Axtarış

The search found 105779 results in 0.014 seconds.

Search results

  1. Saatlıda özünü asan 17 yaşlı qızın toyu olacaqmış - TƏFƏRRÜAT

    Saatlıda intihar hadisəsi baş verib.
     
    Hadisə rayonun Musalı kəndində qeydə alınıb.
    Kənd sakini, 17 yaşlı Minarə Yaşar qızı Səmədova həyətyanı sahədəki tikilidə özünü asaraq intihar edib.
    İntiharın səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.
     
    ***
     
    Dünən Saatlı rayonunun Musalı kəndində 17 yaşlı qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Muxalifet - 10-09-2017

  2. “Şou-biznesdə şeytan insanı aldadır” - Nisə Qasımova

     “Çox duet təklifi alıram. Amma hər təklifi qəbul etmirəm. Mənim üçün tərəf müqabilinin yaraşıqlı olması önəmli deyil. Oxuyacağımız mahnı mənimlə onun arasında bir bağı göstərməlidir. Bu insanlara mesaj olmalıdır. O tərəf müqabilin tapsam, duet oxuyacam”.
     
     “Axşam.az”-ın məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova “Lider maqazin”ə açıqlamasında deyib.

    Muxalifet - 10-09-2017

  3. İntihar etmək üçün dörd əsas səbəb - PROFESSORDAN AÇIQLAMA

    "Ətrafdakı insanların davranışına diqqətli olmaq lazımdır. Həyatımız yalnız xoş və sakit günlərdən ibarət deyil. İnsan həyatı boyunca müxtəlif çətinliklər və problemlərlə üzləşir. Əksəriyyəti özünü ələ alıb problemlərinin həllinə çalışır. Lakin çətinliklər qarşısında özünü itirən, geri çəkilənlər də olur. Təəssüf ki, problem qarşısında çıxış yolu tapmayanlar intihara əl atırlar".
     
    Bu sözləri Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov Dünya İntiharların Qarşısının Alınması Günü ilə əlaqədar açıqlamasında bildirib.

    Muxalifet - 10-09-2017

  4. Mehman Əliyev haqda daha bir gerçək: Yaxşılığa yamanlıq etməyin…

    Şahin Hacıyev, Turan Agentliyinin redaktoru
     
    Bu, kimə lazımdır? Prezidenti belə pis vəziyyətə salan kimdir? Mehman Əliyevin həbsindən sonra bunlar mənə ən çox verilən suallardır.
     
    Son həftələrin hadisələri istər-istəməz insanı normal durumdan çıxarır və onu hansısa virtual sistemə götürür ki, burada da insan şüuru suallara cavab axtarır və çox zaman onları tapa bilmir.

    Muxalifet - 10-09-2017

  5. ÇL: "Qarabağ" - "Çelsi" matçı üçün təyinatlar açıqlanıb

    Qarşılaşma yunanıstanlı hakimlər briqadasına həvalə olunub
     
    "Qarabağ"ın "Çelsi" ilə İngiltərədə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin I tur matçı üçün təyinatlar açıqlanıb.
    Sentyabrın 12-də keçiriləcək qarşılaşma yunanıstanlı hakimlər briqadasına həvalə olunub.
    Çempionlar Liqası, qrup mərhələsi
    C qrupu
    22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
    Baş hakim: Tasos Sidiropulos
    Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis

    Muxalifet - 10-09-2017

  6. İlham Əliyev Astanada Ruhani ilə görüşüb

    Astanada İƏT-in elm və texnologiya üzrə birinci Sammiti keçirilir
     
    Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani Astanada görüşüb.
    Sentyabrın 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
    Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

    Muxalifet - 10-09-2017

  7. NATO Koreya “böhranı”nı araşdırır

    NATO Koreya yarımadasında böhranın tənzimlənməsi ssenarisinə baxır.
     
    BBC-nin verdiyi məlumata görə, bunu bu gün NATO baş katibi Yens Stoltenberq bəyan edib.
     Y. Stoltenberq deyib ki, Şimali Koreyanın düşüncəsiz davranışı qlobal təhlükədir və NATO xətti ilə birgə cavab tələb edir: “Biz hazırda böhranın sülh yolu ilə tənzimlənməsinə diqqət yönəltmişik”.

    Muxalifet - 10-09-2017

  8. Quş təyyarəyə çırpıldı: Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi

    Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.
     
    Baku.ws xəbər verir ki, Atatürk Havalimanına enən təyyarə havada qəzaya uğrayıb.
    Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.
    Bu xəbərdarlıqdan sonra Bakı-İstanbul, Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri həyata keçirən təyyarələr eniş edə bilməyib.

    Muxalifet - 10-09-2017

  9. Birinci xanım ox atdı - FOTO

    Qazaxıstana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edən həyat yoldaşı Əminə Ərdoğan Astana EXPO 2017 Beynəlxalq Enerji Sərgisində ox atması maraqla qarşılanıb.
     
    Türkiyənin birinci xanımı Əminə Ərdoğan oğlu Bilal Ərdoğanla birgə qazax xalqının mədəniyyət və ənənələrinin nümayiş olunduğu sərgiyə qatılıb. Ayrı-ayrı stendləri gəzən birinci xanım oğlunun köməkliyi ilə ox atıb.
    Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammit keçirilir.

    Muxalifet - 10-09-2017

  10. Ukrayna sərhədində toqquşmalar başlandı - SAAKAŞVİLİYƏ GÖRƏ

      Ukrayna-Polşa sərhədində toqquşmalar başlanıb.
     
    Toqquşmalar Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarları ilə anti-tərəfdarları arasında baş verib.
    Qeyd edək ki, Saakaşvili bu gün səhər saatlarında Polşadan Ukraynaya qayıtdığını bildirib. Bu səbəbdən Saakaşvili tərəfdarları Polşa ilə sərhədə toplaşıb.

    Muxalifet - 10-09-2017

  11. Deputatdan erməni katolikosa etiraz

    Bütün ermənilərin katolikosu II Qaregin fikirləri ilə Ermənistan generallarından və irticaçı siyasətçilərindən fərqlənmir. Bir insan kimi mənim üçün maraqlıdır Qaregin din xadimidir, yoxsa hərbi-siyasi xadim?
     
    Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşündə Ermənistan din rəhbərinin fikirlərini şərh edərkən bildirib.

    Muxalifet - 10-09-2017

  12. "Harvi" ilə "İrma" “qasırğası” eyniadlı ər-arvad imiş...

    ABŞ-da yaşayan və 75 ildir ki, evli olan cütlük İrma və Harvey Atlantik okeanda tüğyan edən eyni adlı qasırğaları təəccüblə izləyir.
     
    The New York Times qəzeti 92 yaşlı İrma və 104 yaşlı Harvey-nin reaksiyalarını dərc edib.
    Qəzetə məlumat verən İrma Schluter adlarının səhər-axşam Amerika-nın televiziya kanallarında səslənməsinə təəccübləndiyini söyləyir.
    "Bunu necə etdiklərini bilmirəm. Harvey və İrma... Bu, necə ortaya çıxıb?"

    Muxalifet - 10-09-2017

  13. Prezident islam ölkələrinə səsləndi: Ermənistana İnanmayın!

    Ermənistan müsəlman ölkələri ilə əlaqə yaratmağa çalışır, amma bu sözlərə inanmamalıyıq.
     
    “Anadolu” agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Astanada keçirilən bugünkü sammitində deyib.

    Muxalifet - 10-09-2017

  14. Azərbaycanlı oğlan rusları heyrətləndirdi - Video

    Daha bir azərbaycanlı gənc ölkəmizi xaricdə layiqincə təmsil edib.
     
    Sputnik xəbər verir ki, müsabiqənin birinci turunda Abbasqulu Səfərov “Məzəli” rəqsini ifa edib.
    Bütün münsiflər - xoreoqraf və rejissor Yeqor Drujinin, balerina və Böyük teatrın solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili və aktrisa Anastasiya Zavorotnyuk yaşıl işığa basaraq Abbasquluya ikinci turda da öz istedadını göstərmək imkanı veriblər.

    Muxalifet - 10-09-2017

  15. Saakaşvilinin olduğu qatarı Ukraynaya buraxmırlar

    Sərhədin Ukrayna hissəsində minlərlə Saakaşvili tərəfdarları toplaşıb
     
    Muxalifet.az “NewsOne” telekanlına istinadən xəbər verir ki, Saakaşvili hal-hazırda Peremışl stansiyasındadır. Sərhədin Ukrayna hissəsində minlərlə Saakaşvili tərəfdarları toplaşıb. Saakaşvilinin Peremışldan verdiyi açıqlamaya görə sərhədin Ukrayna hissəsində tərəfdarlarla bərabər, Avakovun təxribatçı silahlıları da növbə çəkirlər. Ancaq buna baxmayaraq Saakaşvili 11 yaşlı oğlu ilə Ukraynaya keçmək iddiasındadır.

    Muxalifet - 10-09-2017

  16. Konqresdə Tillersondan tələb: Türkiyəyə nota verin

    ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi, Dövlət katibi Reks Tillersondan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə nota verilməsini istəyib.
     
    Komitə BMT Baş Assambleyasının 72-ci sessiyasına qatılmaq üçün 19 sentyabrda Nyu Yorka getməsi gözlənilən Ərdoğanın mühafizəçilərinə nota verilməsini, onların yeni bir şiddət olayına qarışmaması üçün diplomatik addımların atılmasını tələb edib.
    Rəsmilər ölkəyə girən hər kəsin ABŞ qanunları çərçivəsində hərəkət etməli olduğunu vurğulayıb.

    Muxalifet - 10-09-2017

  17. Elman Rüstəmovla bağlı şok fakt - 700 milyon manat kredit götürüb

    Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu məlum olub.
     
    Virtualaz.org xəbər verir ki, devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.
    Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb.

    Muxalifet - 10-09-2017

  18. 2 azərbaycanlının da olduğu cinayətkar dəstə zərərsizləşdirildi

    Saxlanılanlardan ikisi Azərbaycan vətəndaşlarıdır
     
    Rusiyanın Zaporojye vilayətində cinayətkar dəstə zərərsizləşdirilib.
    Hüquq-mühafizə orqanlarının əməkdaşları ağır cinayətlərin törədilməsində şübhəli bilinən qruplaşma üzvlərini saxlayıb.

    Muxalifet - 10-09-2017

  19. Saakaşvili Timoşenko ilə “Metropoliten”də görüşdü

    Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili ilə Ukraynanın sabiq baş naziri, “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko arasında Polşanın Jeşuv şəhərində görüş keçirilib.
     
    Ukrayna KİV-i xəbər verir ki, görüşün dünən axşam saatlarında “Metropoliten” mehmanxanasında baş tutduğu bildirilir.

    Muxalifet - 10-09-2017

  20. Azadlıq qəzetinin bölgə müxbiri həbs edilib

    "Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədli Biləsuvar rayon Məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunaraq 3 il müddətə azadlıqdan məhrum edilib.
     
    Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifəsində yazıb.
    “Görünən odur ki, o, tənqidi fikirlərinə, "Azadlıq" qəzetinin əməkdaşı olduğuna görə həbs olunub. Aldığımız məlumata görə Ziya Əsədli 2-ci qrup əlildir, 2 uşaq atasıdır”, hüquq müdafiəçisi yazıb.
    Bununla yanaşı, Ziya Əsədlinin nə vaxt və harada həbs edildiyi ilə bağlı məlumat verilmir.

    Muxalifet - 10-09-2017

Pages