Axtarış

The search found 105779 results in 0.012 seconds.

Search results

  1. Əhəd Abıyev: Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var?

    Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev təcili müalicə üçün Almaniyaya aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.
     
    Ə.Abıyev “Ölkə.Az”-a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını deyib:

    Muxalifet - 12-08-2017

  2. İşdən çıxarılan qadın sirkə içərək intihar etmək istədi

    Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər
     
    Tovuz rayonunda işindən çıxarılan qadın intihara cəhd edib.
    Hadisə rayonun Dondar Quşçu kəndində qaydə alınıb.
    Kənd sakini, 1960-cı il təvəllüdlü Səfərova Tamella Mahmud qızı xadimə işlədiyi iş yerindən çıxarıldığı üçün özünü öldürməyə cəhd göstərib.
    O, sirkə turşusu içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər tibbi yardım göstərib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

    Muxalifet - 12-08-2017

  3. Tovuzda ƏQRƏB qadını sancdı

    Tovuz rayonunda qadını əqrəb sancıb.
     
    Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
    Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədova Züleyxa Mahir qızı yaşadığı evdə iş görən zaman onu əlindən əqrəb sancıb. Xəstəxanaya çatdırılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-08-2017

  4. 2 əcnəbidən zorla 15000 tələb edənlər könüllü polisə təslim oldular

    Bakıda iki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.
     
    Daxili İşlər Nazirliyi xəbər verir ki, avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşın əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla qorxutmaqla 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

    Muxalifet - 12-08-2017

  5. Ramil Quliyev: “Vətənim Azərbaycandan heç vaxt incikliyim olmayıb"

    Onlar Azərbaycanı beynəlxalq arenda layiqincə təmsil etməyimdə maraqlı deyildilər”
     
     “Vətənim Azərbaycandan heç vaxt incikliyim olmayıb. Ümumiyyətlə, nəyə görə olmalıdır? Mənim xeyirimi istəməyən bəzi şəxslər vardı və yalnız bu səbəbdən ölkəni tərk etdim. Onlar mənə hazırlıq keçmək üçün şərait yaratmırdılar və Azərbaycanı beynəlxalq arenda layiqincə təmsil etməyimdə maraqlı deyildilər”.

    Muxalifet - 12-08-2017

  6. Gürcüstanda həbs olunan 2 azərbaycanlı ilə bağlı rəsmi məlumat - Video

    Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin azərbaycanlılar sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
     
    DİN-in verdiyi məlumata görə, iki qardaş - 1989-cu il təvəllüdlü N.C. və 1976-cı il təvəllüdlü M.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.
     Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub.
     
    *** 11.44
     

    Muxalifet - 12-08-2017

  7. Xaçmazda 12 yaşlı qızı maşın vurub

    Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
     
    2005-ci il təvəllüdlü Şıxıyeva Nərgiz Firuz qızını avtomobil vurub.
     Xəsarət alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün yerini dəyişməyən çəp sınığı, bədənin müxtəlif hissələrinin sıyrılması diaqnozu qoyulub, vəziyyəti normaldır.
     Faktla bağlı araşdırma aparılır./apa

    Muxalifet - 12-08-2017

  8. Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb - DGK

    Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb.
     
    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq bu gün səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

    Muxalifet - 12-08-2017

  9. “KİV vasitəsi ilə nazirlə görüşmək istəyənlərin müraciətlərinə baxılmayacaq” - DİN

    Daxili İşlər Nazirliyi elektron Kütləvi İnformasiya Vasitələrində ayrı-ayrı şəxslərin qəbulla əlaqədar daxili işlər nazirinə ünvanladıqları müraciətlərə münasibət bildirib.
     
    Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu saytlar vətəndaşları aldatmaqla məşğuldur:

    Muxalifet - 12-08-2017

  10. Lütfi Zadənin oğlundan ilginc açıqlamalar: “Atam soykökünü heç vaxt danmayıb...”/ EKSKLÜZİV

    Görkəmli azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin Azərbaycanda dəfn olunmasıyla bağlı vəsiyyəti bir neçə gündür, müzakirə mövzsusudur. Bir çox tanınmışlar, ziyalılar mətbuatda çıxış edərək Lütfi Zadənin Azərbaycana bağlı adam olmadığını, ölkəmiz üçün heç bir şey etmədiyini, vəsiyyətinin isə uydurma olduğunu səsləndirirlər.
     

    Muxalifet - 12-08-2017

  11. İlham Əliyev Alim Qasımovu “Şərəf” ordeni ilə təltif etdi

    Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Alim Həmzə oğlu Qasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
     
    A.Qasımov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub.
    Qeyd edək ki, avqustun 14-də A.Qasımovun 60 illik yubileyidir.

    Muxalifet - 12-08-2017

  12. Öldüyü deyilən aktrisanın xəstəxanadan — FOTOSU-VİDEO

    Ölümü ilə bağlı söz-söhbətlər səngiməyən gənc aktrisa Mila Əminənin vəziyyətindən yeni xəbər var.
     
    PrimeTime.Az-ın İstanbulda yerləşən xəstəxanada olan əməkdaşı Milanın fotolarını çəkməyə nail olub.
    Şəkillərdən də göründüyü kimi, gənc aktrisa kliniki ölüm keçirib. Lakin yaxınları onun aparatdan ayırmaq istəmirlər.
    Milanın anası açıqlamasında bildirir ki, qızının ölümünü heç kim reklam etməsin.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 12-08-2017

  13. ABŞ kürdlərdən referendumla bağlı xahiş edib

     
    İraq Kürdistan Regional Hökümətinin prezidenti Məsud Bərzani.
     
    Amerika Birləşmiş Ştatları İraq kürdlərindən sentyabrın 25-nə planlaşdırılan muxtar Kürd vilayətinin müstəqillik referendumunun tarixini dəyişmələrini xahiş edib.
     
    Bu barədə kürdlərin prezidenti məlumat verib.

    Muxalifet - 12-08-2017

  14. “Kürdlər müstəqilliklə bağlı referendumu təxirə salmayacaq”

    Xoşiyar Zebari: Referendum əvvəldən elan olunduğu kimi, sentyabrın 25-də keçiriləcək
     
    İraqın şimalında yerləşən Kürdüstan muxtariyyətinin rəhbərliyi müstəqilliklə bağlı referendumu təxirə salmamaq barədə qərar qəbul edib.
    Bunu muxtariyyətin nümayəndəsi Xoşiyar Zebari bildirib.
    O vurğulayıb ki, referendum əvvəldən elan olunduğu kimi, sentyabrın 25-də keçiriləcək.

    Muxalifet - 12-08-2017

  15. Doğuş zamanı uşaq ölüb - LƏNKƏRƏNDA

    Lənkəranda doğuş zamanı uşaq ölüb.
     
    Hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində  qeydə alınıb. Masallının Həsənli kənd sakini 1997-ci il təvəllüdlü Kəmalə Vəlişova Lənkəran RMX-da qeysəriyyə yolu ilə əməliyyat olunan zaman körpə ölüb. Ölümün səbəbləri məlum deyil.
     Fakt araşdırılır.

    Muxalifet - 12-08-2017

  16. Ərdoğan: “Ankara-Berlin münasibətləri Bundestaqa seçkilərdən sonra düzələcək”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Berlin münasibətlərinin gələn ay Almaniyada keçiriləcək parlament seçkilərindən sonra normallaşacağını bəyan edib.
     
     “Reuters”-in verdiyi məlumata görə, o bildirib ki, Türkiyə-Almaniya münasibətlərinin pisləşməsinə səbəb Avropanın daxili siyasəti olub.

    Muxalifet - 12-08-2017

  17. İmtahandan kəsilən abituriyent özünü asdı - Bakıda

    İmtahanda bal toplaya bilməyən abituriyent özünə qəsd edib.
     
    Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu deyilən ərazidə baş verib. Cəmil adlı abituriyent imtahanda lazımi nəticəni göstərə bilmədiyi üçün özünü yaşadığı mənzildə kəməri vasitəsilə tavandan asıb.
    Qonşuların müdaxiləsinə baxmayaraq, Cəmilin həyatını xilas etmək mümkün olmayıb. Qonşuların verdiyi xəbərə əsasən, Cəmil intihar edərkən evdə özündən başqa kiçik qardaşı da olub./ölke.az

    Muxalifet - 12-08-2017

  18. Zabit Səmədov hollandiyalı idmançı “Sümükqıran”la görüşəcək

    Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək.
     
    Z.Səmədovun budəfəki rəqibi hollandiyalı idmançı "Sümükqıran" ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə "K-1" üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib.
    Avqustun 23-də keçiriləcək görüş Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr ediləcək.
    Qeyd edək ki, Zabit Səmədovun aktivində 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət var./azertac

    Muxalifet - 12-08-2017

  19. Milli Şura məhbuslara verilən işgәncәlərə görə hakimiyyəti pisləyib

    Milli Şuranın Koordinasiya Mәrkәzi növbәti iclasını keçirib.
     
    İclasda gündәmin bir sıra mәsәlәlәri müzakirә olunub vә onlara münasibәt bildirilib, deyə Milli Şuranın məlumatında qeyd olunur.

    Muxalifet - 12-08-2017

  20. Turan-a qarşı cinayət araşdırması siyasi motivlidir - hüquq müdafiəçisi

    Siyasi Məhbusların Monitorinqi Mərkəzi Turan İnformasiya Agentliyinə qarşı vergi ödənişindən yayınma ittihamı ilə cinayət araşdırmasını qətiyyətlə pisləyib.
     
    Hüquq müdafiə qurumu bunu qərəzli və siyasi motivli addım kimi qiymətləndirir.
    "Turan agentliyi fəaliyyət göstərdiyi uzun illər ərzində bütün fəaliyyəti qanuna hörmətə, faktların qərəzsiz işıqlandırılmasına əsaslanmış yüksək peşəkarlıq səviyyəsinə malik nəşr kimi özünü sübut edib", deyə Mərkəzin rəhbəri Elşən Həsənov bildirib.

    Muxalifet - 12-08-2017

Pages