Axtarış
The search found 105779 results in 0.118 seconds.
Search results
Xatəmi Xamneyiyə çağırış edib: “Ev dustaqlarını azad et”
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Ali dini rəhbər Ayətullah Əli Xameneyini müxalifət liderlərinin ev dustaqlığına son qoymağa çağırıb.
Bu haqda Xatəminin veb səhifəsində məlumat verilib.
2009-cu ildə İranda prezident seçkilərinin nəticələri ilə bağlı suallar qaldırmaları ilə geniş etiraz nümayişlərinə yol açan islahatçılar Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustaqlığında saxlanması İranda siyasətçilər arasında ən böyük mübahisələrə səbəb olan məsələlərdən biridir.Muxalifet - 21-08-2017
Ermənistan ordusunun hərbçisi ölüb
Artsurun Ovannisyan KİV-ə məsələ ilə bağlı ətraflı məlumat verəcəyini vəd edib
Ermənistan silahlı qüvvələrinin hərbçisi ölüb.
Ermənistan KİV xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib.
O, KİV-ə məsələ ilə bağlı ətraflı məlumat verəcəyini vəd edib./reportMuxalifet - 21-08-2017
Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın: "İsa peyğəmbəri əvvəllər görmüşdüm"
Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək
İclasda hakim N.Qulibəyovaya "niyə orada əyləşmisən" sualı ilə müraciət edib.
Qadın suala "bilmirəm" deyə cavab verib.
O, daha sonra bunları söyləyib: "Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra uşağın halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə dərman verdim ki, sağalsın".Muxalifet - 21-08-2017
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi BMT-nin gündəliyinə daxil edilib
BMT Baş Assambleyasının növbəti sessiyasının proqramı və gündəliyi açıqlanıb
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 72-ci sessiyasının ilkin gündəliyinə daxil edilib.
Bu qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı müzakirə olunmadığından, qarşıdakı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 36-cı bəndlər altında daxil edilib.Muxalifet - 21-08-2017
Qaradağda “KamAZ”la “Mersedes” toqquşub: ölən və yaralanan var
Qaradağ rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustun 19-da saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə R.Abbasovun sərnişini- Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır.Muxalifet - 21-08-2017
2 avtomobil toqquşdu, 3 PİYADA VURULDU – ÖLƏN VAR
Bərdədə üç piyadanı maşın vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 20-də saat 11.00 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndində rayon sakinləri Nəriman Nərimanlının və Malik Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, M.Əliyev idarəetməni itirdiyindən yolun kənarında dayanan Ağcabədi rayon sakinləri Ağapəri Məmmədovanı, Sərvət Məmmədovu və Aygül Səmədovanı vurub. Nəticədə A.Məmmədova hadisə yerində ölüb, S.Məmmədov və A.Səmədova xəstəxanaya yerləşdiriliblər.Muxalifet - 21-08-2017
İspaniyada saxlanılan ermənipərəst yazıçı Doğan Akhanlı azadlığa buraxılıb
İspaniyada həbs olunan yazıçı şərti azadlığa buraxılıb.
Hazırda onun daimi yaşayış yeri Almaniyadır.
Yazıçının həbsi Almaniyada siyasi motivli addım kimi qiymətləndirilib.
Almaniya səfirliyi yazıçının deportasiya edilməsi əleyhinə olduğunu bildirib.
Vəkilinin qeyd etdiyinə görə, Doğan Akhanlı paytaxt Madridi tərk etməmək şərti ilə azadlığa buraxılıb.
Xəbərlərə görə, Doğan Akhanlı tətilini keçirdiyi Qranada şəhərində şənbə günü saxlanılıb.Muxalifet - 21-08-2017
Məşhur azərbaycanlı sehrbaz qəzada öldü - FOTO
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Muxalifet - 21-08-2017
"Abşeron” Gənclər Şəhərciyinin qazlaşdırılması dayandırılıb — "Akkord" podratçı şirkətin pulunu vermir
"Abşeron” Gənclər Şəhərciyinə qazın verilməsi prosesi dayandırılıb.
Bu barədə "Sherg.az"-a bir qrup şəhərcik sakini məlumat verib.
Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da, 3-gündür ki işlər dayandılıb:Muxalifet - 21-08-2017
Ermənistanda zabit öz kabinetində ölü tapılıb
Ermənistan müdafiə nazirliyinin zabiti öz kabinetində ölü vəziyətdə tapılıb.
İnsident zabitin öz otağında baş verib. Ermənistan müdafiə nazirliyinin mətbuat katibi V.Ohanesyan məlumatı təsdiqləyib. Amma nazirlik rəsmisi insident barədə başqa heç bir məlumat verməyib.
Erməni zabitin hansı şəraitdə öldüyü hələ ki müəyyənləşdirilməyib.
Erməni mətbuatının yazdığına əsasən ölən hərbçi rütbəcə kapitandır və xidmət müqaviləsi ilə işləyir. İnsident Meğri rayonunda baş verib.
Muxalifet - 21-08-2017
Bakıda “Hummer”dən düşən lüt qız kimdir? — VİDEO
Bibiheybət yolunda "Hummer"dən lüt qız düşdü və...
Avqustun 20-də saat təxminən 17:07-də qeydə alınan bu görüntülər Bakı-Salyan yolundandır.
avtosfer.az xəbər verir ki, Bibiheybət qəsəbəsinə gedən yolda - Salyan şosesində yolun sağ zolağında dayanmış 90 EP 099 dövlət nömrə nişanlı, "Hummer" markalı avtomobildən lüt qadının düşdüyünü hadisə şahidləri lentə alıblar. Qadın təbii ehtiyacını ödəyərək yenidən maşına minib və ərazidən uzaqlaşıblar.Muxalifet - 21-08-2017
Erməni zabitin ölümünə aydınlıq gətirildi: Kapitan Andranik Mkrtçyanın çənəsini güllə dağıdıb
Ermənistan Müdafiə Nazirliyi Mehridəki hərbi hissələrdən birində kapitan rütbəli hərbçinin "müəmmalı ölümünə" aydınlıq gətirib.
Nazirliyin bildirdiyinə görə hərbçinin cəsədi ötən gün saat 16.00 radələrində iş otağında aşkar edilib. 26 yaşlı kapitan Andranik Mkrtçyanın çənəsindən güllə ilə vurulduğu məlum olub. Onun intihar edb-etmədiyi haqda heç nə deyilmir.Muxalifet - 21-08-2017
Azərbaycan vətəndaşını Peterburqda soyublar
Peterburqda üç naməlum şəxs ticarət pavilyonunu qarət edib.
"İqtisadiyyat bu gün"ün bildirdiyi kimi, hadisə 19 avqust gecəsi Sankt-Peterburqun Primorsk rayonunda baş verib.
Qarətçilər şənbə günü gecə Planer küçəsindəki "24 saat" adlı ticarət pavilyonuna gələrək orada işləyən Azərbaycan vətəndaşına bıçaqla hədə-qorxu gəliblər. Sonra kassadakı 46 min rublu, həmçinin özləri üçün siqaretlər, qida məhsulları, eləcə də və satıcının şəxsi əşyalarını, mobil telefonunu və sənədlərini götürərək aradan çıxıblar.Muxalifet - 21-08-2017
ÜAK-ın taleyi sentyabrda həll olunacaq – Komitə sədri
“Güman edirəm ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı sentyabrda düzgün qərar veriləcək”.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Qlobal Gənc Liderlər Forumunda deyib.Muxalifet - 21-08-2017
Boris Yeltsinin limuzini satıldı
Rusiyanın ilk prezidenti Boris Yeltsinin “Mersedes-Benz S-klass Trasko Bremen” markalı zirehli limuzini Sankt-Peterburqda 19,7 milyon rubla (332 min 930 ABŞ dolları) satılıb.
Boris Yeltsinin rəsmi və şəxsi görüşlərə getdiyi avtomobili adı açıqlanmayan kolleksioner alıb.
Limuzin xüsusi sifariş əsasında hazırlanıb.
Bundan az müddət öncə Yeltsinin istifadə etdiyi “Mersedes-Benz S-klass III (W140)” 33 milyon rubla (557 min 700 dollar) satılmışdı.Muxalifet - 21-08-2017
Merkeldən türklərə müraciət: “Şərəf duyarıq…”
Almaniya kansleri Angela Merkel sentyabrda baş tutacaq seçki öncəsi xalqa müraciət edib.
Almaniyanın RTL telekanalında proqrama qatılan ölkə lideri türkkökənli vətəndaşlara xüsusən müraciət edib.
Merkel çıxışında Ərdoğanın türk seçicilərinə müraciətinə də toxunaraq narahatlığını gizlədə bilməyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə kökənli Alman vətandaşlarını “Xristian Demokrat Birliyi” (CDU), “Sosial Demokrat Partiyası” (SPD) və “Yaşıllar”a səs verməməyə çağırıb.Muxalifet - 21-08-2017
Müğənni Xatirə HƏBS EDİLDİ - SON DƏQİQƏ
Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub.
Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.
Bu barədə xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib. Vəkil operativ işi həyata keçirən hər kəsə təşəkkürünü bildirib:Muxalifet - 21-08-2017
Türkiyə və İran terror təşkilatına qarşı BİRLƏŞDİ
İran və Türkiyə PKK terror təşkilatına qarşı birgə mübarizə apara bilər.
Türkiyə KİV xəbər verir ki, bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib. Bu, Türkiyə və İranın münasibətləri tarixində belə yüksək səviyyəli birinci hərbi görüş idi.Muxalifet - 21-08-2017
Suriyada Türkiyə üçün ən kritik məqam
ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib.
Türkiyə KİV xəbər verir ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiridən sonra Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov İdlib mövzusu ilə əlaqədar Ankaraya gələcək.Muxalifet - 21-08-2017
Pentaqon rəhbərinin kritik Türkiyə səfəri - Qırmızı qovluqla gəlir
ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin avqustun 23-ü Türkiyəyə səfəri zamanı özü ilə qırmızı qovluqlar gətirəcəyi iddia edilib.
Sözügedən qovluqların içində hansı məsələlərin yer aldığı dəqiq bilinməsə də, iddialara görə, Mettis məhz 3 əsas mövzunu müzakirə etmək üçün Türkiyəyə gəlir:
1. Kürdüstanın müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendum.
2. ABŞ-ın YPG-yə verdiyi silahlar.
3. Türkiyənin Rusiyadan alacağı S-400 raketləri.Muxalifet - 21-08-2017