Merkel və Şultz Ərdoğanın son açıqlamasına reaksiya verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Almaniyadakı seçkilərlə bağlı açıqlama verdi.
 
Almaniyada yaşayan türklərə səslənən Ərdoğan "Türkiyə düşməni partiyalara səs verməyin"-demişdi.
Ərdoğanın açıqlamaları Almaniyanın Sosial Demokratlar partiyasının baş nazir namizədi Martin Şults və kansler Angela Merkelin reaksiyasına səbəb olub.
Tvitter səhifəsində açıqlama verən Şults deyib: "Ərdoğan həddini keçir. Azad və demokratik Türkiyə üçün savaşanlara daha çox dəstək olacağıq".
Ərdoğanın Almaniyada yaşayan türk seçicilərdən 3 partiyaya səs verməməyi istəməsi Merkelin də xoşuna gəlməyib. Kansler: "Türklər də daxil olmaqla bütün alman vətəndaşların sərbəst seçim haqqı var. Heç bir müdaxiləyə icazə verməyəcəyik"-deyə açıqlama verib./olke.az