Qaxda avtomobil aşıb: 2 NƏFƏR YARALANIB

Qəza rayonun Çüdüllü kəndi ərazisində baş verib
 
Qaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Rayonun Çüdüllü kəndi ərazisində minik avtomobili idarəetməni itirərək aşıb və nəticədə 2 nəfər xəsarət alıb.
Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.