Türk nazirə təhdid: Anadolunu məhv edərik
28-08-2017 15:00

Almaniya üçün Alternativ Partiyasının federal seçkilərdə əsas namizədi Aleksandr Qauland türk əsilli İmmiqrasiya və İnteqrasiya naziri Aydan Özoğuzu sərt şəkildə təhdid edib.
Bu barədə yerli FAZ qəzeti informasiya yayıb.
Məlumata görə, Qauland Aydan Özoğuzun miqrantları müdafiə edən çıxışına qarşı sərt şəkildə “Anadolunu məhv edərik” ifadəsini səsləndirib.
Qeyd edək ki, Almaniya üçün Alternativ Partiyası islam düşmənliyi və miqrantlara qarşı sərt mövqeyi ilə federal seçkilərdə səs toplamağa çalışır.