Axtarış
The search found 105779 results in 0.02 seconds.
Search results
Ramil Quliyev qızıl medalını aldı - VİDEO
Londonda keçirilən Yüngül atletika üzrə 16-cı dünya çempionatında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev qızıl medalını alıb.
Medalların təqdimat mərasimində Türkiyə himni səslənən zaman Ramil Quliyev əsgər salamı verib. Onun duyğulandığı da diqqətdən yayınmayıb.
Qeyd edək ki, Ramil Quliyev kişilər arasında 200 metr məsafəyə qaçışda dünya çempionu olub. O, 20,09 saniyə nəticə ilə Türkiyəyə ilk qızıl medalı qazandırıb.Muxalifet - 12-08-2017
İcra başcısının müavini vəfat etdi
Şirvan şəhər İcra Hakiminin müavini Şəfahət Əsgərov dünyasını dəyişib.
Qafqazinfo xəbər verir ki, o, dünən ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə çatdırılıb.
Ürəyindən əməliyyat olunan 46 yaşlı Əsgərovun həyatını həkimlər xilas edə bilməyib.Muxalifet - 12-08-2017
Gürcüstan sərhədində böyük tıxac — “Bizə zülm edirlər” – VİDEO
Bu dəqiqələrdə Azərbaycan-Gürcüstan sərhədində bir neçə kilometrlik tıxac yaranıb.
Bu barədə bakupost.az-a sərhəddə gözləyən Azərbaycan vətəndaşları məlumat verib. Onlar bildirib ki, səhər saatlarından bu vaxta kimi Qırmızı körpüdə növbədə dayanıblar.
Buna səbəb kimi Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsində bitib-tükənməyən yoxlamalar, əməkdaşların ləng fəaliyyəti göstərilir. Gürcüstana dincəlməyə gedən əhali istirahət həvəsinin burunlarından gəldiyini bildirir:Muxalifet - 12-08-2017
Manat sabitdirsə, qiymətlər niyə qalxır?
Ekspert: “Bundan sonra da mərhələli şəkildə qiymət artımını görəcəyik”
Bir müddətdir ki, Azərbaycanda milli valyutanın məzənnəsi sabit olaraq qalır. Manatın məzənnəsinin xüsusın də dollara nisbətdə sabiq qalması ölkədə qida və digər məhsulların da qiymətinə təsir edib. Belə ki, devalvasiyanın ilk aylarında olduğu kimi, kəskin qiymət artımı müşahidə olunmur.Muxalifet - 12-08-2017
Xocalı köçkünündən “Qaçqınkom”a rüşvət ittihamı
Vətəndaş qurumun balansında olan evlərin 18 min manatdan satıldığını, qarşı tərəf bunun şər-böhtan olduğunu deyir
Xocalıdan məcburi köçkün olan Zeynalov Budaq İbrahim oğlu redaksiyamıza gələrək şikayətlənib. Şikayətçinin sözlərinə görə, 26 ildir ki, didərgin həyatı yaşayırlar və ailəsi bu günə qədər evlə təmin olunmayıb. Lakin ötən ilin sonunda 89 yaşlı anası Zeynalova Turanə Səlim qızına Ramana qəsəbəsindən ev verilsə də, bu sevincin ömrü çox qısa olub:Muxalifet - 12-08-2017
Bakıda mənzildən pul və qızıl oğurlanıb
Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Məmməd Əziz oğlu Məmmədov polisə ərizə ilə şikayət edərək evindən 49 min manat pul və 10 min manat dəyərində qızıl oğurlandığını bildirib.
Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.Muxalifet - 12-08-2017
74 yaşlı kişi arvadını bıçaqlayıb - BAKIDA
Bakıda bıçaqlanma olub.
Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
1943-cü il təvəllüdlü İbadulla Mənsimov həyat yoldaşı, 1963-cü il təvəllüdlü Tərgül Mənsimovanı bıçaqlayıb. T. Mənsimova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 12-08-2017
Şamaxıda dərəyə aşan VAZ-2106 qəzasından xəbər var
Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 8 nəfərin adı məlum olub. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Ötən gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində Şamaxı sakininə məxsus “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.Muxalifet - 12-08-2017
29 yaşlı gənc özünü ASIB - QUSARDA
Qusarda intihar olub.
Hadisə rayonun Fil kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Edqar Məhəmməd oğlu Mahmudov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Muxalifet - 12-08-2017
Bu gecə Yer kürəsində meteorit yağışı baş verəcək.
Bu nadir təbiət hadisəsi Perseida meteor axını adlanır.
Meteorit yağışını avqustun 12-dən 13-ə keçən gecə daha aydın görmək mümkün olacaq. Buludsuz hava və aydın səma zamanı göydə saatda 50-yə qədər meteorit müşahidə ediləcək.Muxalifet - 12-08-2017
“Kirakosyan erməni terrorizminin vəkilidir” - Kuznetsov
Bu yaxınlarda erməni lobbisi tərəfindən rus tarixçisi Oleq Kuznetsova qarşı təqibin yeni dalğası başladılıb.
Oleq Kuznetsovun erməni terrorizmindən bəhs edən “XX əsrdə transmilli terrorizmin tarixi” kitabı ona qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb olub. Müəllif millətlər arasında ayrıseçkilik salmaqda ittiham olunur.
Teleqraf.com monoqrafiyanın müəllifi Oleq Kuznetsov ilə söhbəti təqdim edir.Muxalifet - 12-08-2017
ABŞ və Şimali Koreyanın gizli görüşü üzə çıxdı
ABŞ və Şimali Koreya nümayəndələri gizli görüşlər keçiriblər.
Bununla bağlı “Assoşieyted Press” agentliyi məlumat yayıb.
Görüşlərin son 1 ayda gerçəkləşdiyi bildirilib.
Agentlik görüşdə iştirak edən diplomatların da adlarını açıqlayıb. Məlumatlara görə, ABŞ-ı bu görüşdə Vaşinqtonun Şimali Koreya üzrə xüsusi təmsilçisi Cozef Yun təmsil edib. Pxenyan adından isə görüşdə Şimali Koreyanın BMT-dəki ali nümayəndəsi Pak Sonq İl iştirak edib.Muxalifet - 12-08-2017
Dünya çempionu canlı yayımda öldü - VİDEO
Qatıldığı bodibildinq müsabiqəsində pərəstişkarlarını əyləndirmək üçün tərs salto vuraraq səhnəyə çıxan çempion faciəli şəkildə ölüb.
Afrikalı bodibildinq çempionu Sifiso Lungelo Tabette sərt hərəkət zaman başını yerə çırpıb. Zərbə nəticəsində boynu qırılan idmançı bir neçə dəqiqə yerdə qalıb.
İzləyicilərdən biri onun vəziyyətinin yaxşı olmadığını həkimlərə bildirib. Tibb işçilərinin müdaxiləsinə baxmayaraq, dünya çempionu canlı yayımda dünyasını dəyişib.Muxalifet - 12-08-2017
Gürcüstanda iki azərbaycanlı həbs olundu
Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub.
Həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.
Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.Muxalifet - 12-08-2017
Ukraynada hərbi PARAD: yeni silahlar nümayiş etdirəcək
Ukraynanın Müstəqillik Günü münasibətilə avqustun 24-də paytaxt Kiyevin mərkəzi Xreşatik küçəsində hərbi parad keçiriləcək.
Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hərbi paradda 70 hərbi texnika nümayiş etdiriləcək. Onlardan 20-si Ukrayna zavodlarında istehsal olunub.
Təntənəli hərbi paradda 4500-dən çox hərbçinin iştirakı nəzərdə tutulur.
Hərbi parad zamanı hərbçilərin fəxri qarovul bölüyünün, Ukraynanın Hərbi Milli Qvardiyasının yeni formaları da nümayiş etdiriləcək.Muxalifet - 12-08-2017
"KİMLƏRDİR AXI HAZIRLIQLI İDMANÇILARI ÖLKƏMİZDƏN UZAQLAŞDIRANLAR? ! "
"Onların başqa dövlətlər adına çıxış etməyə məcbur qalmasının bütün detalları ciddi araşdırmalıdır. Kimsə bu əmələ görə cəza alacaqmı ? !"
Muxalifet - 12-08-2017
YAP-çı deputat Əli Həsənovu ittiham etdi
Rafiq Məmmədhəsənov: «Öz övladına, nəvəsinə rəhbərlik edə bilmirsə, o boyda camaatı necə idarə edəcək?»
«Məmur öz övladına nəzarət edə bilmirsə, o nə məmurdur? O boyda camaatı necə idarə edəcək?», – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Rafiq Məmmədhəsənov Azadlıq Radiosuna belə deyir.
O, baş nazirin müavini, Qaçqın və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəzadan danışarkən məmur yaxınlarının özbaşınalığını pisləyir.Muxalifet - 12-08-2017
Kriminal avtoritetlər Lənkərana yas mərasiminə gələcəklər
Lənkəran şəhəri avqustin 17-dən 18-nə keçən gecə İstanbulun Barbarossa bulvarında qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsinin ildönümünə hazırlaşır.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Muxalifet - 12-08-2017
Yük maşını traktoru vurdu - Ölən var
Bərdə rayonunda yük avtomobili ilə traktorun toqquşması nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyi xəbər verir ki, Bərdə ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi "Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi "MTZ-80” markalı traktoru vurub.
Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.
Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 12-08-2017
Maşın alverçilərinin fırıldağı ifşa edildi
Milli.az xəbər verir ki, jurnalist Elgün Mənsimov avtomobil alverçilərinin maşın alıb-satarkən etdikləri fırıldaqlarından birinin üstünü açıb.
Onun sözlərinə görə, bu halla öz avtomobilini satarkən rastlaşıb:Muxalifet - 12-08-2017