45 yaşlı kişi magistral yolu yerüstü piyada keçidinin altından keçərkən onu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Sürücü polis tərəfindən saxlanılıb.