Bakıda 4 yaşlı uşaq vəhşicəsinə döyülüb — FOTOLAR
27-08-2017 16:36

Azərbaycan Uşaqlar Birliyinin sığınacağına vəhşicəsinə döyülmüş 4 yaşlı oğlan uşağı gətirilib.
Birliyin rəhbəri Kəmalə Ağayeva virtualaz.org saytına deyib ki, uşaq Nərimanov rayonunda 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə tapılıb.
Uşağın başında və qollarında yaralar var. Həftənin birinci günü müayinələrdən keçiriləcək. Azyaşlının valideynləri tərəfindən döyülüb küçəyə atıldığı ehtimal edilir.
Hazırda ailəsi ilə bağlı araşdırma aparılır.