Axtarış
The search found 105779 results in 0.014 seconds.
Search results
Nailin öldürdüyü şəxsin uşaqları Əli Həsənovdan razıdır
“Günahkar axı təkcə Nail deyil. Bunların İntellektual İdarəetmə Sistemi var, bu kameralar yolboyu onu görmürdü? Onu niyə yolda saxlamırdılar?”
Baş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkib. Qəza qurbanının övladları bu səbəbdən də daha mətbuata heç nə danışmaq istəmədiklərini deyiblər…Muxalifet - 11-08-2017
Özbəklər azərbaycanlıları Rusiya bazarlarından sıxışdırır
Özbəkistandan meyvə-tərəvəz məhsullarının Rusiyaya sistemli şəkildə çatdırlması, hansı ki, Voronej gömrüyü vasitəsilə həyata keçirilməsi planlaşdırılır, Rusiya bazarının ekzotik meyvələrə (nar, xurma, mandarin) olan ehtiyacını ödəməlidir.
Virtualaz.org bildirir ki, bunu jurnalistlərə "Uzbekozikovkatxoldinq" şirkətinin sədri Toxirjon Jalilov deyib və əlavə edib ki, bununla onlar Azərbaycandan olan təchizatçıları Rusiya bazarlarından sıxışdıracaqlar.Muxalifet - 11-08-2017
Dünya çempionu Ramil Quliyevin ən böyük istəyi: Azərbaycan bayrağı - Video
Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Londonda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
200 metrdə dünya çempionu olan Ramil Quliyev çiyninə Azərbaycan bayrağı atıb.
Yarışdan sonra jurnalistlərin suallarını cavablandıran idmançı qələbəsinə inandığını, ən böyük istəyinin isə qızıl medal qazanmaq olduğunu bildirib.
Yarışdan sonra verdiyi müsahibədə Ramil Quliyev müxbirin "Azərbaycan bayrağı da istədiniz"-sualına aydınlıq gətirib. İdmançı bildirib ki, bu onun böyük istəyi olub.Muxalifet - 11-08-2017
50 yaşlı kişini ilan VURDU – GORANBOYDA
Goranboy sakinini ilan sancıb.
Hadisə rayonun Gürzallılar kəndində baş verib.
Kənd sakini, 1967-ci il təvəllüdlü Aqil Həsən oğlu Həsənov həyətyanı sahədə işləyən zaman sağ bud nahiyəsindən ilan sancıb. Ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılan A.Həsənova tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 11-08-2017
Söyüd ağaclarını kəsdi, 2450 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Lənkəran, Lerik, Yardımlı, Masallı, Astara, Cəlilabad) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 11-08-2017
Saakaşvili indi də Macarıstanda
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstana gedib.
Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. “Ailəmlə birlikdə Balaton gölünə gəldik. Macar kralı Andraş və onun həyat yoldaşı, ukraynalı şahzadə Anastasiyanın heykəlinin qarşısında” , - deyə o, paylaşdığı fotonu müşayiət edən qeydində bildirib.
Xatırladaq ki, M. Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib. Həmin vaxt o, ABŞ-da olub. Sonra Saakaşvili Polşaya, oradan isə Litvaya gedib.Muxalifet - 11-08-2017
Kür çayında çimən 48 yaşlı kişinin boynu sınıb
Kür çayında çimən 48 yaşlı kişi xəsarət alıb.
Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü Həsənov Rövşən Sarıbala oğlu dostları ilə Kür çayında çimərkən suya tullanan zaman ciddi xəsarətlər alıb. R.Həsənov qapalı onurğa beyni travması və 7-ci boyun fəqərəsinin sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.
Hadisədən sonra onun ayaqlarının iflic olduğu bildirilir.Muxalifet - 11-08-2017
64 yaşlı kişini elektrik vuraraq öldürüb - BAKIDA
Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1953-cü il təvəllüdlü Tofiq Şəmistan oğlu Mehdiyev su nasosunu təmir edərkən onu elektrik cərəyanı vurub. Nəticədə T. Mehdiyev hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 11-08-2017
12 yaşlı uşaq itkin düşüb - BAKIDA
Bakıda 12 yaşlı uşaq itkin düşüb.
Yasamal rayon sakini, 2005-ci il təvəllüdlü Yusif Aqil oğlu Həsənovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, o avqustun 10-da çörək almaq adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır./apaMuxalifet - 11-08-2017
Diplomatik missiyanın avtomobili qəza törədib – BAKIDA
Mərakeşin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
Hadisə paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb. Mərakeşin Bakıdakı səfirliyinə məxsus, 1974-cü il təvəllüdlü Xalid Berrahalın idarə etdiyi “Dodge” markalı, 054 D 003 dövlət qeydiyyat nişanlı maşın yoldan çıxaraq səkiyə çırpılıb. Nəticədə xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 11-08-2017
Ucqar kənddə Rəsulzadənin xatirəsinə bulaq tikildi - FOTO
Yardımlı rayonunun ucqar kəndlərinin birində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmiş Məmmədəmin Rəsulzadənin xatirəsinə bulaq kompleksi tikilib.
BakuPost.az xəbər verir ki, bulağı həmin kəndin müəllimi öz həyətində inşa edib. Daşdan qurulan abidənin üzərində Rəsulzadənin şəkli əks etdirilib və onun XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilən "Bir kərə yüksələn bayraq, bir daha enməz!" sözləri yazılıb.Muxalifet - 11-08-2017
Azərbaycanlı aktrisa vəfat etdi - Meningit olubmuş… - Yenilənib
Gənc aktrisanın xalası qızı Rübabə Səfərova aktrisanın vəziyyəti ilə bağlı Publika.az-a məlumat verib.
Bildirib ki, müalicə aldığı xəstəxananın həkimləri Milanın komaya düşdüyünü deyiblər:
"Mila dünən səhər saat 10:39-da kliniki ölüm keçirdi. Indi nəfəs aparatına bağlıdır. Bu gün saat 12:00-a qədər ayılmasa, nəfəs aparatından ayıracaqlar”.Muxalifet - 11-08-2017
Ramil Quliyev prezidenti ağlatdı – Video
"Fənərbaxça"nın prezidenti Əziz Yıldırım klubun üzvü Ramil Quliyevin Londonda kişilər arasında 200 metr məsafəyə qaçış yarışının finalında qazandığı qızıl medaldan sonra göz yaşlarını saxlaya bilməyib.
FBTV telekanalına müsahibə zamanı Yıldırımın səsi titrəyib və ağlayıb: “Övladlarımızın çempion olmasından çox qürur duyuram. İnanıram ki, digər idmançılarımız da qələbə qazanacaq”.Muxalifet - 11-08-2017
Ərdoğandan Ramil Quliyevə TƏBRİK TELEQRAMI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyevə təbrik teleqramı göndərib.
Türkiyə prezidentinin mətbuat mərkəzi xəbər verir ki, Ərdoğan kişilər arasında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanan Ramil Quliyevə göndərdiyi teleqramda təbriklərini çatdırıb.
Londonda keçirilən yarışda Ramil Quliyev 200 metr məsafəni rəqiblərindən tez qət edərək finişə 20.09 saniyəyə çatıb./teleqraf.comMuxalifet - 11-08-2017
İrandan cılız davranış: Türk Fraksiyası ləğv edildi
İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbilə buraxılıb.
Bu barədə məlumatı Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdar deyib. O bildirib ki, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq:
“Bilmirəm, “türkdillilər” sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar”.Muxalifet - 11-08-2017
Ukrayna Saakaşviliyə şərt qoydu
Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya gələ bilməsi üçün əvvəl viza alması lazımdır.
Bu barədə Ukrayna Baş prokurorunun müavini Yevgeni Yenin fikir səsləndirib.
“Saakaşvilinin Ukraynaya daxil olması yalnız viza aldıqdan sonra mümkün ola bilər. Fəallar qarşısında göstərilən istənilən tamaşaları və ya qanunsuz sərhəd keçmək məsələləri Saakaşvilinin məsuliyyətə cəlb olunması üçün bizə yüzfaizli əsas verir”, - Yenin bildirib.
Xatırladaq ki, M.Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib.Muxalifet - 11-08-2017
Baş nazir Yıldırım Ramil Quliyevi təbrik etdi
Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu Ramil Quliyevi təbrik edib.
Trend bu barədə Türkiyə Baş nazirinin administrasiyasına istinadən məlumat verib.
R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.Muxalifet - 11-08-2017
Şimali Koreya ilə savaşda ABŞ-ın yanındayıq
Savaş olsa, bizim vəzifəmiz ABŞ-ın köməyinə qaçmaqdır.
Bu sözləri Avstraliya Baş naziri Melkolm Törnbull deyib.
“Avstraliya ilə ABŞ arasında imzalanan “Yeni Zellandiya, ABŞ (ANZUS) Təhlükəsizlik Razılaşması” var. Əgər Avstraliyaya hücum olsa, ABŞ köməyimizə gələcək. Biz də təbii ki, savaş olacağı təqdirdə ABŞ-a kömək edəcəyik”, - Melkolm bildirib./axar.azMuxalifet - 11-08-2017
“Dostluq” kinoteatrı satışa çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi “Dostluq” kinoteatrını satışa çıxarıb.
Komitədən verilən məlumata görə, kinoteatrı hərraca Mədəniyyət və Turizm Nazirliyi, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi təqdim edib.
Ucar şəhəri, Heydər Əliyev prospekti, 51 ünvanında yerləşən ümumi faydalı sahəsi 696.3 kvodratmetr olan “Dostluq” kinoteatrı avqustun 29-da keçiriləcək hərracda özəlləşdiriləcək.
Kinoteatrın ilkin satış qiyməti 90000 manat təqdim edilib.Muxalifet - 11-08-2017
ABŞ Prezidenti Kim Çen İni hədələdi
O, Quam adasındakı hərbi bazanın vurulacağı təqdirdə Kim Çeni çox ağır tale gözlədiyini deyib:
“Görək, o Quama nə edəcək... Nəsə etməyə çalışsa, Şimali Koreya heç kimin bu vaxta kimi görmədiyi cavabla qarşı-qarşıya qalacaq. O, əməllərinə görə cavab verəcək”.
Qeyd edək ki, Kim Çen ABŞ-ın Şimali Koreyaya yönəlik sanksiyalarına cavab olaraq, Quam adasına raketlər atacağını deyib.Muxalifet - 11-08-2017