38 yaşlı kişi özünü asıb - BAKIDA
19-08-2017 10:47
Bakıda intihar olub.
Hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlarında qeydə alınıb. 1979-cu il təvəllüdlü Rüstəm Soltanov yol kənarındakı ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.