Lənkəranda avtomobil 55 yaşlı qadını vuraraq qaçıb
11-09-2017 09:10

Lənkəranda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.
Hadisə Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb.
Sürücüsü məlum olmayan avtomobil adıçəkilən küçədə yaşayan, 1962-ci il təvəllüdlü Sevil Balakişi qızı Qasımovanı vuraraq hadisə yerindən qaçıb. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./apa