Axtarış
The search found 105779 results in 0.072 seconds.
Search results
Ağ ev 70 ildən sonra ilk dəfə təmir edilir
Ağ ev 1940-cı ildən sonra ilk dəfə əsaslı təmir edilir.
BBC-nin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp hazırda Ağ evdə deyil, Nyu-Cersi ştatındakı şəxsi Bedminster qolf klubunda istirahət edir.
Əsaslı təmir zamanı Ağ evdə yeni kompüter sistemi qurulacaq, soyutma və istilik sistemi müasirləşdiriləcək, pilləkənlər dəyişdiriləcək.Muxalifet - 13-08-2017
İran ABŞ-a qarşılıq raket proqramını genişləndirir
İran parlamenti ABŞ-ın sanksiyalarına cavab olaraq öz raket proqramının genişləndirilməsinə səs verib.
Xəbərə əsasən 247 deputatdan 240-ı qanun layihəsinə səs verib.
İran parlamentinin sədri Abbas Akaçi də parlamentin iclasına qatılıb. Qanun ölkənin müdafiəsini artırmaq üçün raket proqramının genişləndirilməsini nəzərədə tutur.Muxalifet - 13-08-2017
Arazdan debüt oyununda gözəl qol — VİDEO
Millimizin üzvü Araz Abdullayev yeni klubu "Anortosis"da ilk oyununu keçirib.
25 yaşlı futbolçu yoxlama görüşü çərçivəsində Yunanıstanın "Aris" klubuna qarşı oynayıb. 1:1 hesablı heç-heçə ilə başa çatan oyunda Abdullayev meydana 63-cü dəqiqədə daxil olub. Millimizin yarımmüdafiəçi 83-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub.Muxalifet - 13-08-2017
Səfir açıq şəkildə dedi: Türkiyəni istəmirlər...
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan düzgün siyasət yürüdür.
Bu sözləri Özbəkistanın Türkiyədəki səfiri Ülfət Kadırov “Yeniakit.com.tr”yə açıqlamasında deyib.
“Bu regionda güclü müsəlman dövləti istəmirlər. Mənafeləri fərqlidir. Dünyanın yeganə ağası olmaq istəyirlər. Açıq şəkildə deməliyəm ki, Qərb Türkiyədən qorxur. Digər tərəfdən biz sevinir ki, Türkiyə güclənir. Kənardan nə demələrindən asılı olmayaraq. “Avtoritarizm”, “diktatorluq” – bunlar Türkiyəyə uyğun sözlər deyil”, - səfir bildirib./axar.azMuxalifet - 13-08-2017
Dənizdə 24 yaşlı gənc batıb
Dənizdə 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 12:50-də başa çatıb.Muxalifet - 13-08-2017
Tramp irqçilikdə ittiham olundu
Muxalifet - 13-08-2017
Şəmkirdə 13 yaşlı qızı vurub qaçan sürücü həbs edilib
Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.
Muxalifet - 13-08-2017
Bakıdan Əziz Yıldırıma təhdid məktubu gedib - Ramil Quliyevə görə
Türkiyənin “Fənərbağça” idman klubunun başqanı Əziz Yıldırım bu klubun üzvü, Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə birinci yerə çıxıb sensasion qələbə qazanan Ramil Quliyevə görə Bakıdan təhdid məktubu alıb.
Virtualaz.org xəbər verir ki, bunu klubun atletizm şöbəsinin başqanı Fikret Çetinkaya Türkiyə mətbuatına açıqlamasında deyib.Muxalifet - 13-08-2017
Xəzərdə 9 yaşlı uşaq batıb
2008-ci il təvəllüdlü Ayaz Seyidovun cəsədi tapılıb
Avqustun 12-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi tapılıb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, A.Seyidovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Əməliyyat saat 16:45-də başa çatıb.Muxalifet - 13-08-2017
“M Trans” şirkətindən iiçndə pul olan seyf oğurlanıb
Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.
Hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, "M Trans" şirkətinin Binəqədi rayonu ərazisində yerləşən ofisindən içərisində 10000 manat və 2000 dollar olan seyf oğurlanıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet - 13-08-2017
Alman nazir Trampı tənqid edib
Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın təxribatına reaksiyasını tənqid edib.
Z. Qabriel “Redaktionsnetzwerk Deutschland” nəşr qrupuna müsahibəsində deyib ki, şəxsi qolf klubunda oturub cəhənnəm barədə danışmaq düzgün reaksiya deyil və belə məsuliyyətsizlik şok durum yaradır.Muxalifet - 13-08-2017
Təmir üçün gələn usta iş başında öldü
Gəncədə usta qəfil ölüb.
Hadisə Gəncədə olan dəri emalı sexlərinin birində qeydə alınıb.
Yevlax rayon sakini 1962-ci il təvəllüdlü Elxan Nəbiyev avadanlıqların təmiri üçün sexə gəlib. Usta sexə çatan zamanı halı pisləşib və qəflətən dünyasını dəyişib.
Faktla bağıl hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apaMuxalifet - 13-08-2017
“Əsədin hərbi cinayətləri barədə sübutlar var” - BMT
BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvü Karl del Ponte Suriya prezidenti Bəşər Əsədin hərbi cinayətlərdə ittiham edilməsi üçün yetərli sübuta malik olduqlarını bəyan edib.
Karl Del Ponte İsveçin “Le Matin Dimanche” nəşrinə müsahibəsində deyib ki, prokuror, məhkəmə olmamasına baxmayaraq, ilkin işlər görülüb.Muxalifet - 13-08-2017
35 yaşlı kişini ilan VURUB – AĞSTAFADA
Ağstafa sakinini ilan sancıb.
Rayonun Muğanlı kənd sakini 1982-ci il təvəllüdlü Mehdiyev Şöhrət həyətyanı sahəsində işləyən zaman ilan onun ayağından sancıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti orta-ağırdır.Muxalifet - 13-08-2017
Kür çayında bir nəfər batıb – SAMUXDA
Kür çayında bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbə ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Ölkə.Az-a verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.Muxalifet - 13-08-2017
"Wi-Fi"dan 100 dəfə sürətli texnologiya kəşf edilib
ABŞ-ın Braun Universitetinin alimləri ultrasürətli "Wi-Fi" üçün geri sayımın başlandığını açıqlayıblar.
Tədqiqatçılar günümüzdəki mobil şəbəkələrdən daha sürətli texnologiya kəşf etdiklərini bəyan ediblər. Belə ki, onlar ənənəvi mikrodalğa əvəzinə terahers tezliklə videosiqnal göndərərək saniyədə 50 giqabayt sürət əldə ediblər. Bir çox kabelsiz internetin saniyədə 500 meqabayta qədər sürət yığdığını vurğulayan araşdırmaçılar bunun ortalama bir "Wi-Fi"dan 100 dəfə sürətli olduğunu qeyd ediblər.Muxalifet - 13-08-2017
“Mersedes” 4 yaşlı uşağı vurub - MİNGƏÇEVİRDƏ
Mingəçevirdə avtomobil 4 yaşlı uşağı vurub.
Hadisə şəhərin 20 Yanvar küçəsində, "Karyer" adlanan ərazidə baş verib.
Belə ki, “Mersedes” markalı avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Xasiyev Ümid Vüsal oğlunu vuraraq ağır xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.Muxalifet - 13-08-2017
Hacıqabulda avtomobil 12 yaşlı uşağı vurub
Hacıqabul rayonunda avtomobil 12 yaşlı uşağı vurub.
Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Nəvahi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2005-cü il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu “10 LH 551” dövlət nömrə nişanlı “Tavriya” markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarətlər alan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 13-08-2017
65 yaşlı Qusar sakini dənizdə batıb
Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahillərində 65 yaşlı kişi dənizdə batıb.
Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Arif Əsgərov Nabranda dənizdə çimərkən boğulub. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Morquna gətirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 13-08-2017
29 yaşlı qadın qeysəriyyə əməliyatından sonra ölüb - TOVUZDA
Tovuzda qeysəriyyə əməliyatından sonra narkozdan komaya düşən qadın ölüb.
Tovuz rayon Yanıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Əliyeva Oksana Hafiz qızı 12 gün əvvəl qeysəriyyə əməliyatından sonra dünyaya oğlan uşağı gətirib. Qadın əməliyat zamanı vurulan narkozdan komaya düşüb. Reanimasiya şöbəsində koma vəziyyətdə qalan qadın bugün dünyasını dəyişib.
Qeyd edə ki, bu, O.Əliyevanın 2-ci doğuşu olub, bundan əvvəlki hamiləliyində də bir oğul uşağı dünyaya gətirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 14-08-2017