Axtarış
The search found 105779 results in 0.017 seconds.
Search results
Rusiyanın qorxduğu başına gəlir – TATARISTAN ANA DİLİNİN MÜDAFİƏSİNƏ QALXDI
Tatarıstan rəsmiləri məktəblərdə tatar dilinin tədrisinə son qoyulmasına çağırışları rədd ediblər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədəki milli azlıqların dilləri barədə ziddiyyətli bəyanatlar vermişdi.
Muxalifet.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, sentyabrın 7-də Rusiya Federasiyasının subyekti olan Tatarıstan Respublikasının Təhsil Nazirliyi belə çağırışların “federal və regional qanunlara zidd olduğu və bəzi valideynləri çaşdırdığı” barədə bəyanat yayıb.Muxalifet2 - 9-09-2017
Prosineçki Xorvatiya millisinin baş məşqçi postuna ilk namizəddir
Xorvatiya mətbuatı DÇ-2018-in seçmə mərhələsində Türkiyə yığmasına uduzan Xorvatiya millisinin baş məşqçisi Ante Caciçin artıq vəzifəsindən getməli olduğunu bildirib.
Media 63 yaşlı mütəxəssisin yığmaya xeyir vermədiyini qeyd edib.
Həmkarlarımız Ante Caciçin göndəriləcəyi halda posta Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin ilk namizəd olduğunu bildiriblər. Yazıda onun Azərbaycan millisində gördüyü işlər qeyd olunub:Muxalifet - 9-09-2017
"Azərbaycanda intihar edənlərin statiskası aparılmır" – Ekspertdən açıqlama
"Dünya statistikasına görə, intiharlar, əsasən şimal və cənub bölgələrində baş verir. Azərbaycan şərq bölgəsində yerləşdiyi üçün belə halların sayı az idi. Amma təəssüflər olsun ki, son dövrlər bu sayda artım hiss edilir".
Belə bir açıqlamanı psixoloq Azad İsazadə verib.Muxalifet - 9-09-2017
“İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər” – Yazıçı Çingiz Abdullayev
Məşhur yazıçı Çingiz Abdullayev bildirib ki, Yazıçılar İttifaqının rəhbərlərinin həmin birliyin binasında yerləşən qalmaqallı “Twenty Six” (“26”) kafesinə heç bir aidiyyatı yoxdur.
Virtualaz.org xatırladır ki, başıbəlalı kafe dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə qanunsuz olaraq bağlanıb.Muxalifet - 9-09-2017
Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” azadlığa çıxıb
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtomobil qəzasından sonra həbs edilən şəxs azadlığa çıxıb.
Qəzadan əvvəl lüks avtomobili ilə "Qaçqınkom”un nəvəsi ilə ötüşən Mirməhəmməd İsmayılov 30 sutkalıq həbs cəzasını başa vurub.Muxalifet - 9-09-2017
Taleyüklü bazar günü: Mixael Saakaşvili Ukraynaya buraxılacaq?
Sentyabrın 10-da Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşa sərhədindən Ukraynaya geri dönəcəyini elan edib. Ukrayna rəhbərliyi onu ölkə vətəndaşlığından məhrum etsə də, siyasətçi Kiyevə dönərək yenidən siyasi fəaliyyətə başlamağı hədəfləyib.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov Mixail Saakaşvilinin tərəfdarı kimi çıxış edib. O, Ukrayna KİV-də gürcü siyasətçinin Kiyevə dönüşü ilə bağlı məqələ yazıb.Muxalifet - 9-09-2017
Bakıda ana azyaşlı oğlu ilə itkin düşdü
Bakıda ana azyaşlı oğlu ilə birgə itkin düşüb.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1990-cı il təvəllüdlü Aytən İsmayılovanın 1 yaşlı oğlu Kənanla birgə itkin düşməsi barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.Muxalifet - 9-09-2017
Abid Şərifov “AA seriyalı taksilər” məsələsinə hiddətləndi
Baş nazirin müavini Abid Şərifov "Yeni Müsavat” qəzetində dərc olunan və Bakıda işləyən AA seriyalı taksilərin ona məxsus olduğunu bildirən yazıya münasibət bildirib.
Modern.az xəbər verir ki, Abid Şərifovun xəbərə reaksiyası çox sərt olub. Acıqlı tonda cavab verən baş nazirin müavini bu haqda yazılanlara və xəbər yayanlara hiddətlənib.
"Onu yazan da, söyləyən də qələt edir”,- deyə əsəbiləşən Abid Şərifov telefonu qapadaraq, digər sualları cavabsız buraxıb...Muxalifet - 9-09-2017
İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları -FOTO
İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb.
Muxalifet.az-ın eastnews.org-a istinadən verdiyi xəbərə görə, cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportlarının da olduğu görünür. 30-a yaxın İŞİD-çinin sənədinin əks olunduğu fotolarda bəzilərinin adlarının oxunması çətin olsa da anadan olduqları yerlərin – Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərlərinin adlarını oxumaq mümkündür.Muxalifet - 9-09-2017
Rusiya bu ölkəni də işğal etdi… - Ekspert
Rusiya Prezidenti Vladimir Putin “Qərb 2017” təlimində iştirak edəcək hərbi kontingentdən Belarusa təsirini gücləndirmək üçün istifadə edir.
Bunu “Obozrevatel” saytına açıqlamasında ukraynalı hərbi ekspert Oleq Jdanov söyləyib.Muxalifet - 9-09-2017
Tovuzda dəhşətli qəza: 5 yaralı
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Tovuz şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Hərəkətdə olan "Hunday Xtrel" markalı avtomobilin aşması nəticəsində 5 nəfər ağır yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Onlardan ikisinin kimliyi məlum olub. Bunlar Həsənli Vüqar və Nəsibov Sədidir.
Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib.
Yaralılardan birinin vəziyyəti ağırdır.Muxalifet - 9-09-2017
Tramp ərəb dövlətlərini İrana qarşı birliyə çağırdı
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderlərini İran təhdidinə qarşı mübarizə üçün birliyə çağırıb.
Bu barədə informasiyanı Ağ Ev yayıb.
Tramp bu çağırışı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Ben Salman əs-Səud, BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd Ben Zeyid ən-Naxayan və Qətər əmiri Tamam Ben Həmad əs-Sani ilə telefon danışığı zamanı səsləndirib. ABŞ lideri həmçinin bu dövlətlərin terrorizmlə mübarizəni gücləndirməli olduqlarını bildirib.Muxalifet - 9-09-2017
ABŞ Senatı Azərbaycan məmurlarına sanksiya tətbiq edəcək? – EKSPERTLƏRDƏN AÇIQLAMA
Arif Hacılı: “Azərbaycan hakimiyyəti Mehman Əliyevi həbs etməklə çox böyük səhvə yol verib”
“Qabil Hüseynli: “Sənədin Senatda qəbul olunması ehtimalı var”
İki gün əvvəl ABŞ Senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə Senata sənəd təqdim edib.
Qeyd edək ki, Senatorun təqdim etdiyi sənəd Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.Muxalifet2 - 9-09-2017
Bakıda qadının ağzının kəsildiyi cinayətin GÖRÜNTÜLƏRİ YAYILDI - DƏHŞƏTLİ VİDEO
Dünən Binəqədi rayonunda baş verən cinayət hadisəsi telefonun yaddaşına qeyd edilib.
Muxalifet.az xəbər verir ki, Axar.az-ın ünvanına göndərilən videoda bıçaqlanan qadının yerdə uzandığı, cinayətkarı isə yaşlı bir kişinin tutub saxlamağa cəhd göstərdiyi görünür. Cinayətkar əlindən bıçağı yerə atdıqdan sonra isə onu saxlayan şəxsin də yaralandığı aydın olur.
Xatırladaq ki, olay ötən gün, Azadlıq prospektində qeydə alınıb. Belə ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Cələbov Cələb Fətulla oğlu bıçaqlanıb.Muxalifet2 - 9-09-2017
"Kürdlər müharibə edəcək" - Bərzani
Biz BMT-dən referendumu təxirə salacağımız təqdirdə başqa alternativlər istədik, ancaq onlar bizə heç bir alternativ yol göstərmədilər. Buna görə də bu referendumu həyata keçirəcəyik.
Bu sözləri “BBC Türk”ə müsahibəsində İraq Kürd Muxtar Vilayətinin lideri Məsud Bərzani deyib. O bildirib ki, Kürdüstanın referendum qərarı beynəlxalq qaydalara zidd deyil.
Bərzani şiələrin onu Kürdüstanın sərhədlərinə görə təhdid etməsinə də münasibət bildirib:Muxalifet - 9-09-2017
İdmançımız Avropa çempionu oldu - Kikboksinqçilərimizdən 5 medal
Makedoniyanın Skopye şəhərində keçirilən Yeniyetmələrin və Gənclərin Wako versiyası üzrə Avropa çempionatı başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu yarışa 10 nəfərlə qatılan kikboksinq üzrə milli komandamız 5 medalla vətənə qayıdıb.
Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Məhəmməd İmanov rəqiblərini məğlub edərək finala yüksəlib. Kikboksinqin full-kontakt versiyasında 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda rusiyalı rəqibinə böyük xal fərqi ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Muxalifet - 9-09-2017
“Tramp seksistdir, Putin qadınlara hörmət etmir” – KLİNTON
Prezidentliyə keçmiş namizəd Hillari Klinton ABŞ prezidenti Donald Trampı “biabırçı seksist” adlandırıb.
PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Klinton 2016-cı ildəki seçkiqabağı kampaniya ilə bağlı “Nə baş verib” adlı kitab yazıb.
Kitabın prezentasiyası sentyabrın 12-nə nəzərdə tutulsa da, lakin indidən bəzi hissələr mediada yayılıb.
“New York Times”in əldə etdiyi kitabın nüsxəsində yazıldığına görə, Klinton hesab edir ki, “seksizm və mizoqiniya” 2016-cı il prezident seçkilərində rol oynayıb. Açıq-aşkar seksist qalib gəlib.Muxalifet2 - 9-09-2017
Deputatdan Sarkisyana çağırış: “Kişisənsə verdiyin vədi yerinə yetir...”
Ermənistanda gələn ilin aprelində səlahiyyət müddəti başa çatandan sonra prezident Serj Sərkisyanın nə işlə məşğul olacağına dair müzakirələr qızışıb.
Bu barədə erməni mediasında müxtəlif məlumatlar var. Versiyalardan birinə görə Serj Sərkisyan prezident postunun ləğv olunmasından sonra Təhlükəsizlik Şurasının sədri olacaq, baş nazir isə indiki kimi Aram Karapetyan qalacaq. Lakin Qarabağda müharibə başlasa o zaman Sərkisyan ali baş komandan və baş nazir səlahiyyətlərini üzərinə götürəcək.Muxalifet - 9-09-2017
Livanda ölən idmançımız Şərurda dəfn olundu
Livanda avtomobil qəzası nəticəsində həlak olan azərbaycanlı idmançı Xəzər Əliyevin meyiti ölkəmizə gətirilib.
İdmançının nəşi doğulduğu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda torpağa tapşırılıb.Muxalifet - 9-09-2017
“KamAZ” piyadanı vuraraq öldürüb - BAKIDA
Bakıda yük maşını yolu keçən piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də saat 21 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Fəxrəddin Məmmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Qəşəm Dünyamalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 9-09-2017