Avtomobil 40 yaşlı qadını vurub

Hadisəni törədən sürücü saxlanılıb
 
Bakıda qadın piyada zolağından keçərkən onu avtomobil vurub.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, "Azadlıq" prospekti ilə Kaveroçkin küçəsinin kəsişməsində 40 yaşlı Ruzanova Aksana Bahadur qızı piyadalar üçün nəzərdə tutulan zolaqdan keçərkən onu avtomobili vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.