Axtarış
The search found 105779 results in 0.023 seconds.
Search results
“Putinlə İlham Əliyev arasında münasibətlər yaxşı səviyyədədir” — PƏNAH HÜSEYN
Onu Azərbaycanın ən təcrübəli siyasətçilərindən biri hesab etmək olar. Amma təcrübəsinə rəğmən hələ də gənclik çılğınlığını qoruyub. Hər halda söhbət əsnasında bəzi suallarımıza verdiyi reaksiyalar bunu deməyə əsas verir.
Beləliklə, “Ölkə.Az” xəbər portalının suallarını Azərbaycanın keçmiş Baş naziri (aprel 1993 – iyun 1993-cü il tarixlərində), Milli Məclisin sabiq deputatı Pənah Hüseyn cavablandırır:
“Qlobal böhranlar Azərbaycana da təsir edəcək”Muxalifet - 21-08-2017
5 yaşlı oğlunu öldürən qadın məhkəmədə ifadədən imtina edib
O, özün pis hiss etdiyini söyləyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
N.Qulubəyova ifadə verməkdən imtina edib. O, özün pis hiss etdiyini söyləyib.
Hazırda məhkəmə iclası davam etdirilir.
Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.Muxalifet - 21-08-2017
Hacıqabulda ağır yol qəzası: 2 nəfər xəsarət alıb
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hacıqabulda 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 21-08-2017
“Kürdlər Azərbaycan ərazilərinə iddialarını gizlətmirlər” - AKADEMİK
“Kürdüstanın tanınması məsələsində Azərbaycan özünün müttəfiqi olan Türkiyənin siyasətinə uyğun hərəkət edəcək”.
Muxalifet.az xəbər verir ki, bunu AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Azərbaycan parlamentinin keçmiş vitse-spikeri, akademik Gövhər Baxşəliyeva deyib.
Lakin alim istisna etmir ki, Kürdüstan müstəqil olmaya da bilər, çünki qonşu ölkələr onun suverenliyinə qəti etiraz edirlər.Muxalifet - 21-08-2017
Rusiyalı çempionu qətlə yetirmiş azərbaycanlı hələ tutulmayıb
Rusiya İstintaq Komitəsi Xabarovskda idmançını qətlə yetirən azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənovun tutulması ilə bağlı məlumatı təkzib edir.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Komitədən verilən açıqlamada pauerliftinq üzrə dünya çempionatının gümüş medalçısı, Andrey Draçovun ölümündə şübhəli bilinən şəxs saxlanılmayıb, amma onun axtarışı davam etdirilir.Muxalifet - 21-08-2017
Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutuldu
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın “Nursultan Nazarbayev” beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.
Muxalifet - 21-08-2017
General Rafiq Abbasovun Naxçıvana nazir təyinatı ilə bağlı xəbər təkzib olundu
General Rafiq Abbasovun təyinatı ilə bağlı xəbər təkzib olunub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilmiş məlumata əsasən, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilməsi barədə xəbər həqiqəti əks etdirmir.
Muxalifet - 21-08-2017
Rusiyanın növbəti prezidenti kim ola bilər?- Sorğu
Rusiyanın “Peterburqskaya Politika” Fondunun ekspertləri Prezident Vladimir Putinin bu vəzifədə varislərinin reytinqini tərtib ediblər.
Siyahıya Rusiya hökumətinin sədri Dmitri Medvedev və Moskva meri Sergey Sobyanin başçılıq edir. Üçüncü və dördüncü yerlərdə Tula vilayətinin qubernatoru Aleksey Dyumin və müdafiə naziri Sergey Şoyqudur.
Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də siyahıya daxil edilib.Muxalifet - 21-08-2017
"Azərbaycanlılar döyülüb geri qaytarılır" - DEPUTAT
Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Gənclər və İdman nazirinə məktub yazaraq, Futbol Federasiyasının Azərbaycanın “Traktor” komandasına qarşı etdiyi ayrı-seçkiliyə etiraz edib.
“Azərbaycanın “Traktor” futbol komandasına əziz Tehranın iki komandası kimi dəstək verilsin” başlığı ilə yazılan məktubda “Traktor”la Tehran komandalarına fərqli münasibətin olduğu qeyd olunub.Muxalifet - 21-08-2017
"Qorbaçov bu qiyamı özü təşkil etmişdi" - RUS İDEOLOQ
Fövqəladə Vəziyyətlə bağlı Dövlət Komitəsi (QKÇP) SSRİ-nin dağıdılması oyununun bir hissəsi idi.
Bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı rusiyalı yazıçı ideoloq Aleksandr Proxanov söyləyib.
“QKÇP üzvlərinə yaxın olan insanlardan biri Tizyakov Aleksandr İvanoviç mənə deyirdi ki, bu qiyam Qorbaçovun iştirakı ilə formalaşdırılıb. Bəzi QKÇP üzvləri hətta Qorbaçov tərəfindən bu siyahıya daxil edilmişdi”, – deyə o bildirib.Muxalifet - 21-08-2017
Xəzərin sahilini zəbt edənlərə - 40 min cərimə, 10 il həbs
Torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik sərtləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, torpaqların düzgün istifadə edilməməsi zamanı cərimə və sanksiyalardan başqa, bəzi hallarda cinayət məsuliyyəti də müəyyən edilir. Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.Muxalifet - 21-08-2017
Hündürlükdən yıxılan 40 yaşlı qadının qarnına armatur batıb - AĞSTAFADA
Ağstafa rayonunda 40 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Hadisə rayonun Xılxına kəndində baş verib.
Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Akifə Hüseyn qızı Məmmədova yaşadığı evdə hündürlükdən yıxılıb. Bu zaman onun qarın nahiyəsinə armatur girərək ağır yaralanıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunduqdan sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./reportMuxalifet - 21-08-2017
Avtomobil su arxına aşıb: ata və 3 övladı xəsarət alıb - QƏBƏLƏDƏ
Qəbələ rayonunda bir ailənin 4 üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə Qəbələ-İsmayıllı avtomobil yolunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Əsədov Vasif Nadir oğlu 90-BH-400 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobillə hərəkətdə olarkən qəflətən onun qarşısına “VAZ 21010” markalı maşın çıxıb. Vasif Əsədov həmin avtomobillə toqquşmamaq üçün manevr etmək istəyərkən idarəetməni itirərək avtomobili su arxına aşırıb.Muxalifet - 21-08-2017
Ukraynalı müğənni Ruslana MUĞAMI ÖYRƏNİR
“Azərbaycan tamamilə fərqli insanları bir araya gətirmək üçün unikal və demokratik platformadır”.
Bunu Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gəlmiş ukraynalı müğənni Ruslana deyib. O bildirib ki, hər zaman Azərbaycanda mədəniyyət layihələrində, "Eurovision"la bağlı proseslərdə iştirak edir: "Mən muğamı öyrənirəm. Buraya mən Ukraynanın, “Maydan”ın səsi kimi dəvət olunmuşam. Burada insanların dünyanı necə dəyişə biləcəyini müzakirə edirik. Yeni liderlər yeni dünya yaratmağa qadirdirlər".Muxalifet - 21-08-2017
Tağı Əhmədov Yasamalın icra başçısı olmaq istəyir...
Xeyli vaxtdır Yasamal rayon icra hakimiyyətinin başçısı postu boşdur. Zaman uzandıqca mətbutada Yasamalın yeni icra başçısı kimi xeyli adamın adı hallanır.
Real namizəd kimi “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun adı bu siyahıda keçir.
İddialara görə, Tağı Əhmədov Yasamalın icra başçısı olmağa hazırlaşır. Hətta, buna görə bütün vasitələrdən istifadə etdiyi deyilir.Muxalifet - 21-08-2017
Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar
Bu gün ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Rusiya nümayəndəsi ilə görüşəcək.
RİA Novosti bildirir ki, görüş Minskdə, mətbuat üçün qapalı şəraitdə keçəcək.
ABŞ Dövlət Departamenti bundan əvvəl bildirmişdi ki, Kurt Volkerin Rusiya nümayəndəsi ilə görüşündə Rusiya-Ukrayna münasibətlərinin müzakirəsi planlaşdırılır.
Dövlət Departamenti Rusiya nümayəndəsinin adını açıqlamayıb, amma daha əvvəl Ukrayna üzrə ABŞ-la dialoqu Rusiya prezidentinin köməkçisi Vladislav Surkov aparırdı.Muxalifet - 21-08-2017
"Neftçi"nin baş məşqçisi istefaya göndərildi
Elxan Abdullayev "Neftçi" futbol komandasının baş məşqçi vəzifəsindən istefa verib.
İstefa ərizəsi ilə rəhbərliyə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib.
Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edilib, ona gələcək işlərində uğurlar arzulanıb.Muxalifet - 21-08-2017
Moskva-Lənkəran aviareysi hər gün olacaq
Rusiyanın "Ural Hava Yolları" şirkəti Azərbaycana reyslərin icrası üçün icazə alıb.
Aviaşirkət həftədə 7 dəfə Moskva-Lənkəran mütəmadi sərnişin reyslərini yerinə yetirəcək.
Bundan başqa, "İrAero" aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə uçuşların sayının həftədə 2 dəfədən 7 dəfəyədək artırılması ilə bağlı icazə əldə edib.Muxalifet - 21-08-2017
Moskva türk dövlətinə şans vermir
Rusiyada indi dövlətçilik danışıqlar əsasında qurulmur.
Bunu jurnalistlərə Tatarıstanın səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı məsələni şərh edən Rusiya Prezident Administrasiyasının sədr müavini Sergey Kiriyenko söyləyib. O, jurnalistin “Tatarıstanın səlahiyyətləri ilə bağlı yeni razılaşma konfliktə səbəb olacaqmı?” sualını şərh etməkdən imtina edib.Muxalifet - 21-08-2017
“Gürcüstan işi ” hesabatı açıqlanacaq
Siyasi Məhbusları Müdafiə Mərkəzi yaxın günlərdə ictimaiyyətə “Gürcüstan işi: təqiblər, həbslər və mövcud reallıqlar” adlı hesabat təqdim etmək niyyətindədir. Hesabat bu ilin aprelin 30-dan indiyə qədər bir dövrü əhatə edir.
Bu barədə mərkəzin təmsilçisi Oktay Gülalıyev məlumat verib.Muxalifet - 21-08-2017