Breksit Britaniya iqtisadiyyatını zəiflədəcək
1-08-2017 16:16

Britaniya Avropa Birliyindən çıxmaqla öz iqtisadiyyatını zəiflədəcək.
Bu sözlər Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Xeyqin “Deyli Teleqraf” qəzetindəki məqaləsində yer alıb.
“Ölkənin borc öhdəlikləri artıb, inflyasiya səviyyəsi yüksəlib. Bütün bu tendensiyalar Mərkəzi Bankın faiz göstəricilərini aşağı səviyyədə tutmaq cəhdlərində özünü göstərir”.