İslam Kərimovun qızı vəzifəsindən imtina edir

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva yaxın vaxtlarda ölkəsinin YUNESKO yanındakı daimi nümayəndəsi postundan imtina edəcəyi ilə bağlı açıqlama verib.
 
Özbəkistan KİV-in məlumatına görə o jurnalistlərə bunu səbəblərini izah edib.
 “Bu addımı şəxsi həyatım, layihələrim və İslam Kərimov Fondu ilə bağlı planlarıma görə atıram” –deyə Kərimova Səmərqənddə keçirdiyi mətbuat konfransında deyib.
 Hazırda Lola Kərimova-Tillayeva “Sən tək deyilsən” ictimai fondunun və Özbəkistan Gimnastika Federasiyasına da rəhbərlik edir.