"KaMAZ" 5 avtomobili əzib - BAKIDA

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb
 
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "KaMAZ" markalı yük avtomobili 5 minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.