Cəlilabad sakini arvadını döyərək öldürüb
28-08-2017 13:45

Cəlilabad rayonunda kişi arvadını döyərək öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, hadisə avqustun 26-da baş verib.
Belə ki, rayon sakini İsmayıl İsmayılov həyat yoldaşı Sevda İsmayılovanı döyüb, onun baş nahiyəsinə küt alətlə xəsarət yetirib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə İ.İsmayılov tutulub.
Faktla bağlı araşdırmlara başlanılıb.