Axtarış
The search found 105779 results in 0.055 seconds.
Search results
Bakıda qadını vurub qaçan sürücü saxlanılıb
Qadın xəstəxanaya yerləşdirilib
Avqustun 4-də saat 1.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı qadın vurulub.
Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Qadın xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarət alan şəxsin Salyan rayon sakini Təranə Hüseynova olması müəyyən edilib.Muxalifet - 11-08-2017
Taksi sürücüsünü soyanlar tutuldular
Onlar Əziz Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Bakı şəhərinə gedəcəklərini bildiriblər
Qəbələ sakininə qarşı quldurluq edən şəxslər tutulublar.
Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Nazirlikdən bildirilib ki, avqustun 9-da saat 2.00 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 2 naməlum şəxs rayon sakini Əziz Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Bakı şəhərinə gedəcəklərini bildiriblər.Muxalifet - 11-08-2017
Trampın Putinə təşəkkürü diplomatları qəzəbləndirib
ABŞ prezidenti Donald Trampın Rusiyadakı amerikalı diplomatların ixtisarı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsi ABŞ Dövlət Departamentinin əməkdaşlarını qeyzləndirib.
Bu barədə “Politico” yazıb.Muxalifet - 11-08-2017
Sumqayıt sakinini maşın vuraraq öldürüb
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.Muxalifet - 11-08-2017
Müdafiə naziri Moskvaya getdi
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya gedib.
Zakir Həsənov Rusiyanın paytaxtına Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə yollanıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov "Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.Muxalifet - 11-08-2017
“O boyda AMEA-da barmaqla sayılacaq qədər alim var” - Elçin ŞIxlı/ VİDEO
"Çalışmışam, heç kimi tapdalamayım....”
Tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri, uzun müddət "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru olmuş Elçin Şıxlının son vaxtların ən maraqlı layihəsi hesab olunan "Çöldə yaşam öyüdləri” verilişinin qonağı olub.
O, layihə rəhbəri, rejissor Eltən Qədimbəylinin suallarını cavablandırıb, atasıyla bağlı bəzi maraqlı məqamlara toxunub, yaşam amalı, dünyaya baxışı, cəmiyyətdə baş verən proseslərlə bağlı fikirlərini bölüşüb.
Həmin verilişi təqdim edirik:Muxalifet - 11-08-2017
Sumqayıtda evi yanan 22 ailə çadırda yaşayır - “Bu istidə dözə bilmirik”
Xəbər verdiyimiz kimi, avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çadırlar quraşdırılıb.
AzVision.az-ın əməkdaşları hadisə yerinə baş çəkərək çadırlara yerləşdirilən sakinlərlə görüşüb.
Yanğın Cəbrayıl rayonundan köçkün düşən Məmmədova Qızqayıtı evsiz qoyub. O, isti havada çadırda qalmağın dözülməz olduğunu deyib.Muxalifet - 11-08-2017
Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.
Azərtac xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzi ərazisində, Seçovıx Strelçov küçəsində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb. Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi bununla əlaqədar qərar çıxarıb.Muxalifet - 11-08-2017
Eldar Sultanovun bacısı oğlu yol qəzasında ölüb
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.Muxalifet - 11-08-2017
HÜSEYN ABDULLAYEVDƏN SABİQ DEPUTATA SƏRT CAVAB – “Qardaşın “kaznit” ediləndə …”
Keçmiş millət vəkili, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun sonuncu müsahibəsində işlətdiyi bəzi fikirlərə cavab verib.
O, özünün facebook səhifəsində bu barədə yazıb. H.Abdullayevun həmin statusunu musavat.com-a istinadla və kiçik ixtisarla təqdim edirik:
“Əziz həmvətənlərim!!!Muxalifet - 11-08-2017
“Ukraynaya ölümsaçan ağır silahların göndərilməsi səhvdir” - KİV
Muxalifet - 11-08-2017
Arda Turan Ramilin qələbəsindən yazdı – FOTO
Barselona” klubunun ulduz futbolçusu Arda Turan azəsrbaycanlı idmançı Ramil Quliyevi Dünya Çempionu olmasına təbrik edib.
BAKU.WS-in məlumatına görə, Arda Turan sosial şəbəkə “Yaşasın Azərbaycan Türkiyə qardaşlığı yazıb”.
O, Ramil Quliyevin şəklini paylaşaraq idmançının rəsmi səhifəsini qeyd edib. Türkiyəni təmsil edən azərbaycanlı idmançının Londonda keçirilən Dünya Çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal alması mühüm hadisələrdən biri hesab olunur. Belə ki, çox nadir hallarda ağ adam 200 metr qaçışda uğur qazanır.Muxalifet - 11-08-2017
NAZİR SABİQ BAŞÇININ QARDAŞINI DA İŞDƏN QOVDU
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayevin vəzifədən azad edilməsinin səbəbi məlum olub.
Report xəbər verir ki, R.Albabayev xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə, işdən çıxarılıb və hətta daxili işlər orqanlarından xaric edilib.Muxalifet - 11-08-2017
Amerikalı konqresmen Dağlıq Qarabağa qanunsuz səfər edəcək – XİN konqresmeni qara siyahıya salacaqmı...
ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Frenk Pallone sentyabr ayında Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı açıqlama verib.
Modern.az xəbər verir ki, hazırda İsraildə olan konqresmen Qüdsün erməni patriarxı Nurxan Manukyanla görüşdə bu haqda məlumat verib.
“Sentyabr ayında Ermənistanı və Artsaxı (red-Dağlıq Qarabağ) müstəqillik günü münasibətilə ziyarət etmək istəyirəm. Bu Konqresin Nümayəndələr Palatası üçün Ermənistan-ABŞ yaxınlaşmasına nail olmaq üçün gözəl fürsət olacaq”.Muxalifet - 11-08-2017
Qarğa evə girdi, körpəni öldürdü
Misirin İsgəndəriyyə şəhərində qarğa bir evə girərək 7 aylıq körpəni öldürüb.
Hadisə ilə bağlı İsgəndəriyyə şəhərinin polis bölməsi məlumat yayıb.
Məlumata görə, balkondan evə girən qarğa otaqda yatan Adəm adlı körpəni boynundan yaralayıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatı xilas etmək mümkün olmayıb./modern.azMuxalifet - 11-08-2017
İrandan İŞİD-ə cavab gəldi: "Hamınızı öldürəcəyik"
İŞİD terror qruplaşması iranlı hərbçinin boğazını kəsərək edam edib.
Bu hadisə İranın böyük reaksiyaya səbəb olub.
İŞİD terrorçuları İraq-Suriya sərhədində bir iranlı hərbçini əsir götürüblər. Sonra isə əsirin boğazını kəsərək qətlə yetiriblər. Hadisə İranın çox sərt reaksiyasına səbəb olub.
İran İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlarından məsul Qüds Qüvvələri komandiri Kasım Süleymani çox sərt reaksiya verib: "Şəhidimizin kəsilmiş boğazına and olsun hamısını öldürmədən oturmayacağıq".Muxalifet - 11-08-2017
MƏMURUN QƏFİLDƏN HALI PİSLƏŞDİ: BAKIYA GƏTİRİLDİ
Bu gün Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər Təsərrüfat şöbəsinin müdiri Şəfahət Əsgərovun qəfil halı pisləşib.
Bu barədə sosial şəbəkə istifadəçisi Nizami Cəfərov məlumat yayıb. Məlumatda deyilir ki, başçının müavinin təxminən saat 08:00 radələrində anidən halı pisləşib və o, dərhal Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib./primetime.azMuxalifet - 11-08-2017
ÖLÜM XƏBƏRİ YAYILAN AKTRİSA İLƏ BAĞLI ŞOK AÇIQLAMA
Türkiyədə dünyası dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatındadır.
Muxalifet - 11-08-2017
İlham Əliyev Ramil Quliyevi təbrik edib – MƏTN
Prezident İlham Əliyev yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevi təbrik edib.
Muxalifet - 11-08-2017
Yerevanda Sarkisyana qarşı yeni üsyan çağırışı - Video
Bu gün Yerevanda erməni müxalifətçi Jirayr Sefilyan və digər siyasi məhbusların məhkəmə iclası keçirilib.
İclasın təxirə salınmasından sonra siyasi məhbusları dəstəkləyən şəxslər hökümət orqanlarının qarşısında etiraz aksiyası keçiriblər.
Erməni KİV-ləri xəbər verir ki, aksiya zamanı hakim Sarkisyan rejiminin əleyhinə fikirlər səsləndirilib.
Aksiyaçılar Ermənistanı Sarkisyanın cinayətkar dəstəsindən azad etmək üçün xalqı silahlanmağa çağırıblar.Muxalifet - 11-08-2017