Axtarış

The search found 105779 results in 0.023 seconds.

Search results

  1. Ordu zabiti iki əsgəri döydü...

    Ermənistan silahlı qüvvələrinin işğal olunan Azərbaycan ərazilərində yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb.
     
    Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar.

    Muxalifet - 22-08-2017

  2. Rusiya ordusunun xüsusi təyinatlı dəstəsi Ermənistanda təlim keçir

    Təlimlərə Mi-24P hücum vertolyotları və ordu aviasiyasının hərbi-nəqliyyatı olan Mi-8Mt vertolyotu cəlb edilib
     
    Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri ilk dəfə gücləri şərti düşmənin arxasına keçirmək üzrə təlimlərə başlayıb.
    CHD-nin mətbuat xidmətinə istinadən məlumat verir ki, təlimlərə "Mi-24P" hücum vertolyotu və "Mi-8Mt" ordu aviasiyasının hərbi-nəqliyyat vertolyotu, eləcə də Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşməsinin pilotsuz uçan aparatları cəlb edilib.

    Muxalifet - 22-08-2017

  3. Gəncədə avtomobil yaşlı qadını vurub – Sürücü qaçıb

    Gəncədə piyadanı avtomobil vurub.
     
    Hadisə şəhərin Şanxay qəsəbəsi yaxınlığında qeydə alınıb. Kimliyi məlum olmayan 70-75 yaşlarında qadın naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.  Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
     Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet - 22-08-2017

  4. SOCAR Rusiya şirkətləri ilə nəyi müzakirə edib...

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Gazprom” və “Rosneft” şirkətləri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib.
     
    SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, şirkətin prezidenti Rövnəq Abdullayev avqustun 21-də Sankt-Peterburqda “Gazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüş keçirib.

    Muxalifet - 22-08-2017

  5. “Daxili İşlər Nazirinin təyinatı qərarı 2 dəfə geri oxunub” - Arif Hacılı

    93- cü ildə Heydər Əliyev Naxçıvana DİN naziri təyin edilməsini dövlət çevrilişi (?!) kimi qiymətləndirib nazirin fəaliyyətinə imkan vermədi.
     
    Müsavat başqanı Arif Hacılı Naxçıvan Muxtar Respublikasına Daxili İşlər Naziri təyinatı və fərmanın dərhal geri oxunması ilə bağlı hakimiyyətə yaxın olan mətbuat orqanlarının yaydığı xəbərə münasibət bildirib. Arif Hacılı bu barədə öz “Facebook” səhifəsində yazıb.
    “Daxili İşlər Nazirinin təyinatı qərarı 2 dəfə geri oxunub.

    Muxalifet - 22-08-2017

  6. BƏƏ ABŞ səfirinin gizli yazışmaları mətbuata sızdı – QEYRİ - ETİK

    Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı səfiri Yusif əl-Üteybənin email yazışmaları mediaya sızdırılıb. Səfir Səudiyyə Ərəbistanı haqqında qeyri-etik ifadələrlə zəngin təhlillər yazıb.
     
    Üteybə Səudiyyə Ərəbistanını nəzərdə tutaraq "Bütün ölkə başını itirib" deyə, qeyd edib.
    O, əslən misirli olan həyat yoldaşı Əbeyr Şükrüyə yazdığı email məktubunda Səudiyyə Ərəbistanında qırmızı güllərin satışının qadağan olunmasına belə münasibət bildirib:

    Muxalifet - 22-08-2017

  7. Dünya çempionunu öldürən azərbaycanlı Dövlət Dumasını AYAĞA QALDIRDI

    Rusiya Dövlət Dumasında “Ədalətli Rusiya” fraksiyasının sədr müavini Oleq Nilov Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətli haqqında işin şəxsi nəzarətə götürülməsi xahişi ilə Rusiyanın baş prokuroru Yuri Çaykaya müraciət edib.
     
    Bu haqda TASS informasiya agentliyi məlumat yayıb.
    Oleq Nilov bildirib ki, davanın iştirakçılarından biri döyüş bacarıqlarına malik idi və bu vəziyyəti qəsdən öldürmə kimi xarakterizə etmək olar. Deputat həmçinin şüursuz vəziyyətdə olan Draçyovun başına zərbələrin vurulmasına diqqət çəkib.

    Muxalifet - 22-08-2017

  8. Çempionu öldürən Anarın qardaşı da həbsxanadadır

    Pauerliftinq üzrə dünya və Avropa çempionu olan Rusiya vətəndaşı Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənovun qardaşı hazırda həbsxanadadır.
     
    Rusiya KİV-i xəbər verir ki, Natiq Xabarovskda adam döyməkdə ittiham olunaraq həbs edilib.
    Qeyd edilir ki, şübhəlilər Yevgeni Rufanov və Natiq Allahverənov polis tərəfindən 11 ay axtarılıb və 2013-cü ildə saxlanılıb.
    “Görürük ki, insanların döyülməsi ailənin xüsusiyyətidir. Qardaşı yalnız insanı döyübsə, Anar onu öldürüb”, - xəbərə reaksiya verən blogerlərdən biri yazıb.

    Muxalifet - 22-08-2017

  9. İsmayıllıda kütləvi dava: 4 nəfər bıçaqlandı

    İsmayıllıda bıçaqlaşma olub.
     
    DİN-dən verilən məlumata görə, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.
    Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirib. Hadisə zamanı N.Salmanov da xəsarət alıb.
    İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub./axar.az

    Muxalifet - 22-08-2017

  10. “MAZ” yük maşını İmişli sakinini vuraraq öldürüb – HACIQABULDA

    Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
     
    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, hadisə avqustun 21-də saat 18 radələrində rayonunun Padarçöl kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.
    Belə ki, Sabirabad rayon sakini Tahir Əliyev idarə etdiyi MAZ markalı avtomobili ilə iş görərkən avtomobilə minmək istəyən İmişli rayon sakini Ramazan Şıxalıyevi vurub. R.Şıxalıyev hadisə yerində ölüb.
    Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 22-08-2017

  11. 2 “VAZ” avtomobil toqquşub: ölənlər və xəsarət alanlar var

    Ağcabədidə 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə Ağcabədi şəhərində qeydə alınıb.
    “VAZ 2107” və “VAZ 21011” markalı maşınların toqquşması nəticəsində 46 yaşlı Əsgərova Mətanət Sabir qızı və 28 yaşlı Xəqani Əliyevin hadisə yerində öldüyü bildirilir.
    Qəza nəticəsində xəsarət alan iki nəfər Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib./apa

    Muxalifet - 22-08-2017

  12. Suraxanıda iki piyadanı maşın vuraraq öldürüb

    Bakının Suraxanı rayonunda iki piyadanı maşın vurub.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Nazim Nuriyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

    Muxalifet - 22-08-2017

  13. İran ABŞ-ı hədələdi — "5 günə həll edərik"

    İran atom təşkilatının sədri Əli Əkbər Salehi yeni açıqlama verib.
     
    Salehi İranın uranı zənginləşdirmə çalışmalarını keçmiş səviyyəyə çatdırmaq üçün cəmi 5 gün vaxt lazım olduğunu bildirib.
    İran və ABŞ arasında iqtisadi sanksiya və nüvə anlaşması gərginliyi davam edir. Bir neçə gün əvvəl İran prezidenti Həsən Ruhani "sanksiyalar davam etsə, nüvə çalışmalarına geri dönə bilərik"-açıqlamasını vermişdi. Bu dəfə isə atom qurumunun sədri ABŞ-a meydan oxuyub.

    Muxalifet - 22-08-2017

  14. AXCP fəalının üçüncü işi də Avropa məhkəməsinə gedir

    Avqustun 21- də Sumqayıt Apellyasiya məhkəməsində AXCP Sumqayıt Şöbəsinin Gənclər komitəsinin sədri Ruslan Qarayevin apellyasiya şikayətinə baxılıb.
     
     Onun barəsindəki 20 sutkalıq inzibati həbs qərarı qüvvədə saxlanılıb.

    Muxalifet - 22-08-2017

  15. "Avtoş" Əlişan həbs edildi

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.
     

    Muxalifet - 22-08-2017

  16. ​ Həmyerlisini bir yumruqla öldürdü - BAKIDA

    Bakıda qətl törədən şəxs tutulub.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 14-də Qaradağ rayonnunu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

    Muxalifet - 22-08-2017

  17. "BURADA SİYASİ SİFARİŞ VAR" - Zeynal Məmmədli "Turan"a basqılar haqda

    ““Turan”da vergi pozuntusu ola belə, bu şəkildə davranılması siyasi baxış ehtimalının tərkibi sayılır”

    “Azərbaycan mediası artıq media olmaqdan çıxıb, əldə bir vasitədir”

    Muxalifet2 - 22-08-2017

  18. Rotterdamda “Azərbaycan” küçəsi açılacaq

    Bununla bağlı yerli bələdiyyələrlə müvafiq iş aparılıb
     
    Niderland Krallığının Rotterdam şəhərində “Azərbaycan” küçəsi açılacaq, şəhərin "Bakı" küçəsində isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulacaq.
     Bu barədə Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov məlumat verib.
    O qeyd edib ki, artıq bununla bağlı yerli bələdiyyələr ilə müvafiq yazışmalar da aparılıb: "Hər iki təşəbbüsün müəllifi Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlılar Konqresidir".

    Muxalifet - 22-08-2017

  19. Türkiyə və İranın PKK-ya qarşı birgə əməliyyat planının bəzi detalları

    Əməliyyatın üç ay davam etməsi nəzərdə tutulub
     
    Türkiyə ilə İran terrorçu PKK qruplaşmasına qarşı İraqın Sincar bölgəsində və Kandil dağında 3 fərqli plan üzrə birgə əməliyyat həyata keçirməyi planlaşdırır.
    "Haber7" xəbər verir ki, bu plan İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədhüseyn Baqirinin Türkiyəyə səfəri zaman müzakirə edilib.
    Bu əməliyyat zamanı Şri-Lanka hakimiyyətinin “Tamil Pələngləri”nə qarşı apardığı mübarizədə istifadə etdiyi taktikadan yararlanmaq planlaşdırılır.

    Muxalifet - 22-08-2017

  20. ​“Kopenhagen”in futbolçusu: “Qarabağ” əks-hücumlara üstünlük verəcək"

    “Qarabağ”ın əks-hücumlara üstünlük verəcəyini və qol vurmaq üçün imkan axtaracağını düşünürəm. Bacarsalar, biz üç qol vurmalı olacağıq”.
    Muxalifet.az xəbər verir ki, bunu Danimarka “Kopenhagen”inin futbolçusu Nikolay Boylesen “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab oyununu şərh edərkən deyib.

    Muxalifet2 - 22-08-2017

Pages