Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
Dənizdə batan gəncin meyiti tapılıb
Dənizdə batan gəncin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, avqustun 20-də Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün tapılaraq sudan çıxarılıb. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:15-da başa çatıb.Muxalifet - 21-08-2017
Rusiya səfirliyinin avtomobili qəzaya düşüb - BAKIDA
Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
Hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb. Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 21-08-2017
“TƏHQİQAT ŞÖBƏSİNİN RƏİSİ MƏNDƏN 15 MİN MANAT RÜŞVƏT İSTƏYİR” - Ağcabədi sakini Ramil Usubova müraciət etdi
Ağcəbədi rayon Rəncbərlər kənd sakini Qəhrəmanov Dəmir Dərgah oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımızı vasitəsilə Daxili İşlər naziri Ramil Usubova müraciət edən müəllif bildirir ki, Ağcəbədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov ondan 15 min manat rüşvət istəyir:
“Mən halal zəhmət adamıyam, öz əlimin qabarı ilə çörək qazanıram, amma Elnur Yusubov vəzifə səlahiyyətlərindən istifadə edib, rayonda onlarla mənim kimi vətəndaşı çapıb talayır.Muxalifet2 - 21-08-2017
"Şröderin “Rosneft” rəhbərliyində təmsil olunması anormaldır" - MERKEL
Almaniya federal kansleri Angela Merkel sabiq kansler Gerhard Şröderin Rusiyanın dövlət şirkəti “Rosneft”in Direktorlar Şurasına üzv seçilməsini tənqid edib.
A. Merkel “Bild” qəzetinə açıqlamasında bunu anormal adlandırıb: “Şröderin hərəkəti normal deyil”.
A. Merkel siyasi karyerasını tamamladıqdan sonra biznesə getməyəcəyini söyləyib.
Qeyd edək ki, G. Şröder bu vəzifəyə “Rosneft”in rəhbəri İqor Seçin və beynəlxalq səhmdarlar tərəfindən dəvət olunduğunu və bu dəvətdən imtina etməyəcəyini deyib. O, ildə 350 min dollar alacaq.Muxalifet - 21-08-2017
"Bəzi savadsız məmurlar "azəri" sözündən istifadə edir" – İTTİHAM
Türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib ki, türklər arasında azəri adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, Azəri başqa.
“Azəri milləti anlayışını Stalin uydurub. Kommunist şairlər də şerlərində "türk qızları" yazıblar. Bunu Stalin uydurub. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub” - deyə İlber Ortaylı bildirib.Muxalifet - 21-08-2017
General Xaçaturova məktub: “Bəxtin gətirdi ki, Ohanyan səni öz əliylə güllələmədi...”
“Cənab Xaçaturov, aprel döyüşlərindən bir ildən çox vaxt keçdi, hərçənd Moskva səni KTMT baş katibi postuna aparıb, lakin həmin döyüşlərdə öldürülən yüzlərlə əsgərə görə məsuliyyət sənin üstündədir. Bəxtin gətirdi ki, aprel müharibəsinin qızğın döyüşləri zamanı müdafiə naziri Seyran Ohanyan səni yanına çağırıb şəxsən güllələmədi. Sənin xoşbəxtliyindir ki, o, zədəgan nəslindən olmayıb, hərçənd buna yaxın olub. O, şansını əldən buraxıb və bununla da erməni xalqının şüurunda ali baş komandan rolunu uzun müddətə Varujan Avetisyana buraxıb...”
Muxalifet - 21-08-2017
Azərbaycanlı iki azyaşlı uşağını oğurlayıb Bakıya yola düşdü
Rusiyanın Ufa şəhərində iki azyaşlı - 3 yaşlı Ruslan və 4 yaşlı Aişə itkin düşüb.
Hadisə avqustun 20-dən 21-ə keçən gecə baş verib.
Azyaşlıların anası Yelena uşaqların itməsində onların milliyətcə azərbaycanlı olan atalarını günahlandırır. O, ehtimal edir ki, uşaqlar boşanmağa qərar verdiyi əri tərəfindən oğurlana bilərlər.
“Mən üç həftə əvvəl ona boşanmaq istədiyimi bildirdim. O, isə uşaqları mənə verməyəcəyini dedi. Dünən gecə saat 1-də işdən qayıtdım, gördüm ki, ev bomboşdur, maşın da yoxdur”, - deyə itmiş uşaqların anası qeyd edir.Muxalifet - 21-08-2017
Öz maşınına “Satılır” elanı yazanlar CƏRİMƏLƏNƏCƏK – 50-2000 AZN
“Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib”.
Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə,reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır.Muxalifet - 21-08-2017
Deputat atasına qızıldan heykəl qoydurmasından danışdı - FOTO
Rayon əhalisi, kənd camaatı da bilir ki, atamın büstü 30-40 il bundan əvvəl qoyulub.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Rüstəm Xəlilov bir müddət öncə Sabirabadda atası Gülabba Xəlilova qızıl suyundan heykəl qoydurması ilə bağlı danışarkən deyib.
“Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub və Sovet İttifaqı dövründə öz zəhmətiylə mükafatlara layiq görülüb. Rayon əhalisi, kənd camaatı da bilir ki, atamın büstü 30-40 il bundan qabaq qoyulub”, - deputat qeyd edib.Muxalifet - 21-08-2017
Putin ABŞ-a yeni səfir təyin etdi
Rusiya Prezidenti Vladimir Putin Anatoli Antonovu Rusiyanın ABŞ-dakı səfiri təyin edib.
Bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib.
Antonov bu vəzifədə Sergey Kislyakı əvəz edəcək./axar.azMuxalifet - 21-08-2017
Hüquq müdafiəçiləri prezidentə müraciət etdi "... ÖZ MƏRHƏMƏTİNİZİ ƏSİRGƏMƏYİN"
Bu gün "Turan" İnformasiya Agentliyi vergi orqanlarının müdaxilələrindən sonra özünün normal iş ahəngini itirib. Bunu nəzərə alaraq hüquq müdafiəçiləri adından sizdən rica edirik ki, "Turan" İnformasiya Agentliyinin vergi orqanları tərəfindən əlavə olaraq yoxlamaların aparılmasının qarşısının alınması üçün öz nüfuzunuzdan istifadə edəsiniz. Azərbaycanda dəyərli təhlilləri ilə bütün beynəlxalq aləmdə tanınmış agentliyin işinə normal şəraitin yaradılması üçün öz mərhəmətinizi əsirgəməyəsiniz.
Muxalifet - 21-08-2017
Əfqan Muxtarlının apellyasiya şikayətləri təmin edilməyib
Avropa Məhkəməsinə müraciət ediləcək
Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə jurnalist Əfqan Muxtarlının qanuni maraq kəsb edən insanlarla və qohumları ilə görüşünə icazə verilməməsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.Muxalifet - 21-08-2017
Baş yəhudi rahib yəhudilərə "Avropadan qaçın" dedi
"The Independent" qəzetinin yazdığına görə, Barselona şəhərinin baş yəhudi rahibi yəhudiləri İsrailə köçməyə çağırıb. Rahib deyib ki, "Avropa artıq radikal İslama uduzub".
Meir Bar-Hen öz soydaşlarını İspaniyadan qaçmağa çağırıb və deyib ki, bu ölkə "bütün Avropa üçün islamçı terrorun qovşağına" çevrilib.
Baş rahibin bu çağırışı Barselonada və Kambrils şəhərində 13 nəfərin ölümünə və daha 120 nəfərin xəsarət almasına səbəb olmuş terror aktının dərhal ardınca səslənib.Muxalifet - 21-08-2017
"Adamöldürən robotların yaradılması qadağan edilməlidir" - EKSPERTLƏR
116 texnologiya eksperti BMT-ni qatil robotların inkişaf etdirilməsi və yaradılmasını qadağan etməyə çağırıb.
"The Guardian" yazır ki, robotika və süni zəka sahəsində çalışan yüzədək ekspert BMT-ni qatil robotların inkişaf etdirilməsi və yaradılmasını qadağan etməyə, habelə bu cihazları, kor edən lazer və kimyəvi silahlarla yanaşı "mənəviyyatsız" silahlar siyahısına salmağa çağırıb.
"Avtonom silahların" qadağanına çağıran məktubu imzalamış 116 texnologiya ekspertinin arasında Google-un başçısı Mustafa Suleyman və Tesla-nın rəhbəri Elon Musk da var.Muxalifet - 21-08-2017
Daha bir cüdoçumuz Universiadada medal qazanıb
Firudin Dadaşov mükafatçılar sırasına düşməyi bacarıb
Tailandın paytaxtı Taypeydə keçirilən XXIX Yay Universiadasında Azərbaycanın daha bir cüdoçusu medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov bürünc medala sahib olub.Muxalifet - 21-08-2017
Türkiyə Ordusunun Baş Qərargah rəisi İrana səfər edəcək
Məhəmmədhüseyn Baiqri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar yaxın zamanlarda Tehrana səfər edəcək.
İran KİV xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədhüseyn Baqiri avqustun 21-də Tehranda Türkiyəyə səfəri ilə bağlı keçirdiyi mətbuat konfransıdna bildirib.
Onun sözlərinə görə, türkiyəli həmkarı çox yaxın zamanda İrana səfər edəcək.Muxalifet - 21-08-2017
İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı - ARAŞDIRMA BAŞLAYIB
“Sumqayıtda it dişləməsi nəticəsində dünyasını dəyişən 5 yaşlı Zeynəbi müayinə edən həkimə şiddətli töhmət verilib”.
Bu barədə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev Lent.az-a açıqlamasında deyib.Muxalifet - 21-08-2017
Avtobus sürücüsünü silahla hədələyən şəxsə cinayət işi açıldı
Bakıda avtobus sürücüsünün üstünə silah çıxaran sərnişin haqda cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərnişin, 1988-ci il təvəllüdlü Bərdə sakini Orxan Orucov barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə ( Maddə 221.3 - Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) Binəqədi Rayon Polis bölməsində istintaq başladılıb.Muxalifet - 21-08-2017
Evləndirmə verilişlərinə qadağa qoyuldu – TÜRKİYƏDƏ
Türkiyədə bir neçə aydır ki, evləndirmə verilişləri ilə bağlı mübahisələr davam edir.
Televiziya Şurası son nöqtəni qoyub. Qurumun şöbə müdiri Murat Elliatlı "artıq evlilik verilişləri olmayacaq"-deyib.
Murat Ellialtı ləğv edilməsi nəzərdə tutulan amma tam dəqiq addım atılmayan evləndirmə verilişləri haqqında açıqlama verib. O, bildirib ki, artıq belə proqramlar olmayacaq və başqa bir formatda yayımlanacaqlar.Muxalifet - 21-08-2017
Ziya Məmmədov korrupsiya qalmaqalının mərkəzində
İsveçdə Azərbaycanlı məmurları rüşvətlə cəlb etdiyinə görə Rusiya vətəndaşına qarşı məhkəmə başlayır.
Muxalifet - 21-08-2017