Axtarış
The search found 105779 results in 0.014 seconds.
Search results
1 yaşlı körpəni elektrik cərəyanı öldürüb - NEFTÇALADA
Neftçalada 1 yaşlı körpəni elektrik cərəyanı vurub.
Hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonundan kəndə qonaq gələn 1 yaşlı Damla Roman qızı Qurbanlı anasının qucağında ikən qəfildən elektrik məftilinə əl atıb. Nəticədə elektrik cərəyanı körpəni vuraraq oldürüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 12-08-2017
Yevlaxda pivə maşını 27 yaşlı gənci vurub
Yaralının durumu ağır olaraq qiymətləndirilir
Yevlax rayonunda yolu keçmək istəyən şəxsi maşın vurub.
Hadisə rayonun Hacıselli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Varvara-Hacıselli avtomobil yolu ilə hərəkətdə olan “Ford” markalı pivə daşıyan yük maşını yolu keçmək istəyən kənd sakini 1990-cı il təvəllüdlü Elgiz Eldarovu vuraraq ağır xəsarət yetirib. Yaralı dərhal məsafə nəzərə alınaraq Mingəçevir xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində müayinə və müalicə alan yaralının durumu ağır olaraq qiymətləndirilir.Muxalifet - 13-08-2017
37 yaşlı kişi 5 nəfər tərəfindən döyülüb
Mingəçevir sakini mübahisə zəminində döyülüb.
1980-ci il təvəllüdlü Məmişov Ramal Ağagül oğlu kütləvi hücuma məruz qalıb.
Belə ki, Ramal Məmişov eyni anda 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb.
Bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alan yaralı şəhər xəstəxanasına çatdırılıb. Hazırda müayinə və müalicəsi davam etdirilir.
Münaqişənin motivi hələ ki, bəlli deyil.
Faktla bağlı Mingəçevir şŞhər Polis Şöbəsində araşdırma aparılır.Muxalifet - 13-08-2017
Şəmkirdə “Niva” 13 yaşlı qızı vuraraq öldürüb
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.
Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet - 13-08-2017
Bankomatdan pul çıxararkən ehtiyatlı olun
Vətəndaş bankomatdan təqaüdünü çıxaranda məbləğ əksik gəlib.
Xəzər TV xəbər verir ki, banka müraciət etdikdə isə kartından onlayn ödəniş edildiyini öyrənib. Halbuki o belə bir ödəniş etmədiyini deyir.
Nüsrət Qasımov təqaüdünün 40 manat əksik olduğunu görüb. Bankın filialına yaxınlaşıb və çıxarış tələb edib. Kiçik araşdırmadan sonra məlum olub ki, şəxsin plastik kartından mobil nömrəyə pul yükləməsi edilib.
Nüsrət Qasımov onun pulu ilə hansı nömrənin balansının artırıldığını öyrənmək istədikdə rədd cavabı alıb.Muxalifet - 13-08-2017
Polis rəisləri əlbəyaxa oldu – Video
Restoranda içki içən polis rəisləri arasında mübahisə düşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Qazaxıstanda baş verib.
Məlumatlara görə, hadisə zamanı Astana şəhərinin 3 rayonunun polis rəisləri dalaşıb.
Faktla bağlı Qazaxıstan prokurorluğundan araşdırmalar başlanıb./teleqraf.com
Muxalifet - 13-08-2017
“Patriot”lar hazır vəziyyətə gətirildi – Həyəcan
Yaponiya ordusu ölkənin qərb və cənub-qərb bölgələrində “Patriot” raket sistemlərini yerləşdirərək Şimali Koreyanın Quam adasına mümkün zərbəsinə qarşı tam hazırlıq vəziyyətinə gətiriblər.
Bu barədə Kiodo agentliyi informasiya yayıb.Muxalifet - 13-08-2017
66 illik “QAZ-69” - Video
Goranboy sakini Rasim Tanırverdiyev 7 il öncə aldığı "Qaz 69" markalı avtomobilə 20 min manat xərc çəkərək bu vəziyyətə gətirib.
Hər hansı detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb.
Sürücü ilə bərabər 4 nəfərin rahat əyləşə biləcəyi modelin ən bahalı detalı isə onun üzərinə yerləşdirilən ceyrandır. Bu detalın qiyməti 1000 manata yaxındır.
Bu avtomobil digər modellərdən sürət qutusu ilə fərqlənir. Onu idarə etmək ilk dəfə sükanı arxasına əyləşənlər üçün bir qədər çətin olur.Muxalifet - 13-08-2017
Yanacaqdoldurma məntəqəsinin işçilərini döyüblər - SALYANDA
Salyan rayonunda yanacaqdoldurma məntəqəsinin 3 işçisi döyülüb.
Hadisə axşam saatlarında Ələt-Astara magistral yolu üzərindəki yanacaqdolduma məntəqələrinin birində qeydə alınıb.Muxalifet - 13-08-2017
Əli Həsənovun nəvəsi lüks kameraya köçürülüb
Bir həftədən çoxdur ki, ölkə gündəmində əsas müzakirə mövsuzu, heç şübhəsiz ki, baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzadır.
Muxalifet - 13-08-2017
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat edib
ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə şənbə günü vəfat edib.
Bu barədə Trend İran KİV-lərinə istinadən xəbər verir.
Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.Muxalifet - 13-08-2017
Tramp köməkçilərinin birindən şübhələnib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp administrasiyasının işi barədə kütləvi informasiya vasitələrinə (KİV) informasiya sızdırılmasının təşkili məsələsində öz köməkçilərinin birindən – Stiven Bennondan şübhələnib.
Özəl mənbələrinə istinadla, bu barədə Vaşinqtonun «Aksios» informasiya portalı xəbər verib.Muxalifet - 13-08-2017
Britaniya Avropa İttifaqını 2019-cu ildə tərk edəcək
Böyük Britaniya (BB) Avropa İttifaqını (Aİ) 2019-cu ilin martında tərk edəcək və eyni vaxtda Gömrük İttifaqını və Aİ-nın ümumi bazarını tərk edəcək.
Bu barədə BB-n maliyə naziri Filip Hammond və xarici ticarət naziri Liam Foks «Sandi teleqraf» qəzetinin saytında dərc etdirdikləri birgə məqalədə xəbər veriblər. Onlar qeyd ediblər ki, işgüzar ictimaiyyətə əminlik aşılamaq mülahizəsindən dolayı, «brekzit»-dən sonrakı keçid dövrü «sonsuz davam edə bilməz».Muxalifet - 13-08-2017
Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı — YENİLƏNİB
Bu gün bəzi KİV-lərdə ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya AzVision.az-a açıqlamasında məlumatı təkzib edib.
"Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır" -deyə Şahnaz Şahbazova vurğulayıb.Muxalifet - 13-08-2017
13 avqust Solaxaylar günüdür: MƏŞHUR SOLAXAYLAR
Tanrı insanın sağ tərəfini sol tərəfindən daha qüvvətli və iqtidarlı yaradıb.
Buna görə də insanlar əksər işləri sağ əllə görürlər. Amma anadan solaxay doğulanlar da olur. Demoqrafiya məsələlərilə məşğul olan beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada solaxay doğulan insanların sayı artmaqdadır. Amma alimlər hələ ki insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyiblər.
Modern.az-ın məlumatına görə, hər ilin 13 avqust tarixi dünyada Solaxaylar günü kimi qeyd olunur.Muxalifet - 13-08-2017
Serbiya NATO-ya üzv olmaq niyyətində deyil
"Serbiya NATO-ya üzv olmaq niyyətində deyil. Alyansdan, eləcə də digər tərəfdaşlardan onun neytral statusuna hörmət etməyi xahiş edirik".
"Ria Novosti" xəbər verir ki, bunu Serbiyanın müdafiə naziri Aleksandr Vulin bildirib.
Nazir bildirib ki, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində NATO ilə əməkdaşlıq edirlər: "Bundan razıyıq. Biz həmişə hərbi neytrallığımızı saxladığımızı və NATO-ya üzv olmaq istəyimiz olmadığını NATO-dakı tərəfdaşlarımıza bəyan edirik. Bu, bizim qəti mövqeyimizdir”.Muxalifet - 13-08-2017
XUDATDA VAZ-2107 divara çırpıldı – 2 qardaşdan biri ÖLDÜ
Bu gün şəhər saatlarında Xudatın Müqtədir qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
“Vaz 2107″ markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində maşında olan Xaçmaz rayon sakinləri 1992-ci il təvəllüdlü Elvin Yusifov, onun qardaşı 1987-ci il təvəllüdlü Elbrus Yusifov və 30 yaşlı İlqar İmaməliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki şəxsin müalicəsi isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.Muxalifet - 13-08-2017
İKİ XƏBƏR VƏ REALLIQ… - Şərhsiz
Azərbaycan KİV-nin yaydığı bir xəbərdə deyilir ki, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Rusiyanın paytaxtı Moskva şəhərində jurnalistlər qarşısına çıxıb və xeyli «ilıq» açıqlamaları ilə gündəmə gəlib.
Rusiya-Azərbaycan hərbi əməkdaşlığına toxunun nazir deyib: «Əməkdaşlığımız hərbi sahənin bir çox imtiqamətləri üzrə inkişaf edir – hərbi-texniki əməkdaşlıq, hərbi tədris, birgə təlim və məşğələlər… Hesab edirəm ki, perspektivlərimiz böyükdür. Bu əməkdaşlığı davam etdirəcəyik».Muxalifet - 13-08-2017
ABŞ-ın Suriya xəritəsi üzə çıxdı
ABŞ-ın Suriyada PKK/PYD qruplaşması üçün hazırladığı şok xəritə ortaya çıxıb.
Mediaya sızan həmin xəritədə Suriyanın şimalının kanton-bölgələrə ayrılması və terrorçuların nəzarətinə keçməsi əks olunur.
Həmin planlaşdırmada bir müddət əvvəl Türkiyə tərəfindən “Fərat qalxanı” əməliyyatı ilə azad edilən bölgənin “Şahba kantonu” adı ilə qeyd edilməsi diqqətdən yayınmayıb.
Bundan əlavə, məlumatda bildirilib ki, nəzərdə tutulan məkrli planın tam həyata keçməsi üçün müxaliflərin nəzarətində olan İdlibin də ələ keçirilməsi labüddür.Muxalifet - 13-08-2017
Tələbə adı qazananların nəzərinə: BU SƏNƏDLƏRİ APARMALISINIZ - SİYAHI
Dövlət imtahan Mərkəzi (DİM) yenicə başa çatmış qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış abituriyentlərə müraciət edərək, onları daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyə çağırıb.
Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.Muxalifet - 13-08-2017