Axtarış

The search found 105779 results in 0.017 seconds.

Search results

  1. Bakı-Quba yolu açılıb

    Yolda yaranan sıxlıq tədricən aradan qalxıb
     
    Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb.
    Yolda yaranan avtomobil sıxlığı tədricən aradan qalxıb.

    Muxalifet - 27-08-2017

  2. Messi Arda Turanın müdafiəsinə qalxdı

    Arda Turanın "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlərin sayı artır.
    Baş məşqçi Ernesto Valverdenin oynatmadığı futbolçu ilə bağlı yeni xəbərlər yayılıb.
    "Diario Gol"ın iddiasına görə, Ardaya hazırkı maaşından daha az məvaciblə oynaması təklif olunub. Lakin futbolçu bundan imtina edib. Bundan sonra isə baş məşqçi ilə aralarında problemlər yaranıb.

    Muxalifet - 27-08-2017

  3. Bakıda 4 yaşlı uşaq vəhşicəsinə döyülüb — FOTOLAR

    Azərbaycan Uşaqlar Birliyinin sığınacağına vəhşicəsinə döyülmüş 4 yaşlı oğlan uşağı gətirilib.
     
    Birliyin rəhbəri Kəmalə Ağayeva virtualaz.org saytına deyib ki, uşaq Nərimanov rayonunda 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə tapılıb.
    Uşağın başında və qollarında yaralar var. Həftənin birinci günü müayinələrdən keçiriləcək. Azyaşlının valideynləri tərəfindən döyülüb küçəyə atıldığı ehtimal edilir.
    Hazırda ailəsi ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 27-08-2017

  4. Silah anbarında yanğın və partlayışla əlaqədar cinayət işi başlanıb

    Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.

    Muxalifet - 27-08-2017

  5. Dərnəgül yolunda “Mersedes” qadını vurub - FOTOLAR

    Dərnəgül yolunda yolu keçən piadanı avtomobil vurub.
     
    Musavat.com-un məlumatına görə, "Mercedes" markalı avtomobilin törətdiyi qəza nəticəsində orta yaşlı qadın ağır bədən xəsarətləri alıb.
    Yaralı piyada yaxınlıqdakı insanların və sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.
    Qeyd edək ki, hadisə baş verən yolda piyada keçidi yoxdur. Hadisə də məhz piyadanın avtomobil yoluna çıxaraq, yolun digər tərəfinə keçmək istədiyi zaman baş verib.

    Muxalifet - 27-08-2017

  6. Hərbi hissədə yanğın lokallaşdırılıb

    Xəbər verildiyi kimi, avqustun 27-də səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib.
     

    Muxalifet - 27-08-2017

  7. “Mersedes” 61 yaşlı kişini vurub – MİNGƏÇEVİRDƏ

    Qəza şəhərin Gəncə şossesində qeydə alınıb
     
    Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Mingəçevirin Gəncə şossesində qeydə alınıb.

    Muxalifet - 27-08-2017

  8. Qaxda avtomobil aşıb: 2 NƏFƏR YARALANIB

    Qəza rayonun Çüdüllü kəndi ərazisində baş verib
     
    Qaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    Rayonun Çüdüllü kəndi ərazisində minik avtomobili idarəetməni itirərək aşıb və nəticədə 2 nəfər xəsarət alıb.
    Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

    Muxalifet - 27-08-2017

  9. 69 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb

    Göygöl sakini ağacdan yıxılaraq dünyasını dəyişib.
     
    Hadisə rayonun Yalqışlaq kəndində qeydə alınıb.
     Kənd sakini 1948-ci il təvəllüdlü Cabbarov Mustafa Əlibaba oğlu həyətində olan qoz ağacına çıxıb qoz çırpan zaman hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan M. Cabbarov dərhal xəstəxanaya yerləşdirilsə də, onu həyatını xilas etmək mümkün olmayıb.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 27-08-2017

  10. ATA QIZINI AXTARIR - Əfsanədən 5 gündür xəbər yoxdur

    Səfər Əsədov böyüdüb boya-başa çatdırdığı qızından 5 gündür xəbərsizdir.
     
    Anası Əfsanəni Bələkdə olarkən atasına verib və evi tərk edib, o gündən Səfər Əsədov qızına həm ata olub, həm də ana. Fəhləliklə böyütdüyü qızı Əfsanə Əsədova isə 5 gündür atasının gözünü yolda qoyub:

    Muxalifet - 27-08-2017

  11. ​Partlayışa görə təxliyə olunanlar daimi yaşayış yerlərinə qaytarılıb

    Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar səbəbindən yaxın ərazilərdən təxliyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.
    Bu barədə Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin hadisə ilə bağlı AZƏRTAC-a daxil olan əlavə məlumatında bildirilir.

    Muxalifet2 - 27-08-2017

  12. ​ Türkiyədə daha 8 terrorçu zərərsizləşdirildi

    Türkiyənin Van, Muş və Ərzincan vilayətlərində PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində səkkiz terrorçu zərərsizləşdirilib.
    AzərTAc xəbər verir ki, daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı PKK-nın 7 üzvü məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyinin bu barədə yazılı açıqlamasında Vanda dörd, Muşda iki, Ərzincanda isə bir terrorçunun zərərsizləşdirildiyi bildirilib.
    Bundan başqa, hərbi hava qüvvələrinin dəstəyi ilə Ərzincanın Kemah rayonunda keçirilən əməliyyat zamanı da bir terrorçu öldürülüb.

    Muxalifet2 - 27-08-2017

  13. ​Tanınmış teleaparıcı qətlə yetirildi - TÜRKİYƏDƏ

    Türkiyədə məşhur televiziya aparıcısı qətlə yetirilib.
    Muxalifet.az "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbulun Beşiktaş rayonu ərazisindəki məşhur otellərdən birində odlu silah yarası almış 1 qadın və 1 kişi meyiti aşkar edilib.
    Məlumata görə, öldürülən kişinin tanınmış teleaparıcı Vatan Şaşmaz olduğu müəyyən edilib.

    Muxalifet2 - 27-08-2017

  14. ​ABŞ-da böyük şəhər su altında qaldı

    ABŞ-ın Hyuston şəhəri (Texas ştatı) “Harvi” qasırğası səbəbindən su altında qalıb.
    Publika.az xəbər verir ki, bunu Hyustonun meri Silvestr Terner bəyan edib
    Onun sözlərinə görə, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Daşqınlarla əlaqədar 2 000 nəfər müvafiq xidmətlərə müraciət edib.
    Qeyd edək ki, “Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub.

    Muxalifet2 - 27-08-2017

  15. ​Partlayışın baş verdiyi ərazidən reportaj — FOTOLAR

    Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Müdafiə Nazirliyinin Xızı rayonu ərazində yerləşən hərbi bazalarından birində güclü partlayış baş verib.
    Silah ambarında baş vermiş partlayış nəticəsində anbarda saxlanılan mərmilər əraziyə səpələnərək partlayıb. Partlayış nəticəsində Ərazidə yerləşən hərbçilərin ailələrinin yaşadığı şəhərciyə, yaxınlıqdakı Giləzi kəndinə maddi ziyan dəyib. O qədər bombanın qarşılığında həqiqətən insan təlafatının olmaması böyük xoşbəxtlikdir.

    Muxalifet2 - 27-08-2017

  16. ​Model sevgilisi məşhur aktyoru güllələdi, DAHA SONRA İNTİHAR ETDİ – TÜRKİYƏDƏ

    Məşhur türkiyəli aktyor və aparıcı Vatan Şaşmaz İstanbulda hotellərdən birində ölü tapılıb.
    Türkiyə mətbuatının verdiyi məlumata görə, hadisə yerinə gələn polislər otaqda V.Şaşmazın və keçmiş model Filiz Akerin meyitini aşkarlayıblar.
    İlkin versiyaya əsasən, Filiz Aker əvvəl odlu silahdan atəş açaraq 43 yaşlı aktyoru öldürüb, sonra isə intihar edib.
    Hoteldə nömrənin F. Akerin adına rezervasiya olunduğu, təhlükəsizlik kameralarından heç kimin otağa daxil olmadığı məlum olub. Hadisə yerində istintaq qrupu işləyir.

    Muxalifet2 - 28-08-2017

  17. ​Tramp meksikalıları ən cinayətkar millətlərdən biri adlandırdı

    ABŞ prezidenti Donald Tramp meksikalıları dünyanın ən cinayətkar millətlərindən biri adlandırıb və qeyd edib ki, buna görə də ABŞ və Meksika arasında divar olmalıdır.
    Tramp bunu "Twitter-də yazıb.
    "Bizimlə milləti kriminal səviyyəsinə görə dünyada ən yüksəkdə olan Meksika arasında divar olmalıdır", - deyə Tramp qeyd edib.
    ABŞ prezidenti əmin olduğunu bildirib ki, Meksika divarın tikintisinə bu və ya digər şəkildə vəsait sərf edəcək.

    Muxalifet2 - 28-08-2017

  18. Masallıda 3-cü kurs tələbəsi özünü asıb

    Hadisə rayonunun Şərəfə kəndində olub
     
    Masallı rayonunun Şərəfə kəndində intihar hadisəsi baş verib.
    Kənd sakini Bəşirov Sədi özünü asaraq öldürüb.
    İntiharın səbəbləri hələlik məlum deyil.
    S.Bəşirov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsidir.

    Muxalifet - 28-08-2017

  19. 2 yaşlı körpə ikinci mərtəbədən yıxılıb

    Uşağın vəziyyəti olduqca ağırdır
     
    Paytaxtın Xəzər rayonunda bədbəxt hadisə baş verib.
    Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, mənzil 176 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Yusif Natiq oğlu nəzarətsiz şəraitdə evin pəncərəsindən yerə yıxılıb.
    O, xəstəxanaya yerləşdirilib. Həkimlər körpənin vəziyyətini olduqca ağır kimi qiymətləndirir.
    Fakt üzrə araşdırma aparılır.

    Muxalifet - 28-08-2017

  20. Bakıda 6 yaşlı uşağı qatar vurub

    Hadisə Keşlə qəsəbəsində baş verib
     
    Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.
    Hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.
    Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
    Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.

    Muxalifet - 28-08-2017

Pages