Pentaqon rəhbərinin kritik Türkiyə səfəri - Qırmızı qovluqla gəlir

ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin avqustun 23-ü Türkiyəyə səfəri zamanı özü ilə qırmızı qovluqlar gətirəcəyi iddia edilib.
 
Sözügedən qovluqların içində hansı məsələlərin yer aldığı dəqiq bilinməsə də, iddialara görə, Mettis məhz 3 əsas mövzunu müzakirə etmək üçün Türkiyəyə gəlir:
1. Kürdüstanın müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendum.
2. ABŞ-ın YPG-yə verdiyi silahlar.
3. Türkiyənin Rusiyadan alacağı S-400 raketləri.
Qeyd edək ki, C.Mettis səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək.