Axtarış
The search found 105779 results in 0.07 seconds.
Search results
Burkina-Fasoda türk kafesinə silahlı hücum olub – Ölənlər var
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində naməlum silahlılar "İstanbul" kafesinə hücum edib.
“AP” agentliyinin verdiyi xəbərə görə, insident nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb.
Ölənlərin vətəndaşlığı hələ ki, müəyyən edilməyib. Bundan əvvəl “Frans Press” agentliyi 3 nəfər, o cümlədən bir Türkiyə vətəndaşının öldüyü barədə məlumat yayıb.Muxalifet - 14-08-2017
Bakıda iki avtomobil toqquşub, ölən var
Bakıda ağır yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1959-cu il təvəllüdlü Əzimov İlham Məmmədqulu oğlunun meyitini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 04:15-də başa çatıb.Muxalifet - 14-08-2017
Gəncədə 30 yaşlı kişi bıçaqlanıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Şəhər sakini 1987-ci il təvəllüdlü Nağıyev Tural Bəxtiyar oğlu bud nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin kafi olduğu bildirilir. T. Nağıyev hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet - 14-08-2017
Göyçayda 29 yaşlı gənc özünü ASIB
Göyçay rayonunda intihar hadisəsi baş verib.
Hadisə avqustun 13-də gecə saat 23:00 radələrində rayonun İnçə kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Qəhrəmanov Fərman İnqilab oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Muxalifet - 14-08-2017
Britaniya kraliçası taxt-tacından imtina etmək niyyətindədir - KİV
Böyük Britaniya kraliçası II Elizabet oğlu şahzadə Çarlzın xeyrinə taxt-tacdan imtina etmək niyyətindədir.
Bu barədə “The Mirror” qəzeti yazıb.
Məlumata əsasən, kraliça dörd ildən sonra, yaşı 95-ə çatdıqda taxt-tacından imtina edəcək. Zəruri sənədlərin hazırlanması üçün prosedurun artıq başlandığı qeyd olunur.
“Kraliça II Elizabet əmin olmaq istəyir ki, zaman gəldikdə məsələ insidentsiz həll olunacaq”, deyə məlumatlı mənbə qəzetə bildirib.Muxalifet - 14-08-2017
Liviyanın sabiq baş naziri oğurlanıb
Avqustun 14-ə keçən gecə Tripolidə 2012-2014-cü illərdə Liviyanın baş naziri postunu tutmuş Əli Zeydan naməlum şəxslər tərəfindən oğurlanıb.
Bu barədə “Al Arabia” telekanalı məlumat verib.
Məlumata əsasən, hoteldən oğurlanan Ə.Zeydan bir qrup silahlı tərəfindən naməlum istiqamətə aparılıb. Qeyd edək ki, Əli Zeydan 2013-cü ildə ölkənin baş naziri olarkən silahlılar tərəfindən saxlanılmış, lakin bir neçə saatdan sonra buraxılmışdı. 2012-ci ildə Liviyada səsvermə nəticəsində seçilən Ümummilli Konqres Ə.Zeydanı baş nazir təyin etmişdi.Muxalifet - 14-08-2017
Dağıstanda silahlı qrupun lideri məhv edilib
Rusiya Federasiyasının Dağıstan Respublikasının Xunzax rayonunun Orota kəndində aparılan xüsusi əməliyyat nəticəsində “Xunzax qruplaşması” adlanan qrupun lideri məhv edilib.
RİA Novosti agentliiynin verdiyi xəbərinə görə, bu barədə Dağıstan üzrə əməliyyat qərargahından bildirilib.Muxalifet - 14-08-2017
Ramil Quliyev qələbəsini atasına ithaf etdi
Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyev dünya çempionatında qazandığı qızıl medalı mərhum atasına ithaf edib.
Muxalifet - 14-08-2017
İranlı general Türkiyəyə gedir
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Bakiri Türkiyəyə səfər edəcək.
M. Bakiri səfər çərçivəsində türkiyəli həmkarı Hülusi Akarla görüşəcək.
Məlumata görə, heyət üzvləri üç gün davam edəcək səfər çərçivəsində Türkiyədə hərbi və siyasi rəhbərlərlə də məsləhətləşmələr aparacaq.
Tərəflər terrorla mübarizə, regional təhlükəsizlik, müdafiə sahəsindəki ikili münasibətlər və sərhəd əməkdaşlığı kimi məsələləri müzakirə edəcəklər.Muxalifet - 14-08-2017
Ramil Quliyevlə özəl müsahibə: “İstəyirdim ki...” - FOTO
“Çox sevindim ki, bizim prezidentlər məni təbrik etdi. Bu, mənim üçün böyük məna daşıyır”.
Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Teleqraf.com-un suallarını cavablandırıb:
- Ramil bəy, Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanmağınız həm Azərbaycanda, həm də Türkiyədə böyük ajiotaja səbəb oldu. Bu cür reaksiyanı gözləyirdiniz?Muxalifet - 14-08-2017
Jirinovski: Amerikalıları məhv edəcəyik - VIDEO
Rusiya ABŞ-ın Odessada inşa etdiyi təlim qərargahını və amerikalı əsgərlərini Qara dənizdə batıracaq.
Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Polit Naviqator” verilişində çıxışı zamanı deyib.
“Heç nə tikilməyəcək. Onları batıracağıq. Bura onların qəbri olacaq”, - Jirinovski ukraynalı jurnalist Yanina Sokolovskaya ilə mübahisə edərkən deyib.
“Biz onları orada – Qara dənizdə batıracağıq. Və Kiyev rəhbərliyini də məhv edəcəyik, bura rus torpağıdır”, - siyasətçi əsəbi şəkildə əlavə edib.Muxalifet - 14-08-2017
Kremlin boz kardinalı Trampın adamı ilə görüşə gedir
Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə müşaviri Kurt Volkerlə görüşü ya Avstriya, ya da İsveçrədə baş tutacaq.
Bu barədə “Assoşeyted Press” məlumat yayıb.
“ABŞ rəsmiləri görüş yerini hələ müəyyənləşdirilməyib. Görüşün Cenevrə və ya Vyanada keçirilməsi məsələsinə baxılır”, - agentlik bildirib.
Volker Surkovla avqustun sonuna kimi görüş keçirməyi təklif etmişdi.Muxalifet - 14-08-2017
Dünyanın ən böyük hava limanı tikilir – Türkiyədə
Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük hava limanı tikilir.
Türkiyə mediası xəbər verir ki, 1.3 milyon kvadrat metr sahəni əhatə edən hava limanı kosmosdan da görünür.
İGA Hava Limanları İnşaatı şirkətinin idarə heyətinin sədri Yusif Akçayoğlu hava limanının ilk mərhələsinin 29 oktyabr 2018-ci ildə tamamlanacağını bildirib.
“O qədər böyük layihədir ki, kosmosdan da görmək mümkündür. Helikopterlə baxanda hava limanının bir hissəsi görünür. Yalnız təyyarədən baxanda bütün ərazini görmək olur”, - o bildirib.Muxalifet - 14-08-2017
Ramil Quliyev Londonda kabab bişirdi
Yüngül atletika üzrə dünya çempionu Ramil Quliyev İngiltərədəki türk restoranlarından birində dönər kəsib, kabab bişirib.
Türkiyə milli komandasının üzvləri ilə birgə Londondakı restoranlardan birinə gedən azərbaycanlı idmançı bıçağı alıb dönər kəsdikdən sonra kabab bişirib.
Ramil Quliyevin bu hərəkəti ətrafdakıların marağına səbəb olub.Muxalifet - 14-08-2017
Ermənistanda həyəcan TƏBİLİ - xəstələri orduya yığırlar
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Ermənistan ordusunda tüğyan edən özbaşınalıqla bağlı daha bir həyəcan siqnalı çalıb.
Ermənistan KİV-in xəbərinə görə, Vanadzor ofisi son zamanlar sağlamlığında ciddi problemlər olan şəxslərin orduya çağırıldığını bildirib.
Ermənistan mətbuatı yazıb ki, bu, tamamilə reallığı əks etdirir, çünki hakimiyyət əhalinin xaricə üz tutmasının fonunda hərbi xidmətə çağırışı təmin edə bilmir və bunu xəstələrin hesabına kompensasiya etməyə çalışır.Muxalifet - 14-08-2017
23 yaşlı oğlan özünü 10-cu mərtəbədən ATIB - BAKIDA
Bakıda intihar hadisəsi baş verib.
Hadisə dünən saat 12 radələrində Nizami rayon, Elşən Süleymanov küçəsi, bina 149, mənzil 154-də baş verib.
Belə ki, həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həzrət Əsəddulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb.Muxalifet - 14-08-2017
Kür çayında batan 19 yaşlı gəncin cəsədi tapılıb
Meyit sudan çıxarılıb
Ötən gün Kür çayında batan 19 yaşlı gəncin cəsədi tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 13-də Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batan 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.Muxalifet - 14-08-2017
Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.
DİM-dən verilən xəbərə görə, “Abituriyent” jurnalının 7-ci nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunub.Muxalifet - 14-08-2017
84 yaşlı qadın özünü ASIB - GORANBOYDA
Goranboy rayonunda intihar hadisəsi baş verib.
Kəlbəcər rayonundan olan məcburi köçkün, 1933-cü il təvəllüdlü Səmayə Əli qızı Musayeva Goranboy rayonunda məskunlaşdığı evin zirzəmisində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xocalı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.Muxalifet - 14-08-2017
Avqustun 21-də Günəş tam tutulacaq
Avqustun 21-də dünyada tam Günəş tutulması baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.Muxalifet - 14-08-2017