Merkeldən türklərə müraciət: “Şərəf duyarıq…”

Almaniya kansleri Angela Merkel sentyabrda baş tutacaq seçki öncəsi xalqa müraciət edib.
 
Almaniyanın RTL telekanalında proqrama qatılan ölkə lideri türkkökənli vətəndaşlara xüsusən müraciət edib.
Merkel çıxışında Ərdoğanın türk seçicilərinə müraciətinə də toxunaraq narahatlığını gizlədə bilməyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə kökənli Alman vətandaşlarını “Xristian Demokrat Birliyi” (CDU), “Sosial Demokrat Partiyası” (SPD) və “Yaşıllar”a səs verməməyə çağırıb.
Angela Merkelsə bunun tamamilə imkansız olduğunu deyərək, seçicilərə səslənib: "Onları azad bir ölkədə səsvermə hüququndan istifadə etməyə dəvət edirik. Bundan şərəf duyarıq”./teleqraf.com