Saakaşvili Lvova gələrək tərəfdarları ilə görüşüb
11-09-2017 09:01

Onu qarşılayanlar arasında Lvov şəhərinin meri də olub
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Lvova gəlib. Burada onu millət vəkilləri və tərəfdarları qarşılayıblar.
UNN xəbər verir ki, M.Saakaşvili görüşün videosunu "Facebook" səhifəsində paylaşıb.
O, görüş zamanı Ukraynaya qayıtmaqda ona köməklik etmiş hər kəsə təşəkkürünü bildirib.
Saakaşvilini qarşılayanlar arasında Lvov şəhərinin meri Andrey Sadoviy da olub./report