Tramp meksikalıları ən cinayətkar millətlərdən biri adlandırdı
28-08-2017 00:18

ABŞ prezidenti Donald Tramp meksikalıları dünyanın ən cinayətkar millətlərindən biri adlandırıb və qeyd edib ki, buna görə də ABŞ və Meksika arasında divar olmalıdır.
Tramp bunu "Twitter-də yazıb.
"Bizimlə milləti kriminal səviyyəsinə görə dünyada ən yüksəkdə olan Meksika arasında divar olmalıdır", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti əmin olduğunu bildirib ki, Meksika divarın tikintisinə bu və ya digər şəkildə vəsait sərf edəcək.
ABŞ-ın Nümayəndələr Palatası yayın əvvəlində Meksika ilə sərhəddə divar tikintisinə vəsait ayrılması barədə qanun qəbul edib(publika.az).