​Barselonadakı terrorda şübhəli bilinənlərin hamısı məhv edildi - YENİLƏNİB

İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən 4 nəfəri məhv edib.
Bbu barədə “El País” qəzeti polis mənbələrinə istinadən məlumat verib.
Bunlar Mərakeş əsilli Yunes Əbuyaqub, Musa Okabir, Səid Alaa və Məhəmməd Hicamidir. Adıçəkilən son 3 nəfərin Kambrils şəhərində öldürüldüyü bildirilir.
Ötən gün Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb.  Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

***

İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən 3 nəfəri məhv edib.
Bu barədə “El Mundo” qəzeti yazıb.
Bundan əvvəl Barselonanın mərkəzində avtomobili piyadaların üzərinə sürən terrorçunun öldürüldüyü bildirilirdi.
Ötən gün Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb.  Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb(apa).