Axtarış

The search found 105779 results in 0.019 seconds.

Search results

  1. Nazim İbrahimov 2 ildir işçilərin maaşını vermir

    Federasiyanın ofisi bağlandı
     
    Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb. Bunu Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov deyib.
    O, federasiyanın prezidenti Nazim İbrahimovun 2 ildən çoxdur ki, maaşları verməməsinə görə, ofisi avqustun 1-dən bağlamalı olub.

    Muxalifet - 11-08-2017

  2. Ermənilərin Azərbaycana qarşı məkrli planı - HƏDƏFDƏ JURNALİSTLƏRDİR

    Ermənilər Moskvada Azərbaycan jurnalistləri arasında seçim aparacaqlar...
     
    “Hürriyyət”in ötən saylarında Azərbaycanda fəaliyyət göstərən “Sputnik” İnformasiya Agentliyinin kəşfiyyat-pozuculuq əməllərindən bəhs etmişik. Hansı ki, bu haqda ilk olaraq tanınmış jurnalist Mürtəza Bünyadlı qəzetimizə müsahibəsində Sputnik.az saytının Rusiyadakı erməni lobbisinə xidmət etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu saytın baş redaktoru Əziz Əliyevin anası ermənidir və bir müddət Moskvada çalışan jurnalisti Bakıya Rusiyadakı erməni lobbisi göndərib.

    Muxalifet2 - 11-08-2017

  3. Hacıbala Abutalıbovu imtahana çəkdim: Milyardlar hara xərclənib?

    Paytaxtda binaların “tarixin bərpa”sı və abadlaşdırılmasına sərf edilən 2 milyard manatın müəmmalı taleyi

    Muxalifet2 - 28-12-2014

  4. ​“Mən Vaqifə də, Səməd Vurğuna da siyasətçi kimi baxmışam” - MÜSAHİBƏ

    Sərdar Cəlaloğlu: “Onlar bizim Azərbaycanın işğal edilməsi siyasətində iştirak etmiş adamlardır”

    “Biz Qarabağ probleminin bir siyasi separatizm olduğunu dünyaya çatdırmalıyıq”

    “Çox qəribədir, bəzi adamlar Vaqifin fəaliyyətinə, bu separatçı hərəkətinə onun 1-2 yaxşı şeirinin müqabilində bəraət verirlər ki, əgər Vaqif gözəl şeir yazıbsa, biz heç bir söz deməməliyik”

    Muxalifet2 - 12-08-2017

  5. ​Tramp Maduro ilə telefonla danışmaqdan imtina etdi

    Rəsmi Karakas Nikolas Maduro ilə Donald Tramp arasında telefon bağlantısına dair Vaşinqtona sorğu göndərib, lakin ABŞ prezidenti venesuelalı həmkarının təklifini rədd edib.
    APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
    “Amerika Birləşmiş Ştatları təqiblər və sıxıntılara məruz qalan Venesuela xalqını dəstəkləyir. Ölkədə demokratiya bərpa olunan kimi, prezident Tramp məmnuniyyətlə Venesuela prezidenti ilə söhbət edəcək”, məlumatda deyilir.

    Muxalifet2 - 12-08-2017

  6. ​Donald Trampın reytinqi yüksəlir – SORĞU

    ABŞ prezidenti Donald Trampın reytinqi yüksəlməyə başlayıb.
    “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu “Rasmussen reports” şirkətinin keçirdiyi rəy sorğusu göstərib.
    Sorğunun nəticələrinə əsasən, respondentlərin 45%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 53%-i isə mənfi kimi qiymətləndirib. Eyni zamanda respondentlərin 29%-ı Trampı tam dəstəklədiyini, 44%-i isə qəti etimad göstərmədiyini bildirib.
    Sorğuda 1 500 respondent iştirak edib.

    Muxalifet2 - 12-08-2017

  7. ​Güc tətbiq edib diri-diri tabuta saldılar - "Sənə od vurarıq" - VİDEO

    Cənubi Afrikada lentə alınan videogörüntülər hamını təəccübləndirib.
    Publika.az bildirir ki, ağ dərili villa sahibləri işçiləri olan qara dərili gənci güc yoluyla tabuta salıb.
    Onlar gənci diri-diri yandırmaqla təhdid edib. Afrikalı isə dua edərək xilas olmağı diləyib.
    Ağ dərili şəxslər "xahiş edirəm məni öldürməyin" deyə kömək istəyən gəncin üzərinə bağırıb. Şübhəlilər nəzarətə götürülüb.

    Muxalifet2 - 12-08-2017

  8. ​Soldado rəsmən “Fənərbaxça”da – 4,5 MİLYON AVROLUQ TRANSFER

    “Fənərbaxça” “Villareal”ın futbolçusu Roberto Soldadonun transferini rəsmiləşdirib.
    Muxalifet.az-ın məlumatına görə, 32 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.
    “Fənərbaxça”nın ispaniyalılı futbolçunun transferi üçün qarşı tərəfə 4.5 milyon avro ödədədiyi iddia edilir.
    Qeyd edək ki, R. Soldado ötən mövsüm “Vilyarreal”ın heyətində 10 oyunda 4 qol vurub.

    Muxalifet2 - 12-08-2017

  9. ​Anti-terror əməliyyatında 2 nəfər həlak oldu - TÜRKİYƏDƏ

    Türkiyənin Trabzon əyalətində PKK-ya qarşı əməliyyat keçirilib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 1 hərbçi və 2 mülki şəxs yaralanıb.
    Məlumata əsasən, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq hərbçinin və 1 mülki şəxsin həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet2 - 12-08-2017

  10. 8 yaşlı uşağı avtomobil vurub - BAKIDA

    Cəsur Əliyev xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub
     
    Bakıda avtomobil 8 yaşlı uşağı vurub.
    Hadisə Sabunçu rayonunda baş verib.
    Belə ki, Dədə Qorqud küçəsindəki qəsəbədə 2009-cu il təvəllüdlü Əliyev Cəsur Qamət oğlu sürücüsü hələlik naməlum olan "99-HR-378" nömrə nişanlı avtomobil tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb.
    C.Əliyev xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
    Hadisəni törətmiş sürücü polis tərəfindən saxlanılıb.

    Muxalifet - 12-08-2017

  11. Misirdə dəmir yolu qəzası: ölənlərin sayı 49 nəfərə çatıb

    Hadisə yerinə 80-dək təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib
     
    Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 49 nəfərə çatıb.
    Bu barədə "Sinxua agentliyi" məlumat yayıb.
    Misirin İskəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultan sərnişin qatarlarının toqquşmasında maşinistlərdən birinin təqsirkar olduğunu bildirib. "O, yola növbəti qatar daxil olduqda semaforun qadağanedici siqnalını görməyib. Bu, faciəyə səbəb olub", – deyə Sultan bildirib.

    Muxalifet - 12-08-2017

  12. Qadın sürücü 7 yaşlı uşağı vurub

    Murad Cəfərovun vəziyyəti ağırdır
     
    Bakıda avtomobil 7 yaşlı uşağı vurub.
    Hadisə Sabunçu-Maştağa-Kürdəxanı yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində baş verib.
    Belə ki, şəxsiyyəti hələlik məlum olmayan qadın sürücü idarə etdiyi nəqliyyat vasitəsilə 2010-cu il təvəllüdlü Cəfərov Murad Vüqar oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb.
    Sürücü dərhal yaralını idarə etdiyi nəqliyyat vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və xəstəxanadan uzaqlaşıb. Xəstəxanadan verilən məlumata görə, Murad Cəfərovun vəziyyəti ağırdır.

    Muxalifet - 12-08-2017

  13. 20 yaşlı gənc avtomobillə vurulub - BAKIDA

    Cavid Musayev 3 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib
     
    Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində baş verib.
    Belə ki, minik avtomobili yolu keçmək istəyən 20 yaşlı Cavid Musayevi vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb.
    Yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
    Faktla bağlı araşdırma aparılır.  

    Muxalifet - 12-08-2017

  14. ABŞ Venesuelaya hərbi müdaxilə edə bilər

    "Bizdə Venesuelaya münasibətdə çoxlu variantlar var, o cümlədən hərbi", - deyə dövlət başçısı bildirib
     
    ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton Venesuelaya münasibətdə hərbi təsir variantını istisna etmir.
    Bu barədə "CNN" məlumat yayıb.
    "Biz Venesuelaya münasibətdə bir çox variantları nəzərdən keçirmişik. Mən hərbi variantı da istisna etmirəm" – deyə o bildirib.
    Tramp əlavə edib ki, ABŞ-ın qoşunları bütün dünyada və çox-çox uzaqdadır.

    Muxalifet - 12-08-2017

  15. Tramp: "KXDR ABŞ-ı təhdid etməkdə davam etsə peşman olacaq"

    Ağ Ev rəhbəri: Ümid edirəm ki, onlar dediklərimi ciddi başa düşürlər
     
    ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR ABŞ-ı təhdid etməkdə davam etsə, peşman olacaq.
    Bu barədə "RİA Novosti" xəbər verib.
    Xəbərdə bildirilir ki, Ağ Ev rəhbəri bunu keçirdiyi mətbuat konfransında bildirib.
    "Əgər (Kim Çen In - red) açıq formada daha bir təhlükə ilə təhdid etsə və ya Quam yaxud Amerika ərazisindəki digər yerlər, onun müttəfiqləri barəsində nəsə etsə, o, tezliklə buna görə tamamilə peşman olacaq", - deyə ABŞ lideri mətbuat konfransında bildirib.

    Muxalifet - 12-08-2017

  16. "Qarabağ" mövsümə qələbə ilə başladı

     “Neftçi”nin qonağı olan Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib
     
    Azərbaycan çempionu "Qarabağ" 2017/18 mövsümünə qələbə ilə başlayıb.
    Premyer Liqanın ilk turunun açılış oyununda “Neftçi”nin qonağı olan Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.
    Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. “İnter” – “Qəbələ” matçı avqustun 12-ə təyin edilib. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” qarşılaşmaları isə bazar günü keçiriləcək.
    Azərbaycan Premyer Liqası:
    I tur
    11 avqust (cümə)

    Muxalifet - 12-08-2017

  17. DİM: 36 381 nəfər ali məktəblərə qəbul olub

    Ali təhsil müəssisələrinin müsabiqəsində 42 804 abituriyent iştirak edib.
     
    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
     11 728 nəfər dövlət sifarişi əsasında, 24 653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

    Muxalifet - 12-08-2017

  18. VAZ-2106 dərəyə AŞDI : 8 nəfər ağır yaralandı – ŞAMAXIDA

    Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Muxalifet - 12-08-2017

  19. VAZ-2107 57 yaşlı qadını vuraraq öldürüb – GORANBOYDA / Video

    Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınlb.
     Məlumata görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadını vuran maşın hadisədən sonra digər VAZ markalı avtomobilə çırpılıb.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-08-2017

  20. Useyn Bolt Ramilin qələbəsindən danışdı – “Çox sevindim”

     Xəbər verdiyimiz kimi, Türkiyəni təmsil edən azərbaycan əsilli atlet Ramil Quliyev dünən Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal qazanıb.
     
    Ramil yarışdan sonra məşhur atlet Useyn Boltla oteldə rastlaşıb.
    Bolt medal qazandığı üçün Ramili təbrik edib və ona gələcək arzularını çatdırıb: “Mövqeyini qorumağı arzulayıram. Ölkən və sənin adına çox sevindim”.
    Xatırladaq ki, Bolt Londondakı yarışdan sonra karyerasını bitərəcək./qafqazinfo

    Muxalifet - 12-08-2017

Pages