Ukraynada hərbi PARAD: yeni silahlar nümayiş etdirəcək

Ukraynanın Müstəqillik Günü münasibətilə avqustun 24-də paytaxt Kiyevin mərkəzi Xreşatik küçəsində hərbi parad keçiriləcək.
 
Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hərbi paradda 70 hərbi texnika nümayiş etdiriləcək. Onlardan 20-si Ukrayna zavodlarında istehsal olunub.
Təntənəli hərbi paradda 4500-dən çox hərbçinin iştirakı nəzərdə tutulur.
Hərbi parad zamanı hərbçilərin fəxri qarovul bölüyünün, Ukraynanın Hərbi Milli Qvardiyasının yeni formaları da nümayiş etdiriləcək.