Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. ““Turan” jurnalistika standartlarından heç vaxt qırağa çıxmayıb” - Elçin ŞIXLI

    “Yüz faiz sifarişdir”
     
    Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələrinin “Turan” İnformasiya Agentliyində axtarışı, onun ardınca dünən agentliyinin rəhbəri Mehman Əliyevin həbs olunması xəbəri ölkə mətuatınını gündəmində olan başlıca mövzulardandır. Vergilər Nazirliyinin agentliyi 37 min manat vergini ödəməməkdə suçlamasını ölkə ictimaiyyəti demək olar ki, qəbul etmir, məsələnin sifarişli olduğu qeyd olunur.
     

    Muxalifet2 - 25-08-2017

  2. ​İsrailə getdi deyə tacı əlindən alındı

    Livan gözəllik yarışmasının 2017-ci il qalibi Amanda Hannanın tacı əlindən alınıb.
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, buna səbəb modelin ötən il İsrailə getməsinin üzə çıxması olub. Livan vətəndaşlığından savayı, İsveç passportu da olan Amanda elmi konfransda iştirak etmək üçün İsrailə gedib. Lakin yarışmanın təşkilatçıları bunu öyrəndikdən bir həftə sonra İsrail ziyarəti ölkə qanunlarımıza ziddir" əsasını gətirərək Hannanı tituldan məhrum ediblər.

    Muxalifet2 - 25-08-2017

  3. Putinin yeni favoriti kimdir... - "Bloomberg"dən iddia

    Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin sələflərindən daha çox siyasi çəkiyə malikdir
     
    2016-cı ilin sonlarından Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə başçılıq edən Maksim Oreşkin ölkə başçısı Vladimir Putinin favoritinə çevrilib.
    Bu barədə "Bloomberg" agentliyi prezidentin baxışları ilə tanış olan üç məmura istinad edərək məlumat yayıb.
    Agentlik qeyd edir ki, böyük beynəlxalq forumlarda daim Rusiya prezidenti Vladimir Putinin yanında görülən nazir sələflərindən daha çox siyasi çəkiyə malikdir.

    Muxalifet - 25-08-2017

  4. Avropa Şurasının Azərbaycan məruzəçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırır

    Ştefan Şennak Turan agentliyinin direktorunun həbsini pisləyib
     
    Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak Turan agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.
    “Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi kimi mən Turan agentliyinin təsisçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırıram”, - o, Twitterdə öz mikrobloqunda yazıb.

    Muxalifet - 25-08-2017

  5. Müsavat Partiyası Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yaydı

    Azərbaycan hakimiyyətinin söz, ifadə və mətbuat azadlığına basqıları nəticəsində ölkəmizdə müstəqil fəaliyyət göstərməyə cəhd edən qəzet, sayt və internet TV-lərin tam əksəriyyəti sıradan çıxarılıb. Bu günlərdə isə uzun müddət basqılara baxmayaraq fəaliyyətini davam etdirən “Turan” İnformasiya Agentliyi hakimiyyətin növbəti hücumuna məruz qalıb.
     

    Muxalifet - 25-08-2017

  6. Fransa XİN Mehman Əliyevin həbsini pisləyib

    Fransa Xarici İşlər Nazirliyi Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə bağlı bəyanat yayıb.
     
    "Biz avqustun 24-də Bakıda Mehman Əliyevin həbs olunmasından narahatıq.
    Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşılması, hüquqi sistemin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına çağırır", - Turan agentliyinə daxil olan bəyanatda deyilir.

    Muxalifet - 25-08-2017

  7. Prezidentdən “Qarabağ”la bağlı TVİT

     “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan xalqına qələbə sevinci bəxş etdi.
     
    Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi tvitter səhifəsində paylaşılıb.
    “Bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Ağdam şəhəri işğal altında olsa da, onun idman təmsilçiləri Avropanı fəth edirlər. Azərbaycan döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanır”, - deyə vurğulanıb.

    Muxalifet - 25-08-2017

  8. Vəkil: “Mehman Əliyevin həbsi siyasi sifarişdir”

    "Mehman Əliyevə qarşı irəli sürülən bugünkü ittihamlar və onun noyabrın 7-dək həbsi barədə məhkəmə qərarı bütün azad düşüncəli şəxsləri qorxutmaq və onlara göstərməkdir ki, heç kim hətta qanunu pozmayıbsa belə, özünü təhlükəsiz hiss edə bilməz", -vəkil Fuad Ağayev bildirib.
     
    O qeyd edib ki, M.Əliyevə qarşı irəli sürülən bütün ittihamlar əsassızdır və heç bir qanuni əsası yoxdur, əsasən də 192.2-ci maddənin - küllü miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq.

    Muxalifet - 25-08-2017

  9. Mehman Əliyevi Kürdəxanı həbsxanasına köçürdülər

     “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Kürdəxanı təcridxanasına köçürülüb.
     
    Bu barədə virtualaz.org-a onun vəkili Fuad Ağayev məlumat verib.
    Xatırladaq ki, daha əvvəl Yasamal Rayon Məhkəməsi Mehman Əliyev barəsində üç aylıq həbs tədbiri seçib. “Turan”ın direktorunu 60 min manatdan yuxarı məbləğə vergi ödənişindən boyun qaçırmaqda, qanunsuz sahibkarlıqda və xidməti səlahiyyətlərdən sui-istifadədə ittiham edirlər.

    Muxalifet - 25-08-2017

  10. Tovuzda avtomobil piyadanı vuraraq qaçıb

    Tovuzda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.
     
    Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
    Kənd sakini, 1950-ci il təvəllüdlü İsmayılova Cəmilə Tapdıq qızı yaşadığı evin qarşısında markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
    Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet - 25-08-2017

  11. Avropa Şurasından hakimiyyətə çağırış: “Mətbuatı boğmayın”

    Avropa Şurası Parlament Assambleyası Media Azadlığı vә Jurnalistlәrin Tәhlükәsizliyi üzrә baş direktoru Vladimir Ariev bu gün Turan İnformasiya Agentliyinin rәhbәri Mehman Әliyevin hәbs edilmәsindәn dolayı narahatçılığını bildirib.

    Muxalifet - 26-08-2017

  12. Mehman Әliyevin hәbsinә görә ictimai müzakirә keçirilәcәk

    “Turan” agentliyinin direktoru Mehman Әliyevin hәbsi ilә bağlı avqustun 26-da ictimai müzakirә keçirilәcәk.
     
    Toplantının tәşәbbüskarı Siyasi Məhbusları Müdafiə Mərkəzidir.Tәdbir Müsavat partiyasının qәrargahında keçirilәcәk vә saat 12:00-da başlayacaq.
    Tәşkilatçılar ölkәdә demokratiya vә azadlıqlardan yana olan bütün ictimai fәalları, siyasi xadimlәri, media mәnsublarını toplantıda iştiraka çağırır.

    Muxalifet - 26-08-2017

  13. Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış

    İctimai-siyasi şəxslər Mehman Əliyevin həbsini pisləyir
     
    Avqustun 25-də Yasamal Rayon Məhkəməsi “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə 3 aylıq həbs-qətimkan tədbiri seçib.
    Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır.
    Mehman Əliyevin həbsinə jurnalistlər, siyasi, ictimai xadimlər münasibət bildirib.

    Muxalifet - 26-08-2017

  14. "Əfqan Muxtarlının ürəyi ağrıyır" – Vəkil Nemət Kərimli

    Vəkil Nemət Kərimlinin saytımıza verdiyi xəbərə görə, o Əfqan Muxtarlı ilə görüşüb.
     
    Nemət bəyin məlumatına görə, Əfqan bəy saxlanma şəraitindən narazılıq etməyib. Ancaq Əfqan bəyin səhhətində problemlər var.  Ürəyi ağrıyır, nəbzi sürətlə vurur, kardioloqa ehtiyacı var.
    Xatırladaq ki, jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda qeyri-qanuni saxlanılaraq Azərbaycana gətirilib. Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.

    Muxalifet - 26-08-2017

  15. ​“Lənkəranski”ni o biri dünyaya göndərdim" deyən “qanuni oğru” vuruldu - QİSAS, YOXSA...

    Axtarışda olan “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovun Abxaziyada güllələnməsinin pərdəarxası səbəbləri...
     
    Azərbaycanlı “qanuni oğru”, “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılov Abxaziyada güllələnib. Primecrime.ru saytının məlumatına görə, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Nadir Səfilovun (“Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.

    Muxalifet2 - 26-08-2017

  16. ​“Azərbaycan müstəqil mediası “Turan”sız, ölkəmizin ictimai həyatı Mehman bəysiz qaldı” - Rövşən AĞAYEV

    “Dünya çempionlarının” sırasında dursaq, ədalətsizliyə məruz qaldığımızı hər kəs daha tez görəcək”

    Muxalifet2 - 26-08-2017

  17. Atdan yıxılaraq komaya düşən yeniyetmə 25 gündən sonra ayılıb - AĞDAŞDA

    Ağdaş rayonunda 25 gün koma vəziyyətində qalan yeniyetmə ayılıb.
     
    İyulun 25-də rayonun Tofiqli kənd sakini, 2002-ci il təvəllüdlü Fərhad Səhrab oğlu Ədilov atdan yıxılaraq ağır bədən xəsarətləri alıb.
    O, qohumları tərəfindən ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Komatoz vəziyyətdə olan xəstəyə qapalı kəllə-beyin travması, beyin əzilməsi diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Xəstəxananın həkimləri yeniyetməninin müalicəsi üçün səfərbər olunub.

    Muxalifet - 26-08-2017

  18. Şirvanda 10 yaşlı qızı maşın vurub

    Şirvanda azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    “Mercedes” markalı, 10 VV 887 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 2007-ci il təvəllüdlü Niftiyeva Mədinə Azad qızını vurub.
     Azyaşlı Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 26-08-2017

  19. 79 yaşlı kişini maşın vuraraq öldürüb - SALYANDA

    Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 25-də saat 21 radələrində Salyan şəhəri ərazisində Bakı şəhər sakini Simran Mehdiyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən şəhər sakini, 79 yaşlı İngilis Məmmədovu vurub.
     Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
     Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 26-08-2017

  20. "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatı "Turan" agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.
     
    "Mehman Əliyevə qarşı ittihamlar, habelə onun ilkin həbsi Azərbaycanın müstəqil jurnalistikanı və bütün digər tənqidi səsləri susdurmaq səylərinin tərkib hissəsidir", - deyə Freedom House-un Avrasiya üzrə proqram direktoru Mark Berendt bildirib.

    Muxalifet - 26-08-2017

Pages