Axtarış

The search found 105779 results in 0.014 seconds.

Search results

  1. ​İsmayıllıda ölümlə nəticələnən qəza – AVTOMOBİLDƏN DÜŞDÜ...

    İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Muxalifet2 - 21-08-2017

  2. Azərbaycan Gürcüstan vətəndaşını beynəlxalq axtarışa verdi

    Azərbaycan Respublikası daha bir şəxsi “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib.
     
    1992-ci il təvəllüdlü Zialat Məmmədov oğurluqda ittiham olunur.
    Qeyd edək ki, Z.Məmmədov Gürcüstan vətəndaşıdır.

    Muxalifet - 21-08-2017

  3. ​Dələduzluqda təqsirləndirilən şəxs təcridxanada öldü

    Bakı İstintaq Təcridxanasında ölüm halı baş verib.
    APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilən 1965-ci il təvəllüdlü Arif Piriyev vəfat edib. Onun böyrək çatışmazlığından öldüyü bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 21-08-2017

  4. Göyçay sakini baldızının nişanlısını qətlə yetirdi

    Göyçay rayonunda qətl hadisəsi baş verib.
     
    Rayon sakini baldızının nişanlısını qətlə yetirib.
    Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Şahin oğlu Əbdulrəhmanov münaqişə zəminində həmyerlisi 1989-cu il təvəllüdlü Müşviq Nizami oğlu Əkbərovu bıçaqlayaraq öldürüb.
    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Muxalifet - 21-08-2017

  5. Qız anasına stəkanla xəsarət yetirdi - BAKIDA

    Başından xəsarət alan qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
     
    Bakıda qoca qadın qızı tərəfindən döyülüb.
    Hadisə Xəzər rayonunda baş verib.
    Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib. Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

    Muxalifet - 21-08-2017

  6. Bakıda 19 yaşlı qızı avtomobil vurub

    Hadisəni törədən sürücü saxlanılıb
     
    Bakıda 19 yaşlı qızı avtomobil vurub.
    Hadisə Səbail rayonunda baş verib.
    Su İdman Sarayının qarşısından yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Hacıyeva Aynur Samir qızını "Honda" markalı avtomobil vurub. Xəsarət alan A.Hacıyeva xəstəxanaya yerləşdirilib.
    Hadisəni törədən sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet - 21-08-2017

  7. Nəhəng asteroid Yer kürəsinə ən yaxın məsafədən keçəcək - İLK DƏFƏ

     “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq
     
    Sentyabrın 1-də böyük bir asteroid dünyanın yaxınlığından keçəcək. 
    Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini bildiriblər.
    “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.

    Muxalifet - 21-08-2017

  8. Quyudan 2 il əvvəl ölən şəxsin sümükləri tapılıb - ABŞERONDA

    Araşdırmalar nəticəsində sümüklərin 1977-ci il təvəllüdlü Nadirov Məhəməd Əbdülhüseyn oğluna məxsus olduğu məlum olub
     
    Abşeron rayonunda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb.
    Bu barədə polisə məlumat verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.
    Quyudan kişiyə məxsus sümüklər aşkarlanaraq Məhkəmə-Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

    Muxalifet - 21-08-2017

  9. Avtomobil 40 yaşlı qadını vurub

    Hadisəni törədən sürücü saxlanılıb
     
    Bakıda qadın piyada zolağından keçərkən onu avtomobil vurub.
    Hadisə Nəsimi rayonunda qeydə alınıb.
    Belə ki, "Azadlıq" prospekti ilə Kaveroçkin küçəsinin kəsişməsində 40 yaşlı Ruzanova Aksana Bahadur qızı piyadalar üçün nəzərdə tutulan zolaqdan keçərkən onu avtomobili vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
    Hadisəni törədən sürücü saxlanılıb.
    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet - 21-08-2017

  10. Tovuzda gömrük əməkdaşları qəzaya düşüb: ölən və yaralanan var - FOTO

    Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Muxalifet - 21-08-2017

  11. Ana və oğlu bıçaqlanıb - BAKIDA

    Bakıda ana və oğlu bıçaqlanıb.
     
    Hadisə Xəzər rayonunda qeydə alınıb.
    Belə ki, Buzovna qəsəbəsində, Mirzə Ələkbər Sabir küçəsində yerləşən evlərin birində yaşayan 1967-ci il təvəllüdlü Kazimova Gülsurə İzzət qızı və onun oğlu 13 yaşlı Kazımov Valeh Hüseynqulu oğlu bir neçə bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
    Hadisə barədə Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polisin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hadisəni törədən şəxs G.Kazımovanın oğulluğudur.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 21-08-2017

  12. Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edildi

    İnstitutun keçmiş direktoru Vaqif Verdiyev öz ərizəsi ilə vəzifəsindən azad olunub
     
    Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib.
    Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
    Əmrə əsasən, bu vəzifəyə Qasımov İlqar Əbülfəz oğlu təyin olunub.
    İnstitutun keçmiş direktoru Vaqif Verdiyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.

    Muxalifet - 21-08-2017

  13. Xalq artistinin evindən seyf oğurlanıb

    Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.
     
    Hadisə avqustun 19-da qeydə alınıb. N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.
     Xalq artisti bu barədə polisə məlumat verib.
     Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
     Hadisə ilə bağlı N. Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.

    Muxalifet - 21-08-2017

  14. 35 yaşlı kişini elektrik cərəyanı öldürdü - BAKIDA

    Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
     
    Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayon sakini, 1982-ci il təvəllüdlü Amid Rəhmətov elektrik cərəyanı vurması nəticəsində ölüb.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 21-08-2017

  15. Ana və 2 azyaşlı qızı itkin düşüb - BAKIDA

    Bakıda ana iki azyaşlı övladı ilə birgə itkin düşüb.
     
    Hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri – 1997-ci il təvəllüdlü Məhbubə Hüseynovanın azyaşlı qızları, 4 yaşlı Səltənət və 3 yaşlı Xədicə ilə birgə itkün düşmələri barədə polisə məlumat daxil olub.
     Daxil olan məlumat əsasında axtarışlara başlanıb./apa

    Muxalifet - 21-08-2017

  16. Bakıda 23 yaşlı oğlan dənizdə batıb

    Bakıda daha bir nəfər dənizdə batıb.
     
    Hadisə Xəzər rayonu, Şüvəlan çimərliyində qeydə alınıb. 1994-cü il təvəllüdlü Kərim Həsənov dənizdə çimərkən boğularaq ölüb.
     Faktla bağlı araşdırma aparılır./apa

    Muxalifet - 21-08-2017

  17. Bakı İstintaq Təcridxanasında ölüm

    Bakı İstintaq Təcridxanasında ölüm halı baş verib.
     
    Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilən 1965-ci il təvəllüdlü Arif Piriyev vəfat edib. Onun böyrək çatışmazlığından öldüyü bildirilir.
     Faktla bağlı araşdırma aparılır./apa

    Muxalifet - 21-08-2017

  18. Avtomobildən düşən sürücünü yük maşını vuraraq öldürdü - İSMAYILLIDA

    İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Muxalifet - 21-08-2017

  19. Fəhlə məktəbin damından yıxılaraq öldü - SUMQAYITDA

    Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.
     
    Hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.
    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa

    Muxalifet - 21-08-2017

  20. Qəbələdə yol polisi avtomobili dərəyə aşıraraq ölüb

    Qəbələ rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə Qəbələ-Ağdaş avtomobil yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
     Ağdaş rayonunun Dəhnə Xəlil kənd sakini, 1991-ci il təvəllüdlü Manafov İslam Nəriman oğlu 03-BJ-363 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.

    Muxalifet - 21-08-2017

Pages