Axtarış
The search found 105779 results in 0.017 seconds.
Search results
Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB ETDİ
“Uzun illərdir Azərbaycan elminin və Azərbaycan dövlətçiliyinin xidmətində olan bir şəxsəm. Bu günlərdə mənim ümumiyyətlə söyləmədiyim ifadə sensasiya xatirinə bəzi saytlar tərəfindən səhifələrinə və xəbər başlığına çıxarılıb. Buna qəti etirazımı bildirmək istəyirəm”.
Bunu Modern.az saytına açıqlamasında deputat, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyev bildirib.Muxalifet - 21-08-2017
Jurnalist prokurordan ŞİKAYƏTÇİDİR
Avqustun 21-də paytaxtın Yasamal Rayon Məhkəməsində jurnalist Fərqanə Novruzovanın həmin rayonun prokuroru Rasim Hacıyevə qarşı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə baxılıb.
Jurnalist iddia ərizəsində xahiş edib ki, prokurorun hərəkətsizliyinin qanunsuz sayılması barədə qərar çıxarılsın. Fərqanə Novruzova “hərəkətsizlik” deyərkən, Yasamal rayonunun bu yaxınlarda vəzifəsindən azad edilən icra başçısı İbrahim Mehdiyevin əməlinə hüquqi qiymət verilməməsini nəzərdə tutur.
Prokuror sabiq icra başçısı haqqında tədbir görmək istəmir?Muxalifet - 21-08-2017
Sayt rəhbəri DTX-ya çağırıldı
“infoAZ.org” saytının rəhbəri Namiq Cəfərli DTX-ya çağırılıb.
Bu barədə o özü Facebook səhifəsində məlumat verib.
Xatırladaq ki, avqustun 17-dən etibarən “infoAZ.org” saytına ölkə ərazisində giriş məhdudlaşdırılıb. Avqustun 18-də isə saytın rəhbərliyi Baş Prokurorluğa çağırılıb.Muxalifet - 21-08-2017
Cəmil Həsənlinin qızının şikayətinə Ali Məhkəmədə baxılacaq
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin kassasiya şikayətinə baxılması vaxtı məlum olub.
Məhkəmə prosesi sentyabrın 6-da hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.Muxalifet - 21-08-2017
“İçərişəhər” Dövlət Qoruğu İdarəsinə rəhbər təyin edilib
Bu vəzifəni Əsgər Əyyub oğlu Ələkbərov icra edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə Əsgər Əyyub oğlu Ələkbərov təyin edilib.Muxalifet - 21-08-2017
Hacıqabulda yük maşını aşıb
Bakı-Qazax yolunda yük maşını aşıb.
Hadisə yolun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində qeydə alınıb.
İri tutumlu yük maşınının yoldan çıxaraq aşması nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.Muxalifet - 21-08-2017
Pentaqon rəhbərinin Ukrayna səfərinin fövqəladə əhəmiyyəti var - Poroşenko
Pentaqon rəhbəri Ceyms Mettisin səfəri zamanı aparılacaq danışıqlar Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün fövqəladə əhəmiyyət daşıyır.
Bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko ABŞ Müdafiə naziri Ceyms Mettisin səfəri ilə bağlı deyib.
Ceyms Mettis 23-24 avqust tarixlərində Kiyevdə olacaq. O, Ukraynanın müstəqilliyinin 26-cı ildönümündə iştirak edəcək.
Petro Poroşenko ABŞ Müdafiə nazirinin məhz bu ərəfədə Kiyevə gəlişinin simvolik məna daşıdığını vurğulayıb. O, Mettisi ölkəsinin böyük dostu adlandırıb.Muxalifet - 21-08-2017
Kılıçdaroğlu həbs olunacaqmı? - Ərdoğan cavab verdi
Kılıçdaroğlu doğulmamış uşağa paltar biçir. Mənim gündəmimdə elə bir şey yoxdur.
Türkiyə mətbuatı xəbər verir ki, bu sözləri CHP lideri Kamal Kılıçdaroğlunun həbs edilməsilə bağlı müzakirələrə aydınlıq gətirən prezident Rəcəb Tayyib Ərdoğan İordaniya səfərindən qabaq Atatürk Hava Limanında jurnalistlərə açıqlamsında deyib.
Ölkə başçısı jurnalistlərə tam olaraq belə cavab verib:Muxalifet - 21-08-2017
Türkiyədə tarlaya pilotsuz təyyarə düşdü - Axtarış
Türkiyənin Şanlıurfa bölgəsinin Viranşəhər rayonunda tarlaya pilotsuz hava vasitəsi düşüb.
Pilotsuz təyyarəni görən vətəndaşlar Jandarma Komandanlığına məlumat veriblər.
Bölgəyə yeridilən jandarma briqadası ərazidə axtarışlara başlayıb.Muxalifet - 21-08-2017
“Toyota Prado” ilə “Kia” avtomobili toqquşub - MİNGƏÇEVİRDƏ
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Toyota Prado” və “Kia” markalı minik avtomobilləri toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Ağır vəziyyətdə olan yaralılar - Yevlax rayon sakinləri, 1997-ci il təvəllüdlü Şəmsi Qabil oğlu Aslanov və 1997-ci il təvəllüdlü Telman Natiq oğlu Əsgərov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Digər iki yaralıya isə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 21-08-2017
Kataloniyada polis terrorçu-kamikadzeni məhv edib
O, Barselona və Kambrilsdə baş vermiş terror aktlarının araşdırılması zamanı aşkar edilib
Polis Barselonanın Subirats yaşayış məntəqəsində "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib.
Bu barədə "Cadena Ser" radiostansiyası məlumat yayıb.
O, Barselona və Kambrilsdə baş vermiş terror aktlarının araşdırılması ilə əlaqədar aparılan xüsusi əməliyyat zamanı aşkar edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.Muxalifet - 21-08-2017
35 yaşlı kişi özünü ASIB – İMİŞLİDƏ
İmişli sakini özünü asaraq intihar edib.
Rayon sakini, 1982-ci il təvəllüdlü Fərəcov Sərdarın meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə aşkar edilib.
Məlumata əsasən, iki uşaq atası olan S.Fərəcov Qaz təchizatı idarəsində nəzarətçi işləyib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 21-08-2017
1 nəfər özünü beşmərtəbəli binanın damından atmaq istəyib - GƏNCƏDƏ
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damına çıxması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, dərhal hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib./apaMuxalifet - 21-08-2017
Yük maşınından tullandı, təkərin altında qaldı – HACIQABULDA
Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.
1988-ci il təvəllüdlü Ramazan Şıxəliyev yük avtomobilindən yerə tullanıb və hərəkətdə olan maşının altında qalaraq ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet - 21-08-2017
Barselona terrorunun əsas şübhəlisi tutulub
İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən Yunus Əbu Yaqub saxlanılıb.
Bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, terror aktını törətməkdə əsas şübhəli sayılan Yunus Əbu Yaqub Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində tutulub.
Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktını törədən şəxs hadisə yerindən qaçmışdı.Muxalifet - 21-08-2017
“DƏYİŞİKLİKLƏR O ZAMAN BAŞ VERƏCƏK Kİ...” - Həbsdəki jurnalistlə həbsdəki müstəntiqin söhbəti
Jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətə başlayarkən məni nələrin gözlədiyini təxmin etmişdim. Qələm və əməl ilə haqqı tapdalanan azərbaycanlının yanında olacaqdımsa, rəsmi strukturların təqibini, bu yetərli olmazsa, hətta işgəncə maşınının altında dırnaq və sümüklərimin çıxarılacağını da göz altına almış, vaxtaşırı fikir etmişdim. Burası Azərbaycandır!
Muxalifet2 - 21-08-2017
Avtomobil 60 yaşlı qadını vuraraq öldürüb - BAKIDA
Piyada hadisə zamanı yerüstü keçiddən istifadə etməyib
Bakıda avtomobil qadını vuraraq öldürüb.
Hadisə Xəzər rayonunda baş verib.
Belə ki, aeroport yolunun Mərdəkan qəsəbəsindən keçən hissəsində təqribən 60 yaşlı, Rəna adlı qadını (soyadı hələlik məlum deyil - red) minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə aparılsa da, orda dünyasını dəyişib.
Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Muxalifet - 22-08-2017
Bakıda 27 yaşlı gənci avtomobili vurub
Tural Məmmədov ağır xəsarətlər alıb
Bakıda gənc oğlanı minik avtomobili vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində 27 yaşlı Məmmədov Tural Ceyhun oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu "Hyundai" markalı avtomobil vurub. Nəticədə T. Məmmədov ağır xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 22-08-2017
İraq Kürdüstanda keçirilən referendumu tanımayacaq
Səfir: Bu, Konstitusiyamızla ziddiyyət təşkil edir
İraqın Rusiyadakı səfiri Heydər Hadi bildirib ki, rəsmi Bağdad Kürdüstan hakimiyyətinin müstəqilliklə bağlı referendumunun legitimliyini tanımır.
Bu barədə "İzvestiya" məlumat yayıb.
"Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, İraq kürdlərinin sentyabrın 25-də nəzərdə tutduqları referendum hökumət tərəfindən qəbul olunmur. Bu, bizim Konstitusiyamızla ziddiyyət təşkil edir", - deyə o bildirib.
Diplomat vurğulayıb ki, BMT nöqteyi-nəzərindən də referendum qanunsuzdur.Muxalifet - 22-08-2017
Bakıda kütləvi dava: 17 YAŞLI GƏNC BIÇAQLANDI
Bakıda kütləvi dava zamanı gənc oğlana 3 bıçaq zərbəsi vurulub.
Muxalifet.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, 8-ci kilometr qəsəbəsinin yaxınlığında 4 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı 17 yaşlı Bağırov Elgün Firudin oğlunun ayaq nahiyəsinə 3 bıçaq xəsarəti yetirilib. O, çoxlu qan itirdiyindən taksi vasitəsilə xəstəxanaya çatdırılıb və yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Fakt araşdırılır.Muxalifet - 22-08-2017