Axtarış

The search found 105779 results in 0.023 seconds.

Search results

  1. ATƏT nümayəndəsi Mehman Əliyevi dərhal azad etməyi tələb edir

    ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Turan agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb
     
    ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir Turan agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb, onu dərhal azad etməyi tələb edib.

    Muxalifet - 26-08-2017

  2. Mehman Əliyevin 29 illik fəaliyyətində ilk verilən fasilə - ARİF ƏLIYEV YAZIR

    Azərbaycan mediasında çalışdığı 29 il ərzində ilk dəfədir ki, Mehman Əliyev peşə fəaliyyətinə fasilə verməli olur: yolu həbsxanadan düşüb. Həmkarlarından kiminsə burnu qanayanda Mehman birincilər sırasında köməyə yetirdi. Xatırlayarlar, yəqin, dar ayaqda "Turan"ın əlini çiynində hiss edən yoldaşlarımız. İndi Mehmana dayaq durmaq vaxtıdır.

    Muxalifet - 26-08-2017

  3. "Mehman Əliyevin həbsi azad sözün boğulmasıdır" - MÜZAKİRƏ

    "Turan" İnformasiya Agentıyinin baş direktoru Mehman Əliyevinn həbsilə bağlı avrustun 26-da Müsavat Partiyasının Qərargahında ictimaiyyət təmsilçilərinin toplantısı keçirilib.
     

    Muxalifet - 26-08-2017

  4. ​NƏ QƏDƏR ÖMRÜNÜZ QALIB BİLMƏK İSTƏYİRSİZMİ? - "Ölüm saatı" icad edildi

    İsveçli saatsaz Fredrix Kolting istifadəçisinin ömrünə neçə il, saat, dəqiqə, saniyə qaldığını göstərən saat icad edib. "Ölüm saatı" yaxud da "Tikker" adı verilən cihaz istifadəçisinin xolesterol, təzyiq, çəki, eləcə də, keçmişdəki sağlıq problemləri haqda informasiyalar toplayır.
    Hurriyyet.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlumatları özündə toplayan saat insanın geriyə qalan ömrünü hesablayır və qoluna taxıldığı gündən geri sayım başlayır.

    Muxalifet2 - 26-08-2017

  5. Rəsmi Vaşinqtondan Bakıya: Mehman Əliyevi dərhal azad edin

    Turan İnformasiya Agentliyinin rəhbərinin həbsi ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanat yayıb. Sənəddə deyilir.
     

    Muxalifet - 27-08-2017

  6. Fransa mətbuatı Mehman Əliyevin həbsindən yazdı

    Fransanın nüfuzlu qəzeti Liberation “Azərbaycanda yeganə müstəqil informasiya agentliyinin direktorunun həbsi” adlı məqalə dərc edib. Məqaləni təqdim edirik:
     
    “Turan” 2003-ci ildən etibarən ölkəni idarə edən Prezident Əliyevin hakimiyyətini tənqid edən bir neçə mətbuat orqanlarından biridir.

    Muxalifet - 27-08-2017

  7. Məmur oğlu “İnfiniti” ilə qəza törətdi — Məktəbin həyətinə girdi

    Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.
     
    Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib.
    Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti”  markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.
    İ. Həsənov ağır zərbədən heç bir xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir.

    Muxalifet - 27-08-2017

  8. Azərbaycanda silah anbarı partladı: 6 KƏND BOŞALDILDI – ÇOXLU YARALI VAR – YENİLƏNİR

    Müdafiə Nazirliyi təsdiqlədi: Bu yaşayış məntəqələrinin əhalisi təxliyə olunub

    Muxalifet - 27-08-2017

  9. Rusiya kanalları silah anbarındakı partlayışdan video görüntülər nümayiş etdirdilər

     Rusiya telekanalları sosial şəbəkələrə istinadən Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin silah anbarında baş vermiş və partlayışla müşaiyət olunan yanğının qısa videokadrlarını yayıb.
     
     Kadrlara əsasən yanğın və partlayış Bakı-Rostov trasına yaxın ərazidə baş verib. Azərbaycandan Rusiya sərhədinə gedən avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

    Muxalifet - 27-08-2017

  10. Düşmən ordusu Qarabağda itki verdi

    İşğalçı Ermənistan ordusu Qarabağda yenidən itki verib.
     
    Azvision.az xəbər verir ki, atəşkəs rejimini pozan təxribatçı hərbi qulluqçu, 26 yaşlı Artaq Ağasu gecə saat 02 radələrində ağır güllə yarası alıb.
    O, dərhal Xankəndi hərbi hospitalına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet - 27-08-2017

  11. "Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır" - QUQUŞ

    Azərbaycanın ən əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Şimali Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib. Bu haqda virtualaz.org-a müğənninin Bakıdakı konsertinin təşəbbüskarlar və təşkilatçıları məlumat veriblər.
     
    Virtualaz.org bu informasiyanı dəqiqləşdirməyə qərar verib və suallarla birbaşa hazırda Londonda yaşayan müğənninin özünə müraciət edib.

    Muxalifet - 27-08-2017

  12. ​НАГЛЯДНЫЙ УРОК

    Зардушт Ализаде     
               

    Muxalifet2 - 27-08-2017

  13. Gürcüstan DİN: Gölə düşən vertolyot 2 gün əvvəl yoxlamadan keçib - FOTO - YENİLƏNİB

    Vertolyotun düşdüyü əraziyə Azərbaycan yanğınsöndürmə briqadası göndərilib
     
    Gürcüstanın Daxili İşlər Nazirliyi  (DİN) Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən Sərhəd Polisinin “Mi-8” vertolyotunun suya düşməsi ilə bağlı rəsmi məlumat yayıb.
     Vertolyot süni göldən su götürərkən qəzaya uğrayıb.

    Muxalifet - 27-08-2017

  14. Prezident partlayışı nəzarətə götürdü —KOMİSSİYA YARADILDI

    Cinayət işi başlanıb, yaxınlıqdakı kəndlərin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək FHN tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir.
     
     Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun Mətbuat Xidmətləri silah anbarında baş verən partlayışla əlaqədar birgə məlumat yayıb.
    Birgə məlumatda qeyd edilib ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş verib.

    Muxalifet - 27-08-2017

  15. Silah anbarında partlayış Güləzidə bir neçə evdə yanğına səbəb olub

    Hərbi hissədə silah anbarında baş vermiş partlayışla əlaqədar təhlükəsizlik məqsədilə əhalinin evakuasiyası davam edir.
     
    Xızı rayonunun yerli icra hakimiyyəti orqanlarından APA-ya bildirilib ki, yerli əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur.  
    APA-nın əldə etdiyi məlumata görə, silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb.
    Mərmilərin düşməsi nəticəsində Güləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görür.

    Muxalifet - 27-08-2017

  16. Partlayışda yaralanan altı nəfərin adı məlum oldu

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub.
    Məlumata görə, 1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

    Muxalifet2 - 27-08-2017

  17. PARTLAYIŞLA BAĞLI RƏSMİ MƏLUMAT – “6 nəfər yüngül dərəcəli bədən xəsarətləri alıb..."

    Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluq hərbi hissədə partlayışla bağlı birgə məlumat yayıb
     
    Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluq hərbi hissədə partlayışla bağlı birgə məlumat yayıb.

    Muxalifet2 - 27-08-2017

  18. “Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları dərhal söndürülür” - FHN

    Fövqəladə Hallar Nazirliyi (FHN) "N" saylı hərbi hissədə partlayışla bağlı məlumat yayıb.
    "Report"un xəbərinə görə, məlumatda bildirilir ki, bu gün Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki "N" saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verib.

    Muxalifet2 - 27-08-2017

  19. ​Silah anbarında baş verən yanğın davam edir – KƏMALƏDDİN HEYDƏROV HADİSƏ YERİNDƏ

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğın davam edir.
    Yanğın miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur. Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb.
    Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır.

    Muxalifet2 - 27-08-2017

  20. ​“Çelsi” – “Qarabağ” oyununa ən ucuz bilet 180 manatdır

    Toğrul Bağırov uzun illərdi Londonda yaşayır. O, bir zamanlar Azərbaycanda məşhur olan "Offcide +” adlı idman verilişinin aparıcısı olub. İndi aktiv jurnalistikadan bir qədər uzaqlaşsa da, futbolumuzla yaxından maraqlanır.
    Qol.az xəbər verir ki, İngiltərənin paytaxtında yaşadığından bu dəfə onunla "Çelsi” barədə danışdıq. Axı, Londonun bu nəhəng təmsilçisi "Atletiko” və "Roma” ilə yanaşı Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə yarışacaq "Qarabağ”a rəqib olub...

    Muxalifet2 - 27-08-2017

Pages