Naməlum kişi meyiti tapılıb – Mingəçevirdə
19-08-2017 09:02
Naməlum şəxsin cəsədi şəhərin 20 Yanvar küçəsində aşkarlanıb
Mingəçevirdə naməlum kişi meyiti tapılıb.
Naməlum şəxsin cəsədi şəhərin 20 Yanvar küçəsində, yarımçıq tikilidə, gecə saatlarında aşkarlanıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilir.
Cəsədin kimə məxsus olması araşdırılır.