Dərnəgül yolunda “Mersedes” qadını vurub - FOTOLAR
27-08-2017 18:08

Dərnəgül yolunda yolu keçən piadanı avtomobil vurub.
Musavat.com-un məlumatına görə, "Mercedes" markalı avtomobilin törətdiyi qəza nəticəsində orta yaşlı qadın ağır bədən xəsarətləri alıb.
Yaralı piyada yaxınlıqdakı insanların və sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə baş verən yolda piyada keçidi yoxdur. Hadisə də məhz piyadanın avtomobil yoluna çıxaraq, yolun digər tərəfinə keçmək istədiyi zaman baş verib.