Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. Salyanın sabiq başçısı Azərbaycanı tərk etdi - Hər şeyini satışa çıxarıb

    Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimov Azərbaycanı tərk edib.
     
    "Ölkə.Az”ın əldə etdiyi məlumata görə, keçmiş icra başçısı Türkiyədəki evinə köçüb. Onun Azərbaycandan birdəfəlik getdiyi deyilir. Hətta, Azərbaycandakı biznesini də xaricə köçürür. Bu məqsədlə də Tahir Kərimov Azərbaycandakı ev və digər daşınmaz əmlaklarını satışa çıxarıb.
    Faktı dəqiqləşdirmək üçün Tahir Kərimovla telefon əlaqəsi saxladıq.
    O, hazırda Azərbaycanda olmadığını təsdiqləsə də, telefonu dərhal söndürdü.

    Muxalifet - 11-08-2017

  2. Əli Həsənovun nəvəsinin "Gelandewagen"lə vurduğu yaralılardan xəbər var

    Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq "Baku Medical Plaza"ya aparılan, daha sonra Ankaradakı Gülhanə hospitalına köçürülən Türkiyə vətəndaşlarının səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib.
     
    Ankaradakı Gülhanə Hospitalından sputnik.az-a verilən açıqlamaya görə, yaralı Muttalip Tekiş hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır.
    Onun həyat yoldaşı Songül Tekiş isə döş qəfəs nahiyyəsindən müalicə almağa davam edir. Xanım Tekişin vəziyyəti qənaətbəxşdir.

    Muxalifet - 11-08-2017

  3. “RAMİL QULİYEVDƏ TAM TÜRK QANI YOXDUR…” – MOK vitse-prezidentinin 6 il öncəki biabırçı MÜSAHİBƏSİ

     “Ramil Quliyev qayıtsa da, qəbul etməyəcəyik. Bu adam  fəraridir. Fərari ilə nə etmək olar?”
     
    Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 6 il öncə Lent.az-a verdiyi müsahibədə bugünkü dünya çempionu Ramil Quliyevdən danışmış, onun ünvanına ağır ifadələr işlətmişdi. Bu gün məsələnin aktuallığını, Ramil Quliyevin dünya şempionu olmasını nəzərə alaraq, həmin müsahibənin Ramilə aid hissəsini musavat.com-a istinadən dərc edirik:

    Muxalifet - 11-08-2017

  4. “Azərbaycana qayıtmağa hazıram” – Ramil Quliyev

     “Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir”.
     
    Bunu AzVision.az-a açıqlamasında Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.
    Türkiyəni təmsil edən atlet “Azərbaycana qayıtmaq istərdinizmi?” sualına “Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram”- deyə cavab verib.

    Muxalifet - 11-08-2017

  5. Putinin Abxaziyaya səfəri beynəlxalq prinsiplərə ziddir - ABŞ

    Amerika Birləşmiş Ştatları hesab edir ki, prezident Putinin Rusiya tərəfindən işğal olunmuş Abxaziyaya səfəri Rusiaynın da iştirakçısı olduğu Cenevrə Beynəlxalq Müzakirələrinin prinsiplərinə uyğun deyil.
     
     Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noletin bəyanatında deyilir.
    O bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq müstəvidə tanınmış sərhədlərini tam dəstəkləyir və Rusiyanın Gürcü bölgələri olan Abxaziyanın və Cənubi Osetiyanın tanımasını qəbul etmir.

    Muxalifet - 11-08-2017

  6. Tramp: “Şimali Koreya ilə döyüşə hazırıq”

    ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.
     
    “Hərbi arsenalımız artıq tam öz yerindədir, doldurulub və döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa”, - deyə o, “Twitter”də yazıb. 
     D. Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya lideri Kim Çen In başqa yol tapacaq.
     Xatırladaq ki, D. Tramp son günlər Şimali Koreya ilə bağlı sərt bəyanatlar verir.

    Muxalifet - 11-08-2017

  7. ÖLÜM XƏBƏRİ YAYILAN MİLANIN ANASI: "QƏLBİ HƏLƏ DÖYÜNÜR" – AÇIQLAMA

    PrimeTime.Az-ın Türkiyədə olan əməkdaşı hazırda azərbaycanlı aktrisa, Mila kimi tanınan Minayə Bayramovanın yerləşdiyi "Medical Park Gazi Osman Paşa" klinikasındadır. Ölüm xəbəri yayılan Milanın anası Mətanət xanım saytımıza açıqlaması zamanı qızının durumu haqda son məlumatları verdi. Xanım qeyd edir ki, Mila hazırda reanimasiyadadır: "Qızımın ürəyi hələ də döyünür. Amma beyni artıq dünən gecə saat 23:30-dan ölüb. Onu sünii nəfəs aparatına qoşublar. Sadəcə ürəyi döyünür deyə, daha iki gün o aparatda qalacaq. Amma biz artıq bilirik ki, Minarəni, uşağımı itirmişik. O çətin ayıla.

    Muxalifet - 11-08-2017

  8. Əhəd Abıyevin vəziyyəti pisləşdi - Təcili Almaniyaya aparıldı

    Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.
     
    Yenicag.az xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

    Muxalifet - 11-08-2017

  9. Bu gün ali məktəblərə qəbul olunanlar bilinəcək - DİM

    Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib.
     
    DİM-dən verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.
    Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

    Muxalifet - 11-08-2017

  10. “18 yaşlı şəhid Lütfizadədən daha böyük azərbaycanlıdır” – Sabiq XİN rəhbəri

    Lütfi Zadənin elm qarşısında xidmətlərini etiraf etsəm də, şəxsən mənim nəzərimdə dünyanın dadını bilmədən torpaqlarımız üçün şəhid olan 18 yaşlı bir gənc Azərbaycan haqqında 80 yaşında biz xahiş-minnət eləyəndən sonra danışan rəhmətlikdən daha böyük azərbaycanlıdır.
     
    Bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkədə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyətinə münasibət bildirərkən qeyd edib:

    Muxalifet - 11-08-2017

  11. Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq – Çavuşoğlu

    Türkiyə Rusiya əleyhinə sanksiyaları dəstəkləmir.
     
    Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
    Nazirin sözlərinə görə, bu qadağalar Türkiyə iqtisadiyyatına da ciddi ziyan vurur:
    “Türkiyə özü də keçmişdə sanksiyalardan əziyyət çəkib. Qonşularımıza və tərəfdaşlarımıza yönələn sanksiyalar bizim də iqtisadiyyatımıza zərər vurur”.
    Çavuşoğlu qeyd edib ki, Türkiyə problemin həllinin başqa yollarını axtarır: “Buna görə biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq”.

    Muxalifet - 11-08-2017

  12. Uşaq toy karvanından pul istədi, maşının altında qaldı – Video/18+

    Toy karvanının qarşısını kəsərək, pul istəyən azyaşlı avtomobilin altında qalıb.
     
    Hadisə Dağıstanda baş verib.
    Toy avtomobilinin sürücüsü azyaşlının üstündən keçərək, yoluna davam edib.
    Hadisə həvəskar və təhlükəsizlik kameralarına əks olunub.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 11-08-2017

  13. Əhəd Abıyevin səhhəti ilə bağlı MÜƏMMA

    Yeniçağ.az saytı Daşkəsən Rayonun İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problem yaranması, müalicə üçün Almaniyaya aparılması barədə məlumat yayıb.
     
    Publika.az-ın əməkdaşı yayılan məlumata aydınlıq gətirmək üçün İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüqar Məmmədovla əlaqə saxlayıb.
    O, yayılan məlumatın yalan olduğunu bildirib: “Başçımız hazırda iş başındadır. Səhhətində isə heç bir problem yoxdur. Yazılan məlumatlar yalandır. Əhəd müəllim icra hakimiyyətində otağındadır”.

    Muxalifet - 11-08-2017

  14. AXCP fəalı polis tərəfindən saxlanılıb

    Bu gün səhər saatlarında saxlanılan AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qarayev Sumqayıt Şəhər Polis İdarəsindədir.
     
    Bu barədə Turan-a idarənin növbətçi hissəsindən bildiriblər.
    Fəalın Sumqayıt polisində saxlanmasını onun anası da təsdiqləyib. Ona da bu barədə növbətçi hissədən bildiriblər.
    Ancaq idarənin Ələkbər adlı əməkdaşı (telefon nömrəsini növbətçi hissədən veriblər) R.Qarayevin saxlanması barədə məlumatı inkar edib və uzun sorğu-sualdan sonra bildirib ki, o, idarədə deyil.

    Muxalifet - 11-08-2017

  15. Qurban Məmmədlinin qeyri-adi aksiyası

    Fərdi kitab ticarəti ilə məşğul olan Qurban Məmmədli avqustun 11-də Park Bulvar Ticarət Mərkəzinin ikinci mərtəbəsində yardım aksiyası keçirib. Məqsəd onkoloji xəstəlikdən əziyyət çəkən anası üçün vəsait toplamaqdır.
     
    Gələn həftə İranda keçiriləcək əməliyyat üçün 5 min dollar lazımdır.
    Q.Məmmədli ianə qəbul etmir və bunu vətəndaşların əksəriyyətinin maddi durumunun pis olması ilə əlaqələndirir.
    "Mənim işim kitab satmaqdır. Mən kitab satıram, eyni zamanda da əməliyyat üçün pul toplayıram", - o bildirib.

    Muxalifet - 11-08-2017

  16. Fəallar axtarılır (Yenilənib)

    AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qaraya məhkəmənin qərarı ilə 20 sutka həbs cəzasına məhkum edilib.
     
    ***
     
    Avqustun 11-də müxalif yönümlü bir neçə fəal polis tərəfindən axtarılıb. Onlardan birindən bir neçə saatdır xəbər yoxdur. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.
    Demokratik Gənclər Təşkilatının rəhbəri İsmayıl İslamoğlunun atasını Şirvanda polis saxlayıb. Bu barədə İsmayıl İslamoğlunun özü bildirib.
    Onun sözlərinə görə, bir neçə saat öncə gənc fəala zəng ediblər ki, Şirvan Polis Şöbəsinə gəlsin.

    Muxalifet - 11-08-2017

  17. Azərbaycanlı boksçu nazirliyin qarşısında özünü yandırmaq istədi: “Yaxın gəlsəniz, özümü yandıracağam” – VİDEO

    Azərbaycanlı boksçu Emin İsmayılov təkbaşına aksiya keçirib.
    AZXEBER.COM-un məlumatına görə, idmançı Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.
    İdmançı deyib: "3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam".

    Muxalifet - 11-08-2017

  18. Hökümətyönlü təşkilat sədrindən şok təklif: "Azərbaycan Parlamenti buraxılsın"

      Azərbaycan - Slavyan Gənclər Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov maraqlı təkliflə çıxış edib.
     
    Təşkilat sədri AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanda yeni Parlament seçkiləri keçirilməlidir:

    Muxalifet - 11-08-2017

  19. Ramil Quliyev və Azərbaycan idmanı: Atlet ölkəni niyə tərk edib?

    BBC Azeri
    Cümə axşamı Londonda 200 metr məsafəyə qaçış üzrə final yarışda birinci yerı alaraq Ramil Quliyev Türkiyənin ilk atletika üzrə qızıl medalını qazanıb.
     
    Bakıda anadan olmuş atlet karyerasının əvvəlində Azərbaycanı təmsil edib və hələ də 100 metr və 200 metr üzrə qırdığı milli rekordlara sahibdir.

    Muxalifet - 11-08-2017

  20. “Sərhədsiz reportyorlar” Turan-a təzyiqlərə görə Azərbaycan hakimiyyətini pisləyir

    “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycan hakimiyyətinin bu ölkədə sonuncu müstəqil KİV olan Turan İnformasiya Agentliyinə təzyiq vasitəsi kimi vergi orqanlarından istifadə etməsini pisləyib.
     
     Bu barədə təşkilatın saytında yerləşdirilən bəyanatda deyilir.
    Məlumata görə, vergi orqanları agentliyi ümumi məbləği 37 min manat (16 min avroya yaxın) vergini ödəməməkdə ittiham ediblər və avqustun 7-də cinayət araşdırmasına başlayıblar, auditin başlanması üçün öz nümayəndələrini agentliyə göndəriblər.

    Muxalifet - 11-08-2017

Pages