Prezident Administrasiyasında qarşıdurma haqqında yazan jurnalistlərlə profilaktik söhbətlər

"Xural" qəzetinin keçmiş redaktoru Əvəz Zeynallı bu gün Baş Prokurorluğa dəvət olunub, burada baş prokurorun birinci müavini Rüstəm Usubov onunla "profilaktik" söhbət aparıb.
 
Zeynallının dəvət olunmasına səbəb Avropa.info saytında Prezident Administrasiyasında daxili münaqişələrdən bəhs edilən məqaləyə şərh yazması olub. Xüsusən, guya AXCP lideri Əli Kərimlinin övladlarının Böyük Britaniya və ABŞ-da təhsilinin maliyyələşdirilməsi haqqında.
Məqalə müəllifi hesab edir ki, bu maliyyələşmə Prezident Administrasiyasından gizlicə həyata keçirilir, amma o, heç bir dəlil gətirmir.
Öz növbəsində, Əvəz Zeynallı bildirib ki, bu materialın mənbəyi Prezident Administrasiyasının bir-birini müxalifəti maliyyələşdirməkdə ittiham etməklə nüfuzdan salmağa çalışan yüksək vəzifəli məmurlarıdır.
Xüsusən, Əvəz Zeynallı yazıb ki, bu qarayaxma bir şöbə müdirinə qarşı gizli mübarizə aparan başqa bir şöbə müdirinin işidir.
Günün daha bir xəbəri İnfoAz.org saytında analoji xarakterli məqalə olub. Həmin yazıda prezidentin köməkçisi Əli Həsənovun Prezident Administrasiyasının rəhbəri və hətta dövlət başçısı vəzifəsinə iddia etməsindən danışılır.
Təsdiq edilməmiş məlumatlara görə, məqalə müəllifi də bu gün prokurorluğa çağırılıb, burada onunla profilaktik söhbət aparılıb.