Yük maşını traktoru vurdu - Ölən var

Bərdə rayonunda yük avtomobili ilə traktorun toqquşması nəticəsində bir nəfər ölüb.
 
Daxili İşlər Nazirliyi xəbər verir ki, Bərdə ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi "Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi "MTZ-80” markalı traktoru vurub.
Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.
Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.