Quyudan 2 il əvvəl ölən şəxsin sümükləri tapılıb - ABŞERONDA

Araşdırmalar nəticəsində sümüklərin 1977-ci il təvəllüdlü Nadirov Məhəməd Əbdülhüseyn oğluna məxsus olduğu məlum olub
 
Abşeron rayonunda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb.
Bu barədə polisə məlumat verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.
Quyudan kişiyə məxsus sümüklər aşkarlanaraq Məhkəmə-Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ekspertlərin rəyinə görə, həmin şəxs iki il əvvəl ölüb. Araşdırmalar nəticəsində nəşin qalıqlarının 1977-ci il təvəllüdlü Nadirov Məhəməd Əbdülhüseyn oğluna məxsus olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.