Axtarış

The search found 105779 results in 0.02 seconds.

Search results

  1. “Mersedes” motosikleti vurub: Türkiyə vətəndaşı yaralanıb

    Bakıda baş verən qəza zamanı Türkiyə vətəndaşı ağır xəsarət alıb.
     
    Hadisə Binəqədi rayonunda baş verib.
    Belə ki, "Elite" ticarət mərkəzinin qarşısında 1995-ci il təvəllüdlü Karakaya İbrahim Mehmet oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyib. Lakin bu zaman "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə motosikletin sürücüsü kəllə-beyin travması alıb.
    O, xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Muxalifet - 22-08-2017

  2. Bu gün ÇL-in "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək

    Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşəcək
     
    Bu gün futbol üzrə Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək.
    Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşəcək.

    Muxalifet - 22-08-2017

  3. Avtomobil 40 yaşlı kişini vuraraq öldürüb – BAKIDA

    Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb.
     
    Hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
    Belə ki, Ramana qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında təxminən 40 yaşlı kişi yolu keçmək istəyən zaman onu Vüsal Hüseynovun idarəetməsində olan "Naz Lifan" markalı avtomobil vurub.

    Muxalifet - 22-08-2017

  4. "İraq 2 ay ərzində İŞİD-dən azad olunacaq" –Səfir

    Heydər Hadi: "İraqda az terrorçu qalıb"
     
    İraqın Rusiyadakı səfiri Heydər Hadi bildirib ki, onun ölkəsi iki aydan sonra tamamilə İŞİD silahlılarından azad ediləcək.
    Diplomat bunu "İzvestiya" qəzetinə müsahibəsində deyib.
    "İraqda az terrorçu qalıb. Onların getməyə yeri yoxdur, xüsusən Suriya ilə sərhəddə onların sona qədər, ölənədək döyüşməkdən başqa heç nəyi qalmayıb. Və ümid edirəm ki, tezliklə onlar məhv ediləcək, İraq tamamilə İŞİD-dən azad ediləcək",- o deyib.

    Muxalifet - 22-08-2017

  5. Tramp Əfqanıstana daha 4000 əsgər göndərəcək

    Tramp Əfqanıstanda vəziyyəti hərbi yolla sabitləşdirmək istəyən üçüncü Ağ Ev rəhbəri olub
     
    ABŞ prezidenti Donald Tramp Əfqanıstanda daha 4 min ABŞ əsgərinin göndərilməsi barədə fərman imzalayıb.
    Bu barədə "Fox News" mənbəyə istinadən xəbər verib.
    Qeyd olunur ki, Tramp Əfqanıstanda vəziyyəti hərbi yolla sabitləşdirmək istəyən üçüncü Ağ Ev rəhbəri olub.
    Dövlət başçısının xalqa bununla bağlı müraciətinin yayımı yerli vaxtla saat 21:00-da nəzərdə tutulub.

    Muxalifet - 22-08-2017

  6. Ailənin 3 üzvü evdə yanaraq öldü – LERİKDƏ

    Lerik rayonunda baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb.
     
    Məlumatı FHN-nin rəsmi saytı yayıb.
    Məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənən halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib.

    Muxalifet - 22-08-2017

  7. Bir neçə Avropa ölkəsi Saakaşviliyə vətəndaşlıq təklif edib

    Saakaşvili: Ukraynaya qayıtmağa hazırlaşıram
     
    "Avropanın bir neçə ölkəsi mənə vətəndaşlıq verməyə hazırdır, lakin təkliflərdən imtina etmişəm və Ukraynaya qayıtmağa hazırlaşıram".
    Bunu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili özünün "facebook" səhifəsində yazıb.

    Muxalifet - 22-08-2017

  8. “ABŞ dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək” - TRAMP

    ABŞ bundan sonra dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək.
     
    “NBC” telekanalına verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı “Fort Mayer” hərbi bazasında çıxış edərkən bəyan edib.
    Onun sözlərinə görə, bundan sonra ABŞ ümumu maraqları təmin etmək üçün müttəfiq və tərəfdaşları ilə əməkdaşlığa üstünlük verəcək.

    Muxalifet - 22-08-2017

  9. Əbülfəz Elçibəyin vəfatından 17 il ötür

    Milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 17 il keçir.
     
    Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.
     Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.
     1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
     Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.

    Muxalifet - 22-08-2017

  10. İsmayıllıda avtomobil 15 baş qoyunu vurub

    İsmayıllı rayonunda qoyun sürüsünün tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib.
     
    Hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb. Hadisə qoyun sürüsünün qəflətən avtomobil yoluna çıxması nəticəsində baş verib.

    Muxalifet - 22-08-2017

  11. Bakıda avtobus sürücüsünə silah çəkən şəxs həbs edilib

    Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub.
     
    Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib.
     Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.
     Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.
     Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.

    Muxalifet - 22-08-2017

  12. 26 yaşlı gənc özünü ASIB - ABŞERONDA

    Abşeron rayonunda intihar hadisəsi baş verib.
     
    Hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elxan Fikrət oğlu Bürcəliyev yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
    Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 22-08-2017

  13. "Rusiya kimi dövlət ərazini işğal edirsə..." - PENTAQON RƏHBƏRİ

    Ukraynaya səfəri zamanı Pentaqon başçısı Ceyms Mettis Vaşinqton və Kiyev arasında strateji tərəfdaşlıq planlarını təsdiqləməyi planlaşdırır.
     
    Bu barədə Pentaqonun mətbuat xidmətindən informasiya yayılıb.
    “Mən Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirak etməyi və Prezident Pyotr Poroşenko və Müdafiə naziri Stefan Poltorakla görüşməyi planlaşdırıram. Demokratiya yaratmaq asan deyil. Rusiya kimi dövlət ərazi bütövlüyünü pozduğu halda müstəqilliyini qorumaq da asan deyil”, - Mettis bildirib.

    Muxalifet - 22-08-2017

  14. Qarabağın təminatçısı “güclü Türkiyə”dir – Hikmət Çətin

    Dağlıq Qarabağ münaqişəsi üçün qəti həll yolunu tapmağın vaxtıdır.
     
    Bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin “Vestnik Kavkaza”nın müxbiri ilə söhbət əsnasında danışıb. Müsahibə Bakıda keçirilən Gənc Liderlər Qlobal Forumu çərçivəsində baş tutub.

    Muxalifet - 22-08-2017

  15. “Satıram” sözü hər zaman reklam sayıla bilməz – Ekspert

    Öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmır.
     
    Bu sözlərlə “Digesta” hüquq firmasının rəhbəri, nəqliyyat eksperti Ərşad Hüseynov avtomobillərinin üzərində “Satılır” elanı yazanların cərimələnəcəyi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin media açıqlamasını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, satış yerində qoyulan və üzərində “satılır” elanı yazılan avtomobil cərimələnə bilməz:

    Muxalifet - 22-08-2017

  16. MHP Elçibəyi yad etdi

    Türkiyənin Milliyətçi Hərəkat Partiyası Əbülfəz Elçibəyin vəfatının 17-ci ildönümünü qeyd edib.
     
    Partiyanın rəsmi Tviter hesabında eks-prezident barədə yazılıb.
    “Vəfatının 17-ci ilində böyük fikir və mübarizə insanı, qardaş ölkə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi rəhmət və sevgi ilə anırıq”, - MHP-nin sosial şəbəkə hesabında yazılıb.
    Qeyd edək ki, mərhum prezident Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə dünyasını dəyişib.

    Muxalifet - 22-08-2017

  17. Penaltini vura bilmədi, yoldaşı dalaşdı - VİDEO

    Futbol üzrə Rumıniya çempionatının VII turunda Buxarestin "Yuventus" və "Styaua" komandaları arasında keçirilmiş matçın uzatma dəqiqələrində qeyri-adi hadisə baş verib.
     
    "Yuventus"un oyunçuları George Kalintaru və Valentin Barbulesku bir-biri ilə dalaşıb.
    Buna Kalintarunun 90+6-cı dəqiqədə "Styaua"nın qapısına təyin olunmuş penaltini Panenka üslubunda vurma cəhdi səbəb olub. Həmin zərbəni rəqib qapıçı Florin Nitse asanlıqla tutub. Nəticədə "Yuventus" 1:2 hesabı ilə uduzub.

    Muxalifet - 22-08-2017

  18. Əmisi arvadını döyərək əlini və ayaqlarını sındırdı - TOVUZDA

    Qadının vəziyyəti ağırdır
     
    Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.
    Hadisə rayonun Alakol kəndində baş verib.
    Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Sevda Şəmşəd qızı Rüstəmova ailə münaqişəsi zəminində qaynının oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

    Muxalifet - 22-08-2017

  19. Xəzərdəki qəzada ölən neftçilərdən daha birinin meyiti tapıldı

    Qərardahdan verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10 -da Daş Zirə (köhnə Vulf adası) adasında meyiti aşkar edilən şəxsin «Azneft» İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib.
    Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

    Muxalifet - 22-08-2017

  20. PUTİN RUSİYASI AMERİKANLARI NİYƏ QORXUDUR? – “ABŞ Rusiyaya bənzəməyə başlayır”

     Amerikalıların Putin Rusiyasına mübtəla olmasında nə isə bir qəribəlik var. Əlbəttə, Krımın ilhaqı, Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar, onların xarici ölkələrdəki seçkilərə müdaxilə etməsi və digər məsələlər bir çox amerikalını həyəcanlandırmaya bilməz.
     
    Lakin görəsən nə üçün ABŞ liberallarını geosiyası ambisiyaları ilə birlikdə Çinin artan iqtisadi gücü, radikal islamın ideoloji potensialı və nüvə silahına yiyələnən Şimali Koreyanın dəliliyindən daha çox, məhz Rusiya həyəcanlandırır.

    Muxalifet - 22-08-2017

Pages