Bakı İstintaq Təcridxanasında ölüm

Bakı İstintaq Təcridxanasında ölüm halı baş verib.
 
Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilən 1965-ci il təvəllüdlü Arif Piriyev vəfat edib. Onun böyrək çatışmazlığından öldüyü bildirilir.
 Faktla bağlı araşdırma aparılır./apa