Rusiyada fahişəliklə məşğul olan polis qadın saxlanılıb

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) fahişəliklə məşğul olmaqda şübhəli bilinən əməkdaşı saxlanılıb.
 
“Moskva” agentliyini verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü qadın polis bölməsinə gətirilib.
 Axtarış zamanı onun üzərindən kontraseptivlər, intim təyinatlı digər vasitələr və DİN-nin əməkdaşı olmasına dair vəsiqə çıxıb.
 Araşdırmalar nəticəsində qadının DİN-nin əməkdaşı olduğunu təsdiqlənib.
 Faktla bağlı araşdırma davam etdirilir.