Axtarış
The search found 105779 results in 0.013 seconds.
Search results
Jurnalistin apellyasiya şikayətinə baxılacaq
Bakı Apellyasiya Məhkəməsi Jam.az (Jurnalist Araşdırmaları Mərkəzi) saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun vəkillərinin apellyasiya şikayətini icraata qəbul edib. Şikayətə baxış avqustun 28-də hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada baxılacaq.
Vəkil Zibeydə Sadıqova Apellyasiya Məhkəməsindən 7 il azadlıqdan məhrum edilmiş Fikrət Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.Muxalifet - 20-08-2017
“Dövlət qəzetlərdənsə onlayn mediaya pul ayırmalıdır” – Ekspert
“Azərbaycanda media azadlığına, ifadə azadlığına hökumətin dözümlü olması zəruridir”
“İndiki dövrdə qəzetlərə maliyyə yardımı ayrılmasını doğru addım hesab etmirəm. Çünki kağızın dövrü çoxdan keçib. Əgər bir saytı gün ərzində 100-150 min adam ziyarət edirsə, bir qəzetin gündəlik auditoriyası 3 mindən yuxarı deyil. Həmçinin müharibə şəraitində yaşadığımız bir dövrdə cəbhə xəttində baş vermiş olayları qəzetlər hazırlayıb sabah dərc edirlərsə, onlayn media sözügedən hadisəyə dərhal reaksiya verir, hətta radio və televiziyanı da qabaqlayır”.Muxalifet - 20-08-2017
İraq ordusu Türkmən şəhərinin azad olunmasına başlayıb
İraq ordusu Telafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.
BBC-nin verdiyi məlumata görə, bunu İraq baş naziri Haydar əl-İbadi bəyan edib.
İraq baş naziri terrorçuların təslim olmaq və ölüm arasında seçim etmək imkanı olduğunu söyləyib.
Qeyd edək ki, türkmən şəhəri olan Telafər 2014-cü ildə İŞİD-in nəzarətinə keçib. Telafər İraqda İŞİD terrorçularının nəzarətində olan son böyük şəhərdir. Telafər Mosulla Suriya sərhədi arasında strateji mövqedə yerləşir.Muxalifet - 20-08-2017
“İşıq məhbusları”na hökm oxunub
Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirilən etiraz aksiyasında həbs olunan beş nəfərin məhkəməsi başa çatıb.
Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayon Məhkəməsində hakim Təranə Hüseynovanın sədrliyi ilə keçirilən proisesdə təqsirləndirilən 5 nəfərdən 3-nün şərti azadlığa buraxılması barədə hökm verilib.
Vəkil Elçin Sadıqov bildirib ki, hökm avqustun 14-də elan edilib.Muxalifet - 20-08-2017
"Gözəl Bayramlının səhhətində ciddi problem yoxdur" - TƏCRİDXANA RƏİSİ
"Gözəl Bayramlının səhhəti ciddi narahatlıq doğurmur, o, həkim nəzarətindədir, simptomatik təyinatlar icra edilir".
Bu barədə 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlının vəkilinə göndərdiyi məktubda deyilir.
Vəkil Elçin Sadıqov bildirib ki, G.Bayramlının səhhətindəki ciddi problemlərin həlli üçün lazımi addımların atılması məqsədi ilə müdafiəçilər təcridxana rəhbərliyinə müraciət edib.Muxalifet - 20-08-2017
Azərbaycan Tərtərdə pilotsuz aparat tətbiq edirsə, bunun ruslara nə dəxli?!
Xəbər verildiyi kimi İsrail mediası Azərbaycan ordusunun iyulun əvvəllərində bu ölkədən yeni alınmış Orbiter-1K pilotsuz döyüş aparatının tətbiqi ilə bağlı qalmaqallı yazı dərc etmişdi. Orada deyilirdi ki, Azərbaycan tərəfi pilotsuz aparatları istehsal edən “Aeronautics Defense Systems” şirkətinin operatorlarından PUA-nı təmas xəttinin şimal istiqamətində real döyüş şəraitində tətbiq etməyi istəyiblər. Lakin şirkətin iki operatoru bundan imtina edib.
Muxalifet - 20-08-2017
DİLİMİZ MİLLİ KİMLİYİMİZ... – Aynur Talıblı yazır
Diqqətlə oxuyun, dilimizi qısqanclıqla qorumalı və təbliğ etməliyik. Necə ki, ingilislər, ruslar bunu etməkdədirlər.
Azərbaycan dili və ya Azərbaycan Oğuz türkçəsi qədim bir tarixə malikdir. Azərbaycan türklərinin dili özü türkçədir desək, yanılmarıq. Amma həqiqi mənada çirklənilmədən özündən, əslindən qoparılmadan saflığı ilə gələcək nəsillərə ötürülərsə, bu bizim kimlik kartımız, bəlgəmiz olar.Muxalifet3 - 20-08-2017
Seçki saxtalaşdırıldı, müxalifət tərəfdarları küçələrə çıxdı...
Keniyada avqustun 8-də keçirilmiş prziden seçkilərinin nəticələrinin açıqlanması ölkədə hakimiyyət uğrunda silahlı toqquşmalara və iğtişaşlara səbəb olub.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Keniya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən seçkiləri indiki dövlət başçısı Uxuru Keniata udub. Lakin müxalifət əmindir ki, seçkilərin nəticələri saxtalaşdırılıb və prezident müxalifətin namizədi-Keniatadan 1 milyon səs çox toplamış Rayla Odinq olmalıdır.Muxalifet - 20-08-2017
Surqutdakı terror aktını Artur Hacıyev həyata keçirib
Şənbə günü, avqustun 19-da Rusiyanın Surqut şəhərində 7 nəfərin yaralanması ilə başa çatmış terror aktını 19 yaşlı Artur Hacıyev törədib.
Virtualaz.org “Vesti”yə istinadən xəbər verir ki, Artur Hacıyev əslən Dağıstandandır. Onun atası – Lamətullah Hacıyev radikal dini cərəyanların təmsilçisi kimi polisin qeydiyyatındadır.
Xatırladaq ki, polis terror aktını törətmiş şəxsi hadisə yerində güllələyərək məhv edib. İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.Muxalifet - 20-08-2017
Rafiq Əliyev Lütfi Zadə haqda...
Lütfi Zadə ilə vəsiyyəti barədə qətiyyən söhbət etməmişəm.
Mir Şahin də mənə müraciət elədi ki, heç olmazsa, bir dəqiqə onunla söhbət edim, Zadədən xahiş elədim, onları calaşdırdım, danışdılar. O da yazmışdı ki, bu adam sağ-salamatdır, soruşasan ki, səni harada basdıracaqlar?
Bu sözləri Teleqraf.com-a açıqlamasında Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin yaxın dostu, tələbəsi və elmi varisi, professor Rafiq Əliyev son günlər Lütfi Zadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyəti ətrafında müzakirələrə münasibət bildirərkən deyib.Muxalifet - 20-08-2017
Qurban Qurbanov: “Mahir Mədətova görə narahatam”
Futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Futbolçu psixologiyası elədir ki, 99,9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bu gün mən Mahir Mədətova görə narahatam.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İnter”lə mübaizədən sonra jurnalistlərin Mahir Mədətovun “Kpenhagen”lə oyundan sonra medianın xüsusi diqqətində olmasının onu narahat edib-etmədiyi barədə suala cavabında deyib.Muxalifet - 20-08-2017
İspaniya ermənipərəst türk yazıçını Türkiyəyə ekstradisiya edir - ALMANİYADAN ETİRAZ
Almaniyanın xarici işlər naziri İspaniyanı almaniyalı yazıçını Türkiyənin orderi ilə Ankaraya təslim etməməyə çağırıb.
Sigmar Gabriel Qranadada istirahətdəykən həbs edilmiş Doğan Akhanlının həbsi ilə əlaqədar ispaniyalı həmkarına zəng edib.
Azadlıq Radiosu xəbər verir ki, Türkiyədə doğulmuş Akhanlı 1984-cü ildə baş vermiş hərbi çevrilişin ardınca illərlə həbsxana cəzası çəkdikdən sonra, 1991-ci ildə Almaniyaya mühacirət edib.Muxalifet - 20-08-2017
“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı
"Qarabağ"la qarşıdakı matçda "Senderyuske" ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq".
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stal Solbakken Danimarka superliqasında "Senderyuske"yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib.
"Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik" - deyə o vurğulayıb.Muxalifet3 - 20-08-2017
Türkiyədəki suriyalı qaçqınlar ölkələrinə geri dönür - FOTOLAR
Türkiyəyə sığınan suriyalı qaçqınlar ölkələrinə geri dönür.
Muxalifet - 20-08-2017
“Qalatasaray” səfərdə qalib gəldi – VİDEO
Türkiyə Superliqasında ikinci turunun oyunları davam edir.
“Qalatasaray” səfərdə “Osmanlıspor”un qonağı olub. Qarşılaşma qonaqların 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Osmanlıspor” 1-3 “Qalatasaray”
Qollar: Maykon 14 ; Qomis 30; Tolqa 55 (0-3); Serdar 58 (1-3)Muxalifet - 20-08-2017
Toy karvanında avtomobil 4 nəfəri vuraraq qaçıb: ölən var - BƏRDƏDƏ
Bərdədə avtomobil 4 nəfəri vuraraq hadisə yerindən qaçıb
Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 sakinini vuraraq hadisə yerindən qaçıb
Hadisə rayonun Yeni Daşkənd kənd ərazisimdə baş verib.
Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.Muxalifet - 20-08-2017
Kasko sığortası kimə və nəyə lazımdır? – ekspert rəyi
Avtomobilin kasko sığortasının tətbiqi zamanı müştəriləri çaşdıran məsələlərdən biri də franşizadır.
Franşiza azad olma məbləğidir. Sığorta şirkətinin ödəmədiyi bir məbləğdir. Məsələn, 500 manat franşiza tətbiq olunubsa, hadisə zamanı avtomobilə dəyən zərərin məbləği 1000 manat olduğu halda, sığorta şirkəti tərəfindən ödəniləsi məbləğ 500 manat olacaq. Əgər zərər 500 manatdırsa, müştəriyə heç bir ödəniş edilmir. Çünki franşiza ödəniləsi məbləğdən çıxılır.Muxalifet - 20-08-2017
Erməni komandirdən şok ETİRAFLAR
Qayane Avetyan Qarabağda doğulub. O, Vazgen Sərkisyan adına hərbi institutu bitirib. 3 ildir ki, Madagizdə xidmət edir. Snayper və bölük komandiridir.
AzVision.az xəbər verir ki, Avetyan “Hraparak”a müsahibəsində Ermənistan ordusu ilə bağlı ifşaedici faktlar açıqlayıb, prezident Sərkisyanın apardığı uğursuz siyasəti sərt tənqid edib.Muxalifet - 20-08-2017
İŞİD-in növbəti hədəfi bu ölkədir: Şifrə çözüldü
İŞİD terror təşkilatı İspaniya və Rusiyadan sonra İtaliyada terakt törədəcək.
Bu barədə ABŞ-ın müstəqil “Sayt İntel Qrup” araşdırma şirkəti məlumat yayıb.
Şirkət İŞİD-in internetdəki şifrəli mesajlarını çözdüyünü və terrorçuların növbəti hədəfinin İtaliya olduğunu aşkar etdiyi açıqlayıb.
Xatırladaq ki, İŞİD terror təşkilatı son günlərdə İspaniyanın Barselona, Rusiyanın Surqut şəhərində terakt törədib./axar.azMuxalifet - 20-08-2017
Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb
Zelim Kotsoyev XXIX Yay Universiadasında birinci olub
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tayvanın paytaxtı Taypeydə start götürən XXIX Yay Universiadasında qızıl medal qazanıb.
100 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.Muxalifet - 20-08-2017