Axtarış

The search found 105779 results in 0.077 seconds.

Search results

  1. Saakaşvili Ukrayna ərazisinə daxil olub – FOTO

    Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Polşadan Ukraynaya keçməsi barədə məlumat verib.
     
    Oxu.Az-ın xəbərinə görə, Gürcüstanın sabiq prezidenti bu barədə Facebook sosial şəbəkəsində yazıb.
    “Hazırda biz Krakoveçə, Ukraynaya keçirik”, - Saakaşvili yazıb.
    Bundan əvvəl, Ukrayna hökuməti bəyan edib ki, Saakaşvilini ölkəyə buraxmayacaq.
    Xatırladaq ki, sabiq qubernator iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb.

    Muxalifet - 9-09-2017

  2. Fransada kilsədə “müqəddəs suyu” konyakla dəyişiblər

    Fransanın Şato-Şalon kəndində naməlum şəxslər kilsədə “müqəddəs suyu” konyakla ilə dəyişiblər.
     
    Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, sentyabrın 9-da, AFP nəşri yerli turizm mərkəzinə istinadən məlumat yayıb.
    Hadisə avqustun sonlarında baş verib, lakin KİV-ə bu barədə yalnız ötən gün məlum olub. Yerli kilsəyə girişdə turistlər spirtli içkinin iyini hiss ediblər və bunun ənənə olması barədə maraqlanıblar.

    Muxalifet - 9-09-2017

  3. Hüsnü Mübarəkin 6 illik həbsdən sonra ilk görüntüsü

    Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlu və nəvəsi ilə birlikdə tətil fotosu yayılıb.
     
    "Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, foto 6 illik həbs dövrünü tamamlayan Mübarəkin azadlığa çıxandan sonra ilk görüntüsüdür.
    2011-ci ildə Ərəb baharı nəticəsində 30 illik hakimiyyətini itirən Hüsnü Mübarək etiraz aksiyalarında ölənlərə görə günahkar hesab edilmiş, lakin sonradan bəraət verilmişdi.
    2012-ci ildə səhhəti pisləşən sabiq prezident o dövrdən etibarən həbs dövrünü xəstəxanada keçirib.

    Muxalifet - 9-09-2017

  4. AŞPA Monitorinq Komitəsinin Azərbaycanla bağlı hesabatında İRADLAR

    Monitorinqləri prosedurları çərçivəsində Azərbaycan hakimiyyətilə davam edən dialoqu bəyənən Avropa Şurası Parlament Assambleyanın (AŞPA) Monitorinq Komitəsi bir sıra sahələr üzrə, o cümlədən ləngimələr və bərabərsizlik, məhkəmə sisteminin funksiyası, ifadə azadlığı və assossiyalarla bağlı iradlarını bildirir. Bu haqda komitənin sentyabrın 7-də Parisdə başa çatan iclasından sonra yayılan açıqlamada deyilir.
     

    Muxalifet - 9-09-2017

  5. Azərbaycan prezidenti İosif Kobzonu təltif etdi

    Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xalq artisti, məşhur müğənni İosif Kobzonla bağlı səırəncam imzalayıb.
     
    Sərəncamda deyilir:
    “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

    Muxalifet - 9-09-2017

  6. ABŞ məhkəməsindən Trampa daha bir zərbə

    ABŞ-ın Federal Apelyasiya Məhkəməsi Trampın mühacirlərlə bağlı daha bir qərarına qarşı hökm çıxarıb.
     
    Tramp administrasiyasının 6 müsəlman ölkəsinin vətəndaşları ilə bağlı tətbiq etdiyi qadağaları məhkəmə ədalətli hesab etməyib.
    Qeyd edək ki, yeni administrasiya ABŞ-da yaşayan immiqrantların babası, nənəsi, əmioğlusu kimi birinci dərəcəli qohumlarının Amerikaya səyahət etməsinə qadağa tətbiq edib.
    Federal Apelyasiya Məhkəməsi isə bu qadağanı əsaslı hesab etməyib.

    Muxalifet - 9-09-2017

  7. 10 gün ərzində dağıdıcı zəlzələ olacaq – Alimlərdən QORXUNC PROQNOZ

    Alimlər Meksikanın cənub sahillərində dünən baş verən 8,2 ballıq zəlzələdən sonra daha böyük bir zəlzələnin baş verəcəyini proqnozlaşdırırlar.
     
    Türkiyənin “Hürriyyət” nəşri xəbər verir ki, Yer qabığında əmələ gələn enerji Türkiyə də daxil olmaqla dünyanın istənilən nöqtəsində 10-15 gün ərzində dağıdıcı zəlzələyə səbəb ola bilər.

    Muxalifet - 9-09-2017

  8. Putin gələcəyi idarə edəcək GÜCÜ AÇIQLADI

    Bu il Rusiya məktəblilərinin çoxu üçün tədris ili prezident Vladimir Putinin dünya hökmranlığının qazanılması üzrə məsləhətləri ilə başlandı.
     
    “Süni intellekt yalnız Rusiyanın deyil, bütün bəşəriyyətin gələcəyini müəyyən edəcək. Bu sferada dünya lideri kim olsa, dünyanın hökmdarı da o olacaq”, - Putin qabaqcadan seçilmiş 16 min Rusiya məktəbində birbaşa translyasiya edilən çıxışında bildirdi.

    Muxalifet - 9-09-2017

  9. Putinə tabe olmayan, Moskvadan qaçan 32 yaşlı dahi milyarder

    O, 2014-cü ildə Avropanın ən perspektivli iş adamı seçilib. Rusiyada yaşadığı zaman Prezident Vladimir Putinə nifrətini gizlətməyib. Bununla belə, 600 milyon dollarlıq sərvətini ölkədən çıxararaq, Avropa banklarına yerləşdirə bilib.
     
    “Teleqram” mesajlaşma xidmətinin yaradıcısı, “Rusiyanın Zukerberqi” adlanan Pavel Durovun həyatı barədə bilinən məlumatları təqdim edir.

    Muxalifet - 9-09-2017

  10. ​Türkiyə parlamentinin yaxınlığında atışma baş verib

    Ankarada Türkiyə parlamentinin yaxınlığında yerləşən klubların birində atışma baş verib. Yerli mətbuatın yazdığına görə, atışma iki nəfər arasında olub.
     
    Həmin şəxslər hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
    Hazırda polis atəş açan şəxslərin axtarışlarını aparır.

    Muxalifet3 - 9-09-2017

  11. ​Oğurluq edən yeniyetmələr tutuldu - BAKIDA

    Bakıda avtomobillərdən oğurluq edən yeniyetmələr tutulub.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən il dekabrın 12-də Bakı şəhər sakini Kərim Kərimovun “Hyundai” markalı skuterini və cari il martın 4-də R.Musayevaya məxsus eyni markalı avtomobildən 20 manat, 100 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Şərur və Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub.

    Muxalifet3 - 9-09-2017

  12. ​Bakıda uçuş şousu təşkil edildi - FOTO

    Heydər Əliyev Mərkəzinin parkında sentyabrın 9-da aviamodellərin uçuş şousu və sərgisi keçirilib.
     
    Report xəbər verir ki, tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
    Şou və sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-a qədər aviamodel olub. Eyni zamanda, peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlimlər də keçirilib.

    Muxalifet3 - 9-09-2017

  13. ​Azərbaycandan Myanmaya göndərilmiş yardım ünvanına çatdırıldı

    Azərbaycandan Banqladeşdə məskunlaşan Rohingya müsəlmanlarına göndərilən yardım ünvana çatdırılıb.
     
    Bunu “Azərbaycan Hava Yolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

    Muxalifet3 - 9-09-2017

  14. ​Tofiq Məmmədov Yeni Zelandiya parlamentinə seçilə bilər

    Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq. T. Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb. Bu barədə məlumatı “Sputnik”ə Diasporla iş üzrə Dövlət Komitəsi verib.

    Muxalifet2 - 9-09-2017

  15. ​Türkiyə 45 min Myanma qaçqınına yardım etdi

    Türkiyənin insan hüquq və azadlıqlarının müdafiəsi və humanitar yardım Fondu Arakandan Banqladeşə yerləşən 45 min qaçan müsəlmanlara humanitar yardım edib.
    Türkiyə avqustun 25-dən regionda humanitar böhran başlayandan sonra ehtiyacı olan qaçqınlara yardım göndərməyə başlayıb.

    Muxalifet2 - 9-09-2017

  16. ​Meşədə "uçaq boşqab" – ŞOK GÖRÜNTÜLƏR

    Gəzintiyə çıxan Portuqaliya sakini səmada uşan naməlum obyekt görüb.
    Muxalifet.az xəbər verir ki, gümüşü metaldan hazırlanan nəhəng hava gəmisi meşənin üzərində görünərək, gözdən itib.
    Lakin xoşbəxtlikdən portuqaliyalı özü ilə fotoaparatını götürübmüş. O, "uçan boşqab"ı lentə ala bilib. Daha sonra isə həmin görüntüləri məşhur "Mutual UFO Netvork"un əməkdaşlarına göndərib.

    Muxalifet2 - 9-09-2017

  17. ​“O kafenin Yazıçılar Birliyi tərəfindən icarəyə verilməsi qanunsuzluqdur” - ABUTALIBOV

    BŞİH başçısı Hacıbala Abutalıbov “26-lar kafesi”nin fəaliyyətinin  dayandırılması ilə bağlı yazıçı Çingiz Abdullayevin söylədiklərinə münasibət bildirib. Hacıbala Abutalıbov Ç.Abdullayevin dediklərinin həqiqətə uyğun olmadığını bildirib: “Çingiz Abdullayev bildirib ki, Yazıçılar Birliyinin balansında olan binada fəaliyyət göstərən “26-lar kafesi” ilə qurum rəhbərliyinin heç bir əlaqəsi olmayıb.

    Muxalifet2 - 9-09-2017

  18. ​Göyçayda dəhşətli qəza – BİR AİLƏDƏN 7 NƏFƏR... - YENİLƏNİB

    Göyçayda baş verən ağır avtomobil qəzası zamanı xəsarət alan 9 nəfərin adları məlum olub.

    Muxalifet2 - 9-09-2017

  19. ​57 yaşlı kişi damdan yıxılaraq öldü - XAÇMAZDA

    Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Yergüc kəndi ərazisində qeydə alınıb. 1960-cı il təvəllüdlü Qürbətov Qürbət İslam oğlu damdan yıxılaraq ağır bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet2 - 9-09-2017

  20. ​Qəbələdə məktəbli özünü asdı – İNTİHARA CƏHD

    Qəbələ rayonunda intihara cəhd olunub. Hadisə rayonun Nic qəsəbəsində qeydə alınıb. Rayon sakini, 2003-cü il təvəllüdlü Mustafayev Əhliyar Eldəniz oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən tez xəbər tutaraq onu xilas ediblər.
    Əhliyar Mustafayev təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb, onun vəziyyəti yaxşılaşıb. Məktəblinin intihara cəhd etməsinin səbəbi hələ ki, məlum deyil.
    Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 9-09-2017

Pages