Axtarış
The search found 105779 results in 0.015 seconds.
Search results
Günün maraqlı matçlarını yayımlayacaq kanalların SİYAHISI
Bu gün futbol meydanlarında növbəti qarşılaşmalar keçiriləcək.
15:56 Bölmə: İdman Oxunma sayı: 10 A-AA+
goal.az -dan canlı yayımlanacaq oyunların syahısı:
20 avqust
14:30 Excelsior - Feyenoord - CBC Sport, Tivibu Spor
16:00 Amkar - Zenit - Match! TV, Naş Futbol, Tivibu Spor 2
16:30 Ajax - Groningen - Tivibu Spor
16:30 Huddersfield - Newcastle - İdman Azərbaycan TV, Match! Futbol 1, S Spor
17:00 Kəpəz - Zirə - CBC Sport
19:00 Tottenham - Chelsea - İdman Azərbaycan TV, Match! TV, Match! Futbol 1, S SporMuxalifet - 20-08-2017
Rusiyanın dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib
Xabarovsk polisi 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunu axtarır
Rusiyada pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib.
"NTV" xəbər verir ki, Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunu axtarır.Muxalifet - 20-08-2017
Ərdoğan ABŞ və Avropaya sonuncu dəfə xəbərdarlıq etdi
“Çağırışımıza səmimi cavab verməyən ölkələrin Türkiyənin atacağı addımlara reaksiyasını nəzərə almayacağıq”
“Bizə dost olaraq görünənlər PKK, PYD, YPG adı altında qurulmuş və qurulacaq terror təşkilatlarının qurumların nə olduğunu bildikləri halda bizim gözümüzün içinə yalan söyləyirlər. Qərb bir terror təşkilatını yanına alaraq, guya digər terror təşkilatı olan İŞİD-lə mübarizə adı altında bölgəni yeni dizayn etməyə çalışır”.Muxalifet - 20-08-2017
Bərzani ABŞ-a “yox” dedi
ABŞ dövlət katibi Reks Tillersonla telefon danışığında referendumun təxirə salınması tələbinə yox, Bağdadla dialoqun aparılmasına razılıq verdim.
Bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib.Muxalifet - 20-08-2017
Sarkisyan Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş erməni cinayətkarı əfv edəcək
Arutunyan ilin sonunda azadlığa çıxacaq
Ermənistan prezidenti amnistiya fərmanı ilə Rusiyada 18 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzasını törətmiş Qraç Arutunyanı əfv etmək niyyətindədir.
"İnterfax" xəbər verir ki, bu barədə hazırda həbs cəzası çəkən Arutunyanın yaxınları bildiriblər.
Onların sözlərinə görə, Arutunyan ilin sonunda azadlığa çıxacaq.
"Komissiyada mənə bildirdilər ki, Arutunyan dekabrın sonunda əfv ediləcək", - deyə müttəhimin qaynatası Viktor Martirosyan bildirib.Muxalifet - 20-08-2017
Suriya müxalifəti Əsədlə bağlı məsələni müzakirə edəcəklər
Müzakirələri Ər-Riyadda baş tutacaq
Suriya müxalifəti bazar ertəsi, avqustun 21-də Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq.
“RİA Novosti” xəbər verir ki, ölkə müxalifətinin Ər-riyad, Qahirə və Moskva platformalarının müzakirələri Ər-Riyadda baş tutacaq.
Qeyd edək ki, müxalifət 2011-ci ildən Əsədin istefasını tələb edirlər. Ər-riyad görüşü sentyabrda Jenevada baş tutacaq danışıqlar öncəsi müxalifətin ümumi fikrə gəlməsi məqsədi ilə keçirləcək.
Görüş iştirakçıları Əsədin gələcək prezidentliyinə öz münasibətini bəyan edəcəklər.Muxalifet - 20-08-2017
Bu gün 2 uşaq təcili yardım maşınında dünyaya gəlib - MİNGƏÇEVİRDƏ
Onlar həkim nəzarəti altında saxlanılır
Mingəçevirdə iki ayrı təcili yardım maşınında oğlan və qız uşaqları doğulub. Doğuşlar bu gün şəhərin Vidadi küçəsi 2 və Aydın Məmmədov küçəsi 12 ünvanından hamilə qadınlar təcili yardım maşınları ilə xəstəxanaya götürüldüyü zaman baş verib.
Belə ki, Vidadi küçəsində yaşayan 1982-ci il təvəllüdlü Günel Kərimova oğlunu, Aydın Məmmədov küçəsininin sakini 1996-cı il təvəllüdlü Nuranə Məmmədova isə qız övladını xəstəxanaya yetişmədən təcili yardım maşınında doğub.Muxalifet - 20-08-2017
Naxçıvan polisinə yeni nazir təyin edildi
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə yeni təyinat olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general-mayor Rafiq Abbasov nazir təyin olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov vəzifəsindən azad olunub.Muxalifet - 20-08-2017
Oğuzda dəhşətli avtomobil qəzası - 3 ölü, 4 yaralı
Oğuzda ağır yol qəzası baş verib.
Hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində hələki şəxsiyyəti məlum olmayan bir nəfər aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb və Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) morquna aparılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz MRX-a aparılıblar.Muxalifet - 20-08-2017
Putinin siyasi və iqtisadi "tankı" - HEYRƏTAMİZ FAKTLAR
Qərb mətbuatının, daha doğrusu dövlətlərinin hədəfində ilk növbədə bu nəhəng rus maşını gəlir
Rusiyanın dövlət neft konserni “Rosneft” Kremlin dünyada “yaşıl adamcıqlar”, nüvə raketləri, “Armata” tankları qədər effektiv silahıdır.
Rusiya dünya siyasətində hegemonluğu bərpa etməyə məhz “Qazprom” və “Rosneft” kimi şirkətləri gücləndirərək başlayıb.
Bu şirkətlərin qarşısında duran qurumlar isə bir-bir əzilib.Muxalifet - 20-08-2017
Tramp ABŞ xalqa və orduya müraciət edəcək
ABŞ prezidenti ölkəsinn Əfqanıstandakı münaqişəyə cəlb olunması ilə bağlı bəyanat verəcək
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bazar ertəsi axşamı ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq.
“RİA Novosti”xəbər verir ki, müraciət Əfqanıstan və Cənubi Asiyadakı situasiya ilə əlaqədar olacaq.
Qeyd olunur ki, ABŞ prezidenti ölkəsinn Əfqanıstandakı münaqişəyə cəlb olunması ilə bağlı bəyanat verəcək.Muxalifet - 21-08-2017
Gəncədə 10 manat üstündə bıçaqlanma - YENİLƏNİB
Gəncədə baş verən hadisənin təfərrüatı məlum olub.
Qumar oyunu zamanı 10 manat üstündə dava düşüb. Nəticədə Sərdar Məmmədov Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Azər Həmzə oğlu Ələsgərovu döyüb. Bu zaman Azərin həyat yoldaşı Məmmədovu qarın nahiyəsindən bıçaqlayıb. Hadisədə döyülən A.Əsgərov da xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı isə saxlanılıb.
*** 22:55
Gəncədə sürücü yaralı halda idarə etdiyi avtomobillə qəzaya düşüb.Muxalifet - 21-08-2017
VAZ-2107 32 yaşlı piyadanı vurub – AĞDAMDA
Ağdamda avtomobil piyadanı vurub.
Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Rayon sakini Ələkbər Nəcəfov idarə etdiyi 02 BK 156 dövlət nömrə nişanlı “VAZ” 2107 markalı minik maşını ilə 32 yaşlı Mehdiyev Elnur İsa oğlunu vurub. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər E.Mehdiyevin vəziyyətinin orta ağır olduğunu bildirib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.Muxalifet - 21-08-2017
Ağstafada polis bıçaqlanıb
Ağstafada bıçaqlanma olub.
Rayon Polis Şöbəsinin əməliyyatçısı , 1994-cü il təvəllüdlü Nurlan Vəliyev ənsə nahiyəsinin və göz ətrafı nahiyənin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirlir.
Məlumata görə, hadisə Qazax rayonu ərazisində yanacaqdoldurma məntəqələrinin birində qeydə alınıb. Polis əməkdaşını bıçaqlayan şəxsin kimliyinin məlum olduğu bildirilir. Hazırda onun saxlanılması istiqamətində polis şöbəsində əməliyyat tədbirləri həyata keçirilir./apaMuxalifet - 21-08-2017
Ramil Quliyev “Brilliant Liqa”-nın da qalibi oldu - Video
Azərbaycanlı atlet Ramil Quliyev növbəti zəfərini qazanıb.
Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca “Diamond League” ("Brilliant Liqa”) daha bir qızıl medala sahib olub.
Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.Muxalifet - 21-08-2017
Bu gün Günəş tam tutulacaq
Avqustun 21-də tam Günəş tutulması baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq.
Tutulma müddəti 2 dəqiqə 40 saniyə , yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.
Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.Muxalifet - 21-08-2017
""Qarabağ"ın müdafiəsi güclü deyil, ancaq..." - PAVLOVİÇ
“Qarabağ" mənə "Vardar"ı xatırlatdı. Amma bir az daha keyfiyyətli komandadır".
Muxalifet - 21-08-2017
Netanyahu bu ölkəyə getsə, həbs olunacaq
İsrail Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarının verildiyi iddia edilir.
Bu barədə İspaniya məhkəmələrindən birinin qərar verdiyi bildirilib.
Qeyd edilir ki, İsrail hərbçilərinə 2010-ci ildə Qəzzaya yardım aparan "Mavi Mərmərə" gəmisinə hücum əmrini verən Netanyahu və yeddi hökumət rəsmisi İspaniyaya gedərsə, həbs ediləcəklər.Muxalifet - 21-08-2017
Rus Çempionu döyüb öldürən azərbaycanlı tutuldu - Video
2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu dünən Xabarovsk şəhərində döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov saxlanılıb.
Virtualaz.org xəbər verir ki, polisin təşkil etdiyi genişmiqyaslı axtarış tədbirləri nəticəsində A.Draçovun qətlə yetirilməsində şübhəli bilinən şəxs tutulub. Azərbaycanlı idmançının hansı şəraitdə saxlanılması barədə məlumat verilmir.Muxalifet - 21-08-2017
Bakıda Qlobal Gənc Liderlər Forumu başladı
Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu başlayıb.
Forum 4 gün davam edəcək.Muxalifet2 - 21-08-2017